Qədər qoşması: Zaman hüdudu mənasını yaradır, Gecə yarsına qədar külək daha da gücləndi (G. H.) Tahir onu axıra qədar danışmağa qoymadı (M. H.) Məkan hüdudu mənasını ifadə edir



Yüklə 59,56 Kb.
səhifə2/10
tarix30.04.2022
ölçüsü59,56 Kb.
#115620
1   2   3   4   5   6   7   8   9   10
Aytən Nitq mədəniyyəti

Məkan hüdudu mənasını ifadə edir.

  • Qızın əynində tünd-qırmızı maldan qolları dirsəyə qədər don var idi;

  • Qafar dayı onları darvazaya qadər yola salıb geri qayıtdı (M.H.).

Müqayisə mənasını yaradır.

Kimi qoşması məsafə məhdudluğunu göstərir:

  • Qaraca qız Piri kişini bağın qapısına kimi ötürüb qayıtdı (S.S.A.).

Zaman məhdudiyyəti mənasını ifadə edir:

  • Gülənbər həmin günün gecəsi sahara kimi anasının yanında qaldı (Ə.M.).

Müqayisə mənasını daşıyır:

  • Sazın sədaları dərələrdən sel kimi, tapalardan yel kimi keçib ellərə yayıldı (F.E.);

  • Taxıl zəmiləri dəniz kimi dalğalanırdı (M.Ə.).

Nümunələr:

1. Cəhənnəmə qədər yolun var (məkan)

2. Axşama qədər səni gözlədim(zaman)

3.Sənə sevgim dərya qədər sonsuzdur(müqayisə)

Digər qoşmalar da mətndə məqsəddən asılı olaraq, bir çox məqamlarda işlənib məna çalarları yarada bilir.

Sözlərin və cümlələrin manasını qüvvətlandirən bir nitq hissəsi kimi adatların da nitqin (xüsusən şifahi nitqin) aydınlığı, emosionallıği, mananın nəzərə çarpdırılması və s. baxımından rolu böyükdür. "Ədatlar nitqdǝ ayrı-ayrı sözlərə, söz birləşmələrinə və bütün cümləyə müxtəlif məna çalarlıqları verir: ifadənin səlisləşməsinə, fikrin məntiqi qurulmasına kömək edir. Odatlar aid olduğu sözə və cümləyə dinləyicilərin diqqətini yönəldir, onların üzərinə məntiqi vurğu düşməsinə səbəb olur".


Ədatların üslubi imkanı o qədər genişdir ki, hər hansı bir ədat mətndə müxtəlif məna çalarları yarada bilir. Məsələn, qüvvətləndirici ki adati aşağıdakı mənaları yaradır.

Təkid mənası:

Məhəbbət zirvədə bəslənən qarmış (N.K.)


Yüklə 59,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin