9-Qeybət edən dünyada dünyada rüsvay olar:
Bu mövzu barəsində Həzrət Muhəmməd (s) bir hədəsində belə buyurur: «Müsəlmanların qeybətini etməyin, onların sirrlərini açmayın. Çünki, kim qardaşının gizli sirrlərini araşdırarsa, Allah da onun sirrlərini araya çıxarar. Hətta evinin içində belə onu rüsvay edər».3
10-Qeybət insanı dünyada ən alçaq vəziyyətə salar:
Həzrət Muhəmməd (s) buyurur: «İnsanların ən alçağı başqalarına həqarət edəndir (qeybət edəndir)»4
11-Acizlər qeybətləriylə tanınar:
Həzrət Əli (ə) buyurur: «Qeybət acizlərin səyidir».2
Qeybətin axirətə təsirləri
1-Qeybət, qəbr əzabını artırar:
Qeybət elə bir qorxunc günahdır ki, dünyada təsirləri olduğu kimi ölümdən sonra başlayan və həqiqi evimiz olan ölümdən sonrakı yaşamımızdakı təsirlərindən də azd olmaq mümkün deyildir.
İlk yetişəcəyimiz gözləmə salonunda, yəni Bərxəz aləmində qeybət əhli, dünyada olduqları zaman etdikləri qeybətə görə şiddətli qəbr əzbına düçar olacaqlar.3
Dostları ilə paylaş: |