Qərb təhsil sisteminə dair QƏrb təHSİl sistemiNƏ daiR



Yüklə 303,5 Kb.
səhifə15/37
tarix10.01.2022
ölçüsü303,5 Kb.
#110615
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
Almaniya təhsil sistemi

Məktəb təhsili. 1993-cü ildə Almaniyada 12,2 milyon məktəb­linin təhsil aldığı və 772600 (tam ştatlı) müəllimin işlədiyi 52400 mək­təb qeydə alınmışdır. Əsas qanun hər bir vətəndaşa öz şəxsiyyətini azad surətdə inkişaf etdirmək və öz qabiliyyət və maraqlarına uyğun olaraq məktəbi, təhsil yerini və peşəni seçmək hüququ verir. Təhsil siyasə­tinin məqsədi hər bir insana öz maraqlarına cavab verən hazır­lıq keç­mək imkanı verməkdən ibarətdir. Təhsil siyasətinin əsas istiqamət­lə­rin­dən biri gənclərin demokratik dövlətdə məsuliyyət daşı­mağa hazır olan müstəqil vətəndaşlar kimi tərbiyə edilib yetiş­dirilməsidir. Səna­yecə inkişaf etməsinə baxmayaraq, xammal cəhət­dən yoxsul olan Al­maniya yüksək peşəkarlığa malik olan mütə­xəs­sislərsiz keçinə bilməz. Məhz buna görə də dövlət təhsilə böyük məb­ləğdə pul vəsaitləri ayırır. 1994-cü ildə bütövlükdə ölkə üzrə büdcədən orta və ali məktəblərə, məktəbli və tələbələrə göstərilən maliyyə yardımları da daxil olmaqla 151,9 milyard marka vəsait ayrılmışdır.


Yüklə 303,5 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin