İxtisaslaşmış ali məktəblər. Belə ali məktəblər ali təhsil müəssisələrinin ən gənc, lakin populyarlığı getdikcə artan növüdür. Burada təhsil praktika ilə sıx surətdə əlaqələndirilir və təhsil diplom müdafiəsi ilə başa vurulur. Hazırda ali məktəbə daxil olan hər üç nəfərdən biri təhsil müddətinin universitetdəkindən daha qısa olduğu belə ali məktəbi seçir.
70-ci illərdən etibarən iki bölgədə – Qassendə və Şimali Reyn – Vestfaliyada geniş profilli ali məktəblər mövcuddur. Bunlarda bir dam altında müxtəlif növ ali məktəblər birləşdirilmişdir. Bu isə təlim profilini və ali təhsil haqda şəhadətnamənin növünü seçmək imkanı verir. 1976-cı ildə Haqendə yaradılmış Qiyabi Universitet də Almaniya üçün yenilik oldu. 1994/95-ci tədris ilinin qış semestrində burada demək olar ki, 40 min tələbə var idi. Bu tələbələr qiyabi təhsil çərçivəsində reqional təhsil mərkəzlərinin xidmətindən istifadə edirlər.
Dostları ilə paylaş: |