QeybəT (ÖLÜ ƏTİ yeməK) Bakı-2010


-Günahlar tövbəyə təmizlənər



Yüklə 193,3 Kb.
səhifə83/94
tarix10.01.2022
ölçüsü193,3 Kb.
#108497
1   ...   79   80   81   82   83   84   85   86   ...   94
8-Günahlar tövbəyə təmizlənər:

«(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: «Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!»3

Göründüyü kimi Allah, tövbə edildiyi təqdirdə hər cür günahı bağışlayacağını bildirmişdir. Necə ki, ayənini nüzul səbəbində də Allahgın rəhmət və bağışlanmasının nə cür geniş olduğu gözə çarpmakdadır.
9- Tövbəni pozmaq əvvəlki tövbənin təsirini yox etməz:

Tövbə edən və əhdini pozan bir kimsə təkrar günah işlərdsə, əvəlki tövbəsi pozular, amma tövbəsinin təsiri yox olmaz. Buna görə yeni edilmiş bir günah üçün yenidən tövbə etməsi lazımdır. Amma daha əvvəl edilən günahlar üçün tövbə edilmiş və pozulmuşsa, yenidən tövbə etmək lazım olmaz.

Bu mövzuyla əlaqədar olaraq Məhəmməd ibn Müslim, İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etməkdədir: «Ey Məhəmməd ibn Müslim! Mömin, etmiş olduğu günahlar üçün tövbə etsə, bağışlanır. Tövbəsini ardından gələcəyi üçün gözəl əməllər etməlidir. Allaha and olsun ki bu fəzilət, ancaq iman əhli üçün etibarlıdır».

Məhəmməd ibn Müslim deyir: «Tövbə və istiğfardan sonra təkrar günah edib tövbə etsə, yenə vaziyyət eynidirmi?»

İmam: «Ey Məhəmməd ibn Müslim! Allahın mömin bir qulu günah etdikdən sonra tövbə etsə və Allahdan bağışlanma diləsə, tövbəsinin qəbul olmayacağını düşünürsən? Mömin tövbə edərək Allaha dönsə, Allah da ona onu bağışlar. Çünki Allah, çox bağışlayandır. Tövbəni qəbul edər, pis davranışları bağışlayar. Əsla bir mömini Allahın rəhmətindən ümidsiz etməyəsən!»1


Yüklə 193,3 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin