4-Başqalarına çatdırmaq, eyb axtarmaq. Qeybət, sadəcə olaraq dillə işlənən bir günah deyildir, fərqli ifadələrdə də olan bir davranışdır. Bunun üçün də qeybət növlərini bilməyimiz lazımdır:
QEYBƏTİN NÖVLƏRİ A) Sözlə qeybət;bu qeybət, hamının bildiyi ən yayılmış qeybət növüdür. Bir müsəlmanın qüsurunu bir başqasına «dillə» deyərək işlədilir.
B) Yazıyla qeybət;İnsan başqasının qüsurunu bəzən demək əvəzinə yazaraq ifadə edir. Bu halda dinləyici əvəzinə oxuyucu vardır. Bu növdə olan yazıları oxumaq da (bəzi hallar istisna olmaqla) günahda şəriklik sayılır.