2 - Qeybət ömrün bərəkətini yox edir:
Bəzi hədislərdə qeybətin yaxşılıqları yox etdiyi bildirilir. Allahın Rəsulu da (s) bir hədisində bu mövzuya işarə edərək buyurmuşdur: «Qeybət yaxşılıqları alovun odunu yox etməsindən daha tez yox edər».2
Digər tərəfdən, insanın ömrünə bərəkət verən şeylər, qazanmış olduğu saleh əməllər və yaxşılıqlardır. Insan qeybət edərək əməllərini yox etdiyi üçün ömrünün bərəkətini də itirir.
3 - Qeybət malin bərəkətini yox edər:
Mal zəkat və xüms verməklə təmizlənir, bərəkətlənir. Allah Qurani-Kərimdə bir çox yerdə zəkatı dinin dirəyi olan namazla birlikdə qeyd etmişdir. Bu da zəkatın nə qədər lazımlı olduğunu bildirməklə, eyni zamanda Allah yanında namazın qəbul olması üçün mütləq zəkatın verilməsi lazım gəldiyini vurğulayır. Başqa bir tərəfdən qeybət, əməlləri alov kimi yox etdiyi üçün bu əməllərin əsərlərini də yox edir. Əməllərin əsərləri yox olduğu vaxt insanın nə ömründə, nə də malında bərəkət qalar. Bunun üçün də belə deyə bilərik: «Qeybət malın bərəkətini yox edər».
Dostları ilə paylaş: |