Buxarlaşdırıcı və qarışdırıcı qurğular
5.52. Buxarlaşdırıcı qurğular otaqların içərisində və bayırda qoyula bilərlər. Bayırda qoyulan buxarlaşdırıcı qurğular çənlərdən ən azı 10 metr aralı yerləşdirilməlidir. Ümumi istehsalı 200 kq
buxarlaşdırıcı qurğular nasos-kompressor bölməsinin binasında, 200 kq/saatdan artıq olanlar isə texnoloji sexin ayrı otağında və ya həmin binanın qazdan istifadə edən qurğular olan ayrı
otaqdan kənarda yerləşdirilə bilərlər. Buxarlaşdırıcı qurğuları zirzəmilərdə, binaların kürsü hissəsində, yerin altında və çalalarda yerləşdirmək olmaz.
5.53. Buxarlaşdırıcıları binaların bayırında yerləşdirdikdə, onların armaturları mexaniki zədələnmələrdən və atmosfer yağıntılarından qorunmalıdır.
5.54. Buxarlaşdırıcılar qruplarla yerləşdirildikdə onlar arasındakı məsafə 1 (bir) metrdən az olmamalıdır.
5.55. Buxarlaşdırıcılar, maye fazanın buxarlaşdırıcıdan buxar fazasının boru kəmərinə düşməsinin qarşısını alan xüsusi qurğularla və qoruyucu klapanlarla təmin edilməlidir.
QDS-ın obyektlərini (qazanxanaları və s.) qaz ilə təmin etmək üçün buxarlandırıcıdan qaz verdikdə buxarlandırıcının buxar fazasının çıxışındakı boru kəmərində təzyiq tənzimləyicisi və
qoyulmalıdır. Boru kəmərində təzyiqin normadan çox artmasına imkan verməyən xüsusi qoruyucu qurğusu olan təzyiq tənzimləyiciləri quraşdırıldıqda, əlavə klapanın qoyulması vacib deyil.
|