«(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!»1
Ayənin nazil olma səbəbi:
Bəzi müfəsirlərə görə bu ayə Vəlid ibn Muğəyrə haqqında nazil olmuşdur. Çünki, Muğəyrə Həzrət Məhəmmədin (s) arxasiyca danışar və onu ələ salardı.
Bəzi müfəssirlər də bu ayənin Əhnəs ibn Şərik, Üməyyə ibn Xalif və As İbn Vail kimi müşriklərin liderləri haqqında nazil olduğunu bildirmişlər.2
Bildiyi kimi ayələr xüsusi şəxslər haqqinda nazil olsa da, həmin ayələri təkcə bu şəxslərə aid etmək yalnışdır. Yəni, bu ayələr eyni sifətlərə malik olan hərkəsə aid edilməlidir. Amma «Qeyd olunan şəxslər zəmanəmizin ən bariz nümunələridirlər» deyilə bilər. Dövrümüzdə də bu ayələrin həmsöhbəti olan bir çox şəxslər vardır. Onlar kimi olmaqdan Allaha sığınırıq.
Dostları ilə paylaş: |