QeybəT (ÖLÜ ƏTİ yeməK) Bakı-2010


-CÜ HISSƏ QEYBƏTLƏ BAĞLI HƏDISLƏR



Yüklə 193,3 Kb.
səhifə16/94
tarix10.01.2022
ölçüsü193,3 Kb.
#108497
1   ...   12   13   14   15   16   17   18   19   ...   94
3-CÜ HISSƏ

QEYBƏTLƏ BAĞLI HƏDISLƏR
1-ci hədis: Qeybət ribadan (sələmdən) daha pisdir.

Həzrəti Muhəmməd (s) buyurur: «Faizlə əldə edilən bir dirhəm Allah yanında 36 zinadan daha pisdir. Faizdən daha pis olanı isə, müsəlmanın şəxsiyyətini alçaltmaqdır».1

Bu hədisdə faizlə verilən bir dirhəmin 36 zinadan daha pis, daha iyrənc olduğu bildirilir. Amma faizdən daha pis olanı isə, müsəlmanın qürurunu zədələyin şeylər etməkdir. Nəticə etibarı ilə qeybət etmək, faizdən daha pis və iyrəmc bir davranışdır.
2-ci hədis: Qeybət edən şəxs qəlbən iman gətirməmişdir.

Həzrət Muhəmməd buyurmuşdur: «Ey dillə iman gətirib qəlblə imana gəlməyənlər! Müsəlmanların qeybətini etməyin. Onların gizli sirlərini və qüsurlarını araşdırmayın. Çunki, hər kəs qardaşının gizli qeyblərini araşdırsa, Allah da onun qüsurlarını ortaya çıxarar, hətta evinin içində belə onu rüsvay edər».2


3-cü hədis: Cəhənnəmə ilk daxil olanlar qeybət edənlərdir.

Bir hadisə də belə qeyd olunmuşdur: «Allah Həzrət Musaya (ə) vəhy nazil edərək buyurdu: - Qeybət edib sonra tövbə edən şəxs cənnətə ən sonuncu daxil olan şəxsdir. Qeybət etməkdə israrlı olan şəxs isə, cəhənnəmə ilk daxil olan şəxsdir».3

Başqa bir hədisdə isə İmam Əli (ə) buyurur: «Müsəlman qardaşının qeybəti üçün addım atan və eyiblərini açıqlayan şəxsin qiyamət günündə ilk addım atacağı yer cəhənnəmdir».1


Yüklə 193,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin