7-ci hədis: Merac hədisində qeybətçilər.
Həzrət Muhəmməd (s) Meracla bağlı hədisində belə buyurur: «Meracda olduğum zaman bir qövmün yanından keçdim, onlar əlləri ilə üzlərini didirdilər. Cəbrayildən (ə) bunların kim olduqlarını soruşdum. Cəbrayil dedi: - Bunlar başqalarının qeybətini edərək sirlərini araya çıxaranlardır».2
8-ci hədis:
Həzrət Muhəmməd (s) buyurur: «Hər kim müsəlman kişi və ya qadının qeybətini edərsə, qeybəti edilən şəxs onu bağışlamadıqca, Allah da onun 40 gün namaz və orucunu qəbul etməz».3
Həzrət başqa bir həıdisdə isə belə buyurur: «Kim müsəlman bir şəxsin qeybətini edərsə, orucu və dəstəmazı batil olar. Qiyamət günü gələndə ağzında leşdən daha pis bir qoxan bir iylə gələr və məhşərgəkilər bundan narahat olarlar. Bu şəxs tövbə etmədən öldüyü halda, şüphəsiz ki, Allahın haramlarını hala sayan biri kimi ölər».4
Dostları ilə paylaş: |