Hamıüçüntəlim. Prinsip etibarilə heç bir gənc, ixtisas almadan əmək həyatına başlamamalıdır. İxtisassız işçilərin sayı mütəmadi olaraq azalır. Bu baxımdan texniki-peşə təhsilinin dual sistemi özünü doğruldur. Təlim yerlərinə olan tələb 80-ci illərdə çox yüksək olmuşdur (əvvəlki illərdəki yüksək doğum səviyyəsinin nəticəsində). Son illərdə əksinə, köhnə bölgələrdə təklif (1995-ci ildə: köhnə bölgələrdə - 493.800, yeni bölgələrdə - 123.600) tələbi üstələmişdir (1995-ci ildə: köhnə bölgələrdə - 469.500, yeni bölgələrdə - 128.200). Bu bütün tərəflərin - sənayenin, federasiyanın, bölgələrin, əmək məsələləri üzrə Federal İdarənin gərgin səyləri nəticəsində mümkün olmuşdur.