QəRBİ kaspi universitetiNİn kolleci



Yüklə 366,71 Kb.
səhifə4/6
tarix10.12.2022
ölçüsü366,71 Kb.
#120784
1   2   3   4   5   6
multikulturalizim slayd

Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların etnik-mədəni dəyərlərinin qorunması deməkdir. Əvvəlki fəsildə qeyd olunduğu kimi, ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı bir dövrdə xalqların etnik-mədəni dəyərlərin qorunması təmin olunmadıqda cəmiyyətin inkişafında etnik-dini zəmində ciddi problemlər, hətta münaqişələr yaranır.

  • Multikultural təhlükəsizliyin ümumi mahiyyəti etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların etnik-mədəni dəyərlərinin qorunması deməkdir. Əvvəlki fəsildə qeyd olunduğu kimi, ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığı bir dövrdə xalqların etnik-mədəni dəyərlərin qorunması təmin olunmadıqda cəmiyyətin inkişafında etnik-dini zəmində ciddi problemlər, hətta münaqişələr yaranır.
  • Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, bu, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Son dövrdə Avropanın bir sıra ölkələrində etnik və dini radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyllərinin artması qeyd olunanların bariz nümunəsidir.
  • Beləliklə, multikultural təhlükəsizlik anlayışı da multikulturalizmin dövlət siyasətinə dair istiqamətində yer alır və ölkənin milli təhlükəsizliyi kontekstində mühüm rol oynayır.

Azərbaycan müxtəlif xalqların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü məkandır. Bu məkanı qədim Qafqaz albanlarının bugünkü varisləri olan udilər, inqloylar, buduqlar, xınalıqlılar, qrızlar, habelə yəhudilər, talışlar, ruslar, avarlar, ləzgilər, gürcülər, kürdlər, yaxın keçmişdə almanlar və digər xalqlar və etnik qruplar öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların əsassız iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar və ceklilər də Azərbaycana məxsusdur. Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində – siyasətdə, iqtisadi sferada, təhsildə, mədəni-mənəvi müstəvidə, bir sözlə, bütün sahələrdə görmək mümkündür. Ölkədə məskunlaşmış bütün xalqların və etnik qrupların nümayəndələrinə dövlət tərəfindən bərabər, eyni münasibətin göstərilməsi bu prinsipin əsasını təşkil edir.

  • Azərbaycan müxtəlif xalqların dinc, dostluq, qardaşlıq şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü məkandır. Bu məkanı qədim Qafqaz albanlarının bugünkü varisləri olan udilər, inqloylar, buduqlar, xınalıqlılar, qrızlar, habelə yəhudilər, talışlar, ruslar, avarlar, ləzgilər, gürcülər, kürdlər, yaxın keçmişdə almanlar və digər xalqlar və etnik qruplar öz ortaq vətənlərinə çevirə biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların əsassız iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan xınalıqlılar və ceklilər də Azərbaycana məxsusdur. Azərbaycanda yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrini bu gün müstəqil Azərbaycanın hər bir sahəsində – siyasətdə, iqtisadi sferada, təhsildə, mədəni-mənəvi müstəvidə, bir sözlə, bütün sahələrdə görmək mümkündür. Ölkədə məskunlaşmış bütün xalqların və etnik qrupların nümayəndələrinə dövlət tərəfindən bərabər, eyni münasibətin göstərilməsi bu prinsipin əsasını təşkil edir.

Yüklə 366,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin