Qərbi Kaspi Universiteti Sərbəst iş Kafedra: İqtisadiyyat



Yüklə 74,62 Kb.
səhifə8/8
tarix01.01.2022
ölçüsü74,62 Kb.
#106848
1   2   3   4   5   6   7   8
9 (2)









İQTİSADİYYATDA İNHİSARÇILIQ, YARANMASI VƏ İNKİŞAFI


1.İNHİSAR ANLAYIŞI: inhisar (monopoliya – yunanca: monos-tək, poleo-satıram) dövlətin, müəssisənin, təşkilatın hər hansı bir təsərrüfat fəaliyyətinin həyata keçirməsinin müstəsna hüququdur. İnhisarlar kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsi olmaq etibarilə XIX əsrin ikinci yarısından meydana gəlməyə başlamışdır. Öz təbiətinə görə inhisar azad rəqabətin, kortəbii bazarın əsaslarına qarşı çıxan qüvvə kimi çıxış edir.

2.İNHİSARIN YARANMASININ ELMİ ƏSASLARI:İnhisarın yaranmasının əsas səbəbi bazara daxil olmanın qarşısını alan maneələrin olmasıdır:digər firmalar bazara daxil olub rəqabət aparmaq imkanından məhrum olduqlarına görə inhisarçı firma istehsal etdiyi məhsulun yeganə satıcısıdır. Bazara daxil olmanın qarşısını alan maneələr 3 əsas səbəbdən yaranır: 1.mühüm sərvət bir firmaya məxsus olduqda; 2.dövlət hər hansı bir firmaya bəzi əmtəə və xidmətləri istehsal etmək üçün müstəsna hüquq verdikdə; 3.istehsal xərcləri bazarda bir istehsalçı olduğu halda, çoxlu sayda istehsalçı olduğu hala nisbətən aşağı olduqda.

3. İNHİSAR GÜCÜNÜN ƏSASLARI: İnhisarçı məhsulların yeganə təchizatçısıdır ki, orada rəqiblərin istisna etdiyi əvəzləmələr yoxdur. Onun məhsulun təklifində, istehsal yaxud satışında nəzarəti var. Onun gücünün mənbəyi aşağıdakı 4 başlıq altında ifadə edilir:

- istehsal amillərinin durğunluğu – rəqiblərin mövcud təkliflə rəqabət apara bilməməsini nəzərdə tutur

- ixtiraların və yeni ideyaların yaranmasına kömək məqsədilə verilən patentlər, müəllif hüquqları və ticarət markaları

- ümumi alış-satış agentliyinin yaradılmasına yönəldilmiş dövlət siyasəti

- bir şirkət tərəfindən təchizat mənbəyinə nəzarət

4. MÜASİR İNHİSAR MODELİ: Xalis inhisar adlandırılan müasir inhisar modeli altında aşağıdakı təsrifat əlamətlərinə müvafiq gələn rəqabət qabiliyyətli bazar vəziyyəti başa düşülür:

- sahədə yalnız bir firma fəaliyyət göstərir, buna görə də firma və sahə anlayışları məzmunca eynidir;

- firmanın istehsal etdiyi məhsul sahənin bütün əmtəə təklifini təşkil etdiyindən firma qiymət üzərində tam və mütləq nəzarət edir və ya bazar hökmranlığına malikdir;

- bütün digər firmalar üçün sahəyə giriş bağlıdır;

- firmanın məhsulunun yaxın əvəzləyicisi yoxdur və o müəyyən mənada nadirdir.

5.İNHİSARÇILIQDA MƏQSƏD: istehsal olunmuş əmtəə və xidmətlər üzərinə yüksək inhisar qiyməti qoymaqla yüksək inhisar mənfəəti əldə etmək və əldə olunmuş mənfəəti maksimallaşdırmaqdır:

(inhisar qiyməti = istehsal xərcləri + inhisar mənfəəti)

6.İNHİSARÇILIQ VƏ RƏQABƏT: Rəqabət aparan firma ilə inhisarçı firma arasındakı fərq inhisarçı firmanın satdığı məhsulun qiymətinə təsir edə bilməsidir. Rəqabət aparan firma fəaliyyət göstərdiyi bazarın həcmi ilə müqayisədə kiçik olur və ona görə də satdığı əmtəə üçün bazarda mövcud olan qiymətlə razılaşır. Bunun əksinə olaraq, inhisarçı bazarda yeganə satıcı olduğu üçün o, istehsal etdiyi əmtəənin miqdarını dəyişməklə qiymətə təsir göstərə bilir. İnhisarçı firma üçün marjinal gəlir anlayışı da rəqabət aparan firmaya nəzərən kəskin fərqlidir. İnhisarçı satışın həcmini artıran zaman bu ümumi gəlirə iki cür təsir edir: 1.istehsal həcmi effekti – daha artıq miqdarda məhsul satılır və deməli istehsal həcmi daha yüksəkdir; 2.qiymət effekti – qiymət düşür. Rəqabət aparan firma bazarda mövcud olan qiymətə nə qədər istəsə məhsul istehsal edib sata bildiyi üçün bu halda heç bir qiymət effekti yoxdur.Əgər belə firma istehsalı bir vahid artırırsa, onda qiymətdə heç bir dəyişiklik baş vermir və satılan məhsulun hər bir vahidi əvvəlki qiymətə satılır. Bunun səbəbi rəqabətli firmanın qiymətlə razılaşan olması və onun marjinal gəlirinin elə əmtəə vahidinin qiymətinə bərabər olmasıdır. Bunun əksinə olaraq inhisarçı istehsalı bir vahid artıran zaman qiyməti aşağı salmalıdır və bu da əvvəlcə satılan hər bir əmtəə vahidindən əldə edilən gəliri aşağı salır. Nəticədə inhisarçının marjinal gəliri qiymətdən az olur. Indi biz inhisarçı firmaların olduğu bazarlar və rəqabət aparan firmaların olduğu bazarlar arasındakı əsas fərqi görə bilərik: rəqabətli bazarlarda qiymət marjinal xərclərə bərabərdir, inhisarlaşmış bazarlarda isə qiymət marjinal xərclərdən yüksəkdir.

7. İNHİSAR ŞƏRAİTİNDƏ QİYMƏT AYRI-SEÇKİLİYİ: İnhisarçı bir çox hallarda alıcıların müxtəlif qrupları üçün müxtəlif qiymətlər təyin edə bilər. Qiymət ayrı-seçkiliyi deyilən bu təcrübə nəticəsində daha aşağı alıcılıq qabiliyyəti olan qruplar da əmtəəni ala bilərlər və nəticədə ümumi rifah artar. Mükəmməl qiymət ayrı-seçkiliyi halında inhisarçının bazarda yaratdığı itirilmiş iqtisadi səmərə tamamilə aradan qaldırılır. Daha ümumi desək, əgər qiymət ayrı-seçkiliyi mükəmməl deyilsə, onda belə siyasət inhisarçının vahid qiymət təyin etdiyi halla müqayisədə maddi rifahı həm artıra, həm də azalda bilər. Qiymət ayrı-seçkiliyi nəticəsində maddi rifahın artması ancaq istehsalçıların izafi faydasının artması hesabına yaranır. Bəs qeyri-mükəmməl qiymət ayrı-seçkiliyi maddi rifaha necə təsir edir? Bu cür qiymətqoymanın təhlili olduqca mürəkkəbdir və bu sualın birmənalı cavabı yoxdur. Bazarda bir qiymət təyin edən inhisarla müqayisədə qeyri-mükəmməl qiymət ayrı-seçkiliyi məcmu izafi faydanı həm artıra, həm azalda və ya heç dəyişməyə bilər. Yeganə birmənalı nəticə ondan ibarətdir ki, qiymət ayrı-seçkiliyi inhisarın mənfəətini artırır.

8.İNHİSARLARIN MADDİ RİFAHA MƏNFİ TƏSİRİ:Rəqabət aparan firmadan fərqli olaraq inhisarçı firmanın qiyməti marjinal xərclərdən yüksək təyin etdiyini bilirik. Bu hal alıcılar nöqteyi-nəzərindən arzuolunmaz, satıcılar nöqteyi nəzərindən isə arzuolunan haldır. Bəs inhisarçının yüksək qiymət təyin etməsindən firma sahiblərinin əldə etdikləri mənfəət alıcıların itirdiyi izafi faydadan çoxdurmu, yəni bu hal cəmiyyət üçün arzuolunandırmı? Bu suala cavab vermək üçün məcmu izafi faydanı iqtisadi rifahın meyarı kimi qəbul edəcəyik. Məcmu izafi fayda istehsalçının izafi faydası ilə istehlakçının izafi faydasının cəminə bərabərdir. Rəqabətli bazarda tələb və təklifin bazar tarazlığı nəticəsində bazardakı sərvətlər elə paylaşdırılır ki, bazarda yaranan məcmu izafi fayda maksimum olur. İnhisar bazarında sərvətlər rəqabətli bazarda olduğundan fərqli paylaşdırıldığı üçün inhisar bazarında iqtisadi rifah (məcmu izafi fayda) maksimuma çatmır.

9. İNHİSARLAR BARƏSİNDƏ DÖVLƏT SİYASƏTİ:Rəqabətli bazardan fərqli olaraq inhisarlaşmış bazarlar sərvətləri səmərəli şəkildə paylaşdıra bilmir. İnhisarlar cəmiyyət üçün lazım olduğundan az məhsul istehsal edir və ona görə də qiyməti marjinal xərclərdən yüksək təyin edirlər. Dövlət siyasəti nöqteyi-nəzərindən, əsas nəticə inhisarçıların sosial cəhətdən səmərəli miqdardan az məhsul istehsal etməsi və marjinal xərclərdən yüksək qiyməti təyin etməsidir. Nəticədə, inhisarlar itirilmiş iqtisadi səmərənin meydana çıxmasına səbəb olurlar. Bəzi hallarda belə qeyri-səmərəlilik qiymət ayrı-seçkiliyi hesabına azaldıla bilər, digər hallarda isə dövlətin müdaxiləsi lazım gəlir.Dövlət, inhisarlaşmış bazarlarla bağlı yaranan problemləri aradan qaldırmaq üçün aşağıdakı 4 tədbirdən birini həyata keçirə bilər:

- inhisarlaşmış sənayeləri tədricən rəqabət mühitinə keçirmək

- inhisarların fəaliyyətini tənzimləmək

- bəzi özəl inhisarları dövlət müəssisələrinə çevirmək

- və yaxud heç bir tədbir görməmək

NƏTİCƏ

.İNHİSARIN SOSİAL-İQTİSADİ NƏTİCƏLƏRİ:İnhisarçılıq məhsulun keyfiyyət xüsusiyyəti ilə bağlı olmadan, onun qiymətinin süni surətdə artırılmasına və məhsulun tələb və təklifin təsiri ilə deyil, inhisar qiyməti ilə satılmasına, istehsalın həcminin azaldılmasına səbəb olduğuna görə o, istehlakçını məhsul seçə bilmək hüququndan məhrum edir. Digər bir tərəfdən, inhisarçı marjinal xərcdən artıq qiymət təyin edərkən, əmtəəyə istehsal xərclərindən artıq qiymət verən bəzi istehlakçılar həmin əmtəəni almırlar. Nəticədə, inhisarçı bazarda itirilmiş iqtisadi səmərənin meydana çıxmasına səbəb olur.



ƏDƏBİYYAT SİYAHISI

https://az.wikipedia.org/




Yüklə 74,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin