Qərbi Kaspi Universiteti SƏRBƏst iŞ Fənn: Mülki müdafiə Fakültə: siyasi və ictimai elmlər İxtisas: Fəlsəfə Qrup: 131F



Yüklə 475,02 Kb.
səhifə2/5
tarix30.11.2022
ölçüsü475,02 Kb.
#120166
1   2   3   4   5
Adi və kütləvi qırğın sliahlar

2. Kütləvi qırğın silahları
Nüvə silahı. Kütləvi qırğın silahla­rı­nın tətbiqi kütləvi it­ki­lərə və ətraf mühitin bərpaedilməz dərəcə­də korlanmasına səbəb olur. Əsas xüsusiyyəti – insanların psi­xi du­rumunun və genetik gös­təricilərinin pozulması, ekoloji ta­ra­z­lı­ğın dəyişməsi, ümumi­lik­də yaranmış problemlərin aradan qal­dı­rıl­masında ciddi çətinlik­lər­lə üzbəüz qoyulmasıdır.
Müasir dövrdə bütün inkişaf etmiş ölkələr öz hərbi po­ten­si­a­lını saxlamaq və inkişaf etdirmək üçün kütləvi qırğın silahları ilə tə­minata mühüm yer ayırırlar. Nüvə silahları, kimyəvi silahlar və bioloji silahlar digər silahlara nisbətən dövrümüzün ən dəhşətli kütləvi qırğın silahları siyahısına aid olmaqla yanaşı, daim ye­ni­lən­məkdədir.
Nüvə partlayışlarının güclü dağıdıcılıq xüsusiyyətlərini nə­zərə alaraq onu döyüş əməliyyatlarında strateji və taktiki mə­sə­lə­lə­rin həlli üçün tətbiq edirlər. Nüvə silahlarını qısa bir zamanda, bö­yük ərazilərdə, ilin bütün fəsillərində, gecə və gündüz istifadə etmək mümkündür.
İlk dəfə nüvə silahından 1945-ci ilin avqust ayında ABŞ dövləti Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə təyyarədən atom bombası atmaqla istifadə etmişdir. Nəticədə, 313000 nə­fər­dən artıq dinc sakin həlak olmuş, 238000 nəfərdən artıq xəsarət al­mış­dır.
Nüvə bombası (və ya atom bombası) – ağır nüvələrin zən­cirvari bölünməsi, yaxud da yüngül nüvələrin termonüvə sin­te­zi zamanı ayrılan nüvə enerjisinə əsaslanan partlayıcı təsirli si­lah­dır. Bütün nüvə silahlarını aşağıdakı kateqoriyalara bölmək olar:
1. Atom bombası adlanan döyüş sursatları – bunların part­la­ma­sı zamanı yalnız bir növ nüvə reaksiyası gedir və ağır element (uran və ya plutonium) daha yüngül nüvələrə çevrilir. Bunlar bir­fa­zalı və ya birpilləli nüvə silahları sayılır.
2. Termonüvə silahı (çox vaxt hidrogen bombası) – daha yün­gül elementlərin sintezindən ayrılan enerjiyə əsaslanır. Fitil k­i­mi birfazalı bombadan istifadə olunur ki, onun partlaması zamanı la­zım olan temperatur yaranır (1 neçə milyon dərəcə) və sintez reak­siyası gedir. İlkin material kimi hidrogenin iki müxtəlif izo­to­pun­dan (deyterium və tritium) istifadə olunur. Bu ikifazalı, yaxud ikipilləli tipdir. Hidrogen bombasının gücü atom bombasının gücündən böyükdür.
3. Termonüvə reaksiyasının üçfazalı, yaxud üçpilləli (par­ça­lan­ma – sintez – parçalanma) tipi də mövcuddur. Bilirik ki, təbii ura­nın tərkibi 99% uran-238-dən, 0,7% isə uran-235-dən ibarətdir. Yə­ni uran-238 çoxdur və ucuz xammaldır. Amma uran-238-i sadə parçalanmalarda istifadə olunmur, çünki parçalanmaya meylli de­yil. Üçpilləli bombalarda əvvəl uran-235 parçalanır, sonra sintez re­ak­siyası gedir, yüksək temperatur və təzyiq alındığından uran-238 də parçalanır. Bu tip bombaların gücü və radioaktivliyi çox yüksəkdir .

Şəkil . Nüvə raketləri
4. Neytron bombası – bəzən bu bombanı ayrı bir növ kimi qeyd edirlər. Bu tip si­lah yüksək sürətli neyron seli yaradan mexa­niz­mdir ki, gücü az ol­sa da, istiqamətlənmiş radioaktiv­liyə və ney­tron şüalanmasına malikdir.
Nüvə sursatlarını istifadə etmək üçün onları aşağıdakı nüvə da­şıyıcılarına yerləşdirirlər:
– ballastik raketlərin başlıq hissələrində;
– zenit və qanadlı raketlərin döyüş hissəsində;
– aviasiya mərmilərində;
– artilleriya mərmi və minalarında;
– torpedaların döyüş hissələrində;
– mühəndis minalarında.
Nüvə partlayışlarının dağıdıcı faktorları insanların məhv edil­məsində kompleks xarakter daşıyır, böyük ərazini əhatə edir və öz təsirini uzun müddət saxlayır.

Yüklə 475,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin