A) Ruhi qüsurlar: Həsəd, kibir və sair ruhi xəstəliklərə düçar olmuş birinin bu qorxunc qüsurlarını başqalarına söyləmək qeybətdir.
B) Cismani qüsurlar: Başqalarının xəbəri olmadığı xəstəlik və ya şikəstlik kimi bir problemi başqalarına söyləmək də qeybətdir. Dediklərimə misal olaraq aşağıdakı hədisi diqqətinizə yetirirəm:
Bir gün Peyğəmbərimizin (s) yanında bir şəxsin adı çəkilən zaman orada olanlardan biri həmin şəxs üçün-o gücsüz və acizdir-dedi. Bunu eşidən Həzrət (s)-Qardaşının qeybətini etdin!-dedi.1
C) Dinimizdə qüsur bilinən şeylər: Namaz qılmamaq, oruc tutmamaq, ərin həyat yoldaşına zülm etməsi və sair bəzi davranışlar dinimizdə qınanan və haram olan davranışlardır. Bu kimi davranışları başqalarına çatdırmaq da qeybət sayılır.2
Yaşı çox olan və namaz qılmayan bir şəxs üçün «Haradasa bir ayağı qəbirdədi, amma hələdə namaz qılmır» və ya söhbət əsnasında haqqında yaxşı sözlər deyilən bir şəxs üçün «Sizin təriflədiyiniz şəxsin gizli bir yerdə orucunu yeyən gördüm» kimi sözlərlə pis nisbət vermək və başqalarının bilmədiyi növbənöv qüsurları açıqlamaq da qeybət sayılır.
Dostları ilə paylaş: |