1-Araşdırmaq məqsədi ilə danışmaq:
Dostluq, evlilik, ticarət və bu kimi önəmli mövzularda istişarə etmək və qarşı tərəfin qüsurunu söyləmək, qeybət olsa da, haram deyildir.
Söylənən qüsurun istişarə edilən mövzuda lazımlı rolu varsa, bəlkə də söyləməmək günahdır. Çünki bir hədisdə deyilir: «Möminə nəsihət etmək müstəhəbdir».1
Burada bir neçə diqqət ediləsi nöqtə vardır; Əks tərəfin inanılası bir şəxs olmadığını, onun hər hansı qüsurunu bildirmədən açıqlamaq mümkün olduğu halda qüsuru deyilməməlidir. Məsələn, evlənmək istəyən bir gəncin qüsurlarını bilən şəxs qız tərəfinə -«Mən filan gəncin bu qızla evlənməsini uyğun bilmirəm»-kimi sözlərlə bu evliliyin qabağını ala bilərsə, daha bu qüsurları bir-bir açıqlaması caiz deyildir.
Diqqət edilməsi lazım olan digər bir nöqtə də budur; Araşdıran şəxsin xətadan amanda qalması qarşı tərəfin qüsurunun açıqlanmasına bağlı olduğu halda, zəruri olduğunda qüsuru deyilməlidir. Zəruri olmayan yerdə qüsuru açıqlamaq qeybət sayılır və haramdır.
Dostları ilə paylaş: |