Qərb təhsil sisteminə dair QƏrb təHSİl sistemiNƏ daiR



Yüklə 303,5 Kb.
səhifə27/37
tarix10.01.2022
ölçüsü303,5 Kb.
#110615
1   ...   23   24   25   26   27   28   29   30   ...   37
Ali məktəbin təşkilati strukturu. Ali məktəblər (bir sıra özəl, xüsusilə kilsə ali məktəbləri, bundesver universitetləri və ixtisas­laş­dırılmış Federal Ali İdarəetmə Məktəbi istisna olmaqla) bölgə höku­mətlərinin səlahiyyəti altındadırlar. Federasiya və bölgələr artıq möv­cud olan ali məktəblərin genişləndirilməsi və yenilərinin inşa edilməsi üzrə tədbirlərin planlaşdırılması çərçivəsində əməkdaşlıq edirlər. Xü­su­si olaraq gələcəkdə qarşıya çıxacaq məsələlərin həll edilməsi üçün fede­rasiya və bölgələrin birgə komissiyası yaradılmışdır. Komissiya təhsil sferasında planlaşdırma və elmi tədqiqatlara yardım məsələləri ilə məşğul olur. Federasiya və bölgələr əlaqəli şəkildə təhsilin bütün sferalarında model layihələrinə maliyyə yardımı göstərirlər.

Ali məktəb özünüidarə hüququna malikdir. Onlar qanun çər­çivəsində öz nizamnamələrinə uyğun surətdə fəaliyyət göstərirlər.

Ali məktəbə bir neçə illik müddətə seçilən rektor, yaxud pre­zident rəhbərlik edir. Özünüidarə sistemində fəaliyyət göstərən prinsip "qrup universitet" modelinə müvafiq olaraq, universitet həyatında tə­ləbə və əməkdaşların iştirakına nəzərdə tutur. Professorlar, tələbələr, elmi və yaradıcı personal, digər əməkdaşlar prinsip etibarilə əlahiddə qrup­lar təşkil edirlər və bu qruplar məktəb həyatında öz kva­lifika­siyalarına, funksiyalarına, məsuliyyət dərəcələrinə və maraq­larına uy­ğun surətdə iştirak edirlər. Federal bölgələrin əksəriyyətində ali mək­təblərdə tələbə özünüidarəçiliyi mövcuddur.


Yüklə 303,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin