Qərbi Kaspi Universiteti SƏRBƏst iŞ


FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ VƏ ONLARDAN İSTİFADƏ EDİLMƏSİ



Yüklə 64 Kb.
səhifə4/7
tarix31.12.2021
ölçüsü64 Kb.
#113082
1   2   3   4   5   6   7
MM üzrə Sİ nümunəsi

FƏRDİ MÜHAFİZƏ VASİTƏLƏRİ VƏ ONLARDAN İSTİFADƏ EDİLMƏSİ

Əhalinin mühafizə qurğularında daldalanması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, adamların fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə silahı, kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, o cümlədən mülki müdafiə dəstələrinin şəxsi heyəti müəyyən müddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM), yaxud bakterioloji vasitələrlə (BV) zəhərlənmiş sahələrdə qalmalı, ya da burada xilasetmə işləri aparmalıdır.

Fərdi mühafizə vasitələri bunlardan ibarətdir:

 tənəffüs üzvlərinin mühafizə vasitələri;

 dəri səthinin mühafizə vasitələri;

 tibbi mühafizə vasitələri.

Tənəffüs üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin özü tərəfindən hazırlanan sadə vasitələr aiddir.

Əleyhqazlar Müasir əleyhqazlar adamın tənəffüs üzvlərini və gözlərini havadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcılarının), radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu vasitələrə və istismar göstəricilərinə malikdir. Əleyhqazların təcridedici və süzücü növləri olur. Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş yayılmışdır. Onların işi, içərisində fəallaşdırılmış kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır.


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin