3-Alçaltmaq və yaxud pis tanitdirmaq üçün danişmaq
Deyilən qüsurlar qarşı tərəfi alçaltmaq və ya pis tanıtdırmaq məqsədilə edilirsə, qeybət sayılır. Bu səbəbdən hər bir kəsin bildiyi bəzi qüsurları alçaltmaq məqsədilə deməmək qeybət sayılmaz. Məsələn, hər kəsin kor və ya şikəst bildiyi bir şəxs üçün «Filan şəxsin gözləri görmür» və yaxud «Filan şəxs şikəstdir» demək qeybət sayılmaz.1
Burada belə bir nöqtə ortaya çıxır; Gizli bir qüsur hansı bir məqsədlə söylənilməsindən asılı olmayaraq qeybət sayılır. Amma hər kəsin bildiyi bir qüsur qınama və alçaltma məqsədi ilə söylənilirsə, qeybət olmasa da başqa bir tərəfdən haram sayılır.
Alçaltma məqsədi olmadığı təqdirdə heç bir problemin olmadığını İmam Cəfəri Sadiqin (ə) hədisində də başa düşə bilərik. Necə ki, İmam qeybətin tərifində belə buyurur: «Qeybət, qardaşının gizli qüsurlarını deməkdir. Amma hamının bildiyi hirs, tələskənlik bu kimi sifətləri söyləmək qeybət sayılmır».2
Dostları ilə paylaş: |