12-ci hədis: Cəhənnəm leşi.
Möminlərin əmisi Əli (ə) buyurur: «Qeybətdən çəkinin! Çünki qeybət, cəhənnəm itlərinin yeməyidir. Sonra imam sözünə davam edərək deyir: «Ey Nəufil Bukali! Insanların qeybətlərini edərək ətlərini yeyən şəxs halalzadə olaraq dünyaya gəldiyini zən edirsə, səhf düşünür!»4
13-cü hədis: Qeybətin bərizax aləmindəki yeri.
İmam Sadiq (ə) buyuurur: «Xəbərçilik (söz çatdırmaq), qeybət və yalançılıq əzabına səbəb olur».5
İnsanlar imtəhan dünyasını arxada qoyduqdan sonra qazanmış olduqları əməllərin qarşılığını görmək üçün Allahın məhkəsinə gətiriləcəklər. Ölümlə birlikdə anasından, atasından, həyat yoldaşından, övladlarından, dostlarından, mahallarında və bütün arzularında ayrılaraq torrağa qarışan insan üçün ilk qürbət gecəsi onun üçün qurulacaq. İlk məhkəmə ilə üz-üzə gəlməsi olacaq.
Bu məhkəmədə qorxunc və dəhşət verici vəziyyətlə gələn mələklərin suallarına verəcəyi cavablar onun vəziyyətini açıqlayacaqdır. O gecə, bəzi əməllər insanın əzabla müjdələnməsinə səbəb olacağı kimi bəzi əməllər də bərzəx aləmindəki cənnətlə müjdələnməsinə səbəb olar.
Yuxarıda qeyd edilən hadisədə də qəbr əzabının şiddətinə səbəb olan üç böyük günah təkidlə vurğulanmışdı.
Dostları ilə paylaş: |