Nəticə, ümumiləşdimə bildirənlər: demək, demək ki, ümumiyyətlə, deməli, xülasə, bir sözlə, nəhayət, qısa desək, beləliklə, axır ki, əvvəla, ümumən, qısası, müxtəsər, qərəz, əlqərəz və s. Məsəslən, Bir sözlə, nəticələr ürəkaçan deyil. Xülasə, hər, şey özümüzdən asılıdır. Sənin bu işdən, ümumiyyətlə, xəbərin yoxdur. Beləliklə, biz ora gedəsi olmadıq. Demək, dediklərim boşuna imiş. Nəhayət, dedikləri vaxt gimnaziyaya gedib, şəhadətnaməni aldım.
Bənzətmə və müqayisə bildirənlər: sanki, elə bil, elə bil ki, guya, guya ki və s. Məsələn, O, elə bil ki, yuxuya getmişdi. Sanki səni ilk dəfə idi ki, görürdüm. Guya sənin olanlardan xəbərin yoxdur.
Dostları ilə paylaş: |