Q Ə R A R A A L I R:
1. “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur);
2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Təlimatın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin;
3. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 19.09.2002-ci il tarixli qərarı ilə (22 nömrəli protokol) təsdiq edilmiş (16.10.2002-ci il tarixli 2925 nömrəli şəhadətnamə) “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat” və bu Təlimata 25.04.2003-cü il tarixli (17.05.2003-cü il tarixli 2978nömrəli şəhadətnamə), 03.05.2004-cü il tarixli (14.05.2004-cü il tarixli 3055 nömrəli şəhadətnamə), 10.05.2005-ci il tarixli (30.05.2005-ci il tarixli 3153 nömrəli şəhadətnamə) və18.07.2006-cı il tarixli qərarlarla (04.08.2006-cı il tarixli 3233 nömrəli şəhadətnamə) təsdiq olunmuş dəyişikliklər ləğv edilsin.
Dostları ilə paylaş: |