11-ci hədis: Qeybət edənin cəhənnəmdəki halı.
Həzrəti Muhəmməd (s) belə buyurur: «Qeybətin mömin bir şəxsə etdiyi təsir, bıcağın ətə olan təsirindən daha artıqdır. Müsəlman bir qardaşının (qeybətini edərək) ətini yeyər, suyunu içər və paltarını geyərsə, Allaha da ona cəhənnəm atəşindən yedirər, Həmimdən2 içirər və cəhənnəm atəşindən geyirər. Hər kim müsəlman qardaşı ilə (səbəbsiz yerə) düşmənçilik edərsə, Allah da onu (əməllərində) riya və təkəbbürə mübtəla edər. Hər kim islam yolunda yeni bir qardaş əldə etsə, Allah da ona cənnətdə daş-qaşdan bir saray bağışlar».3
Dostları ilə paylaş: |