Qərbi Kaspi Universiteti SƏRBƏst iŞ Fənn: Mülki müdafiə Fakültə: siyasi və ictimai elmlər İxtisas: Fəlsəfə Qrup: 131F


Nüvə silahının zədələyici amilləri



Yüklə 475,02 Kb.
səhifə3/5
tarix30.11.2022
ölçüsü475,02 Kb.
#120166
1   2   3   4   5
Adi və kütləvi qırğın sliahlar

Nüvə silahının zədələyici amilləri. Nüvə partlayışı ener­ji­si­nin təqribən 50% – zərbə dalğasının, 35% – işıq şua­lan­ma­sının, 10% – ərazinin radioaktiv zəhərlənməsinin, 4% – nüfuz­edici ra­dia­si­yanın və 1% – elektromaqnit impulsunun yaranma­sına sərf olu­nur (şəkil 2.20).

Şəkil 2.20. Nüvə silahı



Zərbə dalğası. Nüvə partlayışının ilk anından sonra havada kürəşəkilli işıq sahəsi əmələ gəlir. Əmələ gəlmiş kürə daxilində partlayış məhsullarının istiliyi 10 milyon dərəcəyə, təzyiqi isə bir neçə milyard atmosferə çatır. Bunun nəticəsində kürəni əhatə edən hava sərhədində təzyiqin və temperaturun kəskin fərqi əmələ gəlir. Partlayış məhsulları məhdudlaşmış kürə səthindən sürətlə ətrafa yayılmağa başlayır və nəticədə, havada zərbə dalğası yaranır.
Zər­bə dalğası – partlayış mərkəzindən hər tərəfə səsdən iti sürətlə yayılan bərk sıxılmış hava qatından ibarətdir. Zərbə dalğa­sı­nın zə­də­ləyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həd­dindəki izafi təzyiq, dalğanın sürət təz­yiqi və izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bə­­rabərdir. İzafi təzyiq hər kv. sm. kq. qüvvə ilə ifadə olunur və kPa-la (kilopaskalla) ölçülür.

3. Adi qırğın vasitələri və onlardan mühafizə
“Adi qırğın vasitələri”, “adi silahlar” termini daha böyük zədələyici döyüş xüsusiyyətlərinə malik olan nüvə silahının kəşf edilməsindən sonra istifadə edilməyə başlandı. Lakin hazırda elm və texnikanın son nailiyyətlərindən yararlanaraq hazırlanan adi silahlar öz effektivliyinə görə kütləvi qırğın vasitələrinə çox ya­xındır. Yeni fiziki prinsiplər əsasında silahların hazırlanması üzrə intensiv işlər görülür və son illərin hərbi əməliyyatlarından aydın olur ki, qərb ölkələrinin ordusunda daha çox adi qırğın vasi­tə­lə­ri­nin bir növü olan dəqiq silahlardan istifadəyə önəm ve­ril­məsi kon­sep­siyası əsas rol oynayır, əsasən də, genişmiqyaslı əmə­liy­yatlar hə­ya­ta keçirmə­dən uzaq məsafədən idarə olunmaqla hü­cum­lar həyata keçirilir. Adi silahları həm sərbəst, həm də düş­mə­nin canlı qüvvəsini, texnikasını sıradan çıxaran, böyük dağıntılara səbəb olan nüvə silahı ilə bir yerdə işlədirlər. Adi qırğın vasitələri – par­t­la­dıcı maddələrdən və yandırıcı silahlardan ayrılan ener­ji­yə əsas­la­nan silahlardan və soyuq silahlardan ibarətdir. Yük­sək­də­qi­­q­li si­lah­lar, qanadlı raketlər, idarə olunan ballistik raketlər, avia­si­ya bom­­baları və kassetlər, artilleriya mərmiləri, torpeda­lar, zərbə, zenit və tank əleyhinə raket kompleksləri adi qırğın vasitə­ləridir (şəkil 2.24-2.27).


Şəkil . BM-21 qrad (9-K51)-reaktiv sistemi

Şəkil . Sprut-SD tank əleyhinə top sistemləri



Şəkil B-237 sualtı hərbi gəmisi


(qanadlı raketlərin tətbiqi üçün yararlıdır)

Şəkil 2.27. Kord pulemyotlu T-90-İ.R.


Adi silahlardan insanlar üçün daha təhlükəli olanlar bun­lar­dır:
- yandırıcı silahlar;
- qəlpəli sursatlar (kasetli, kürə formalı);
- həcmli partlayış döyüş sursatları;
- betondağıdan silahlar;
- fuqas döyüş sursatları;
- kumulyativ döyüş sursatları;
- idarə olunan aviasiya bombaları.
Müasir silahların insanlara birbaşa zədələyici təsirindən baş­qa, ikincili faktorlar da vardır. Bu faktorlara:
- radioaktiv təhlükəli obyektlərin zədələnməsi (AES, radio­ak­tiv maddələr saxlanılan yerlər) nəticəsındə radioaktiv zədələn­mə ocağı yaranır;
- kimyəvi zəhərlənmə ocağının əmələ gəlməsi;
- kütləvi yanğınlar;
- bəndlərin dağılması nəticəsində subasmalar və s. aiddir.

Yüklə 475,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin