Təsdiq bildirənlər: əlbəttə, əlbəttə ki, düzü, düzdür, doğrusu, doğrudan, doğrudan da, doğrudur, şəksiz, şübhəsiz, şübhəsiz ki, həqiqətən, sözsüs, təbil, təbil ki, yaxşı ki və s.Məsələn, Doğrudan da, bu gün əziz gündür. Düzü, səndən belə şey gözləmirdim. Təbil ki, Aytən doğru sözləyir. Bu xəbər məni, əlbəttə, sevindirdi. Yaxşı ki, tez gəlib çıxdınız.
Ehtimal və şübhə bildirənlər: gərək, gərək ki, yəqin, yəqin ki, görünür, görünür ki, ola bilsin ki, görən, görəsən, güman ki, ehtimal ki, bəlkə, bəlkədə, deyəsən, olmaya,olsun ki, demə. Məsələn, Görünür, bu qalmaqal hələ davam edəcək. Mən, ola bilsin ki, gəlməyəcəm. Yəqin ki, mən sabah gələ bilməyəcəm. Bəlkə də, sən onu tanıyısan. Deyəsən, bu gün yağış yağacaq.
Dostları ilə paylaş: |