2-Necə ölü əti yeyərəm?
Bir şəxs deyir: «Bir neçə adamla bir qəbiristanlıqdan keçirdik. Bu vaxt bir gənc sürətlə yanımızdan keçdi. Onu bu halda görüncə yanımdakılara dönərək, «Bunun kimi gənclər müsəlmanların başına bəla olur!» dedim.
O gecə yuxumda eyni gənci gördüm. Ölmüş tabuta qoyulmuş bir vəziyyətdə yanıma gətirildi. Sonra da əlimə çəngəl-bıçaq verildi. «İndi, yeməyə başla!» deyildi.
«Neçə ildir heyvan əti belə yemirəm. Necə ölü əti yeyərəm?» dedim.
«Sən əslində onun qeybətini etdin; elə isə niyə ətini də yeməyəsən ki?» dedilər. Buna görə də tövbə etdim və ölü gəncin ətini yeməkdən xilas oldum.
Yuxumun ardından bir il boyunca eyni qəbirstanlığa gedib-gəldim. Yalnız o gənci görmək istəyirdim. Nəhayət bir il sonra qarşılaşdıq. Mən bir şey söyləmədən o mənə dönərək, «Tövbə etdinmi?» deyə soruşdu. Bəli, dedim.
-«O halda evinə gedə bilərsən» dedi. «Səni bağışladım!»1
3-Qəbr Əzabı
Cabir ibn Əbdullah Ənsari deyir: «Peyğəmbərimizlə (s) birlikdə yol gedirdik. Yol üstündə iki məzara rast gəldik. Peyğəmbərimiz (s) onların haqqında belə buyurdu: «Bu iki məzarın sahibləri (bu an) əzab içindədirlər. Çünki onlardan biri davamlı qeybət edir, digəri də təharətə əhəmiyyət vermirdi.2
Dostları ilə paylaş: |