3-cü yol: Yaradanı tənqid etməmək:
Qeybət edən kimsənin aşkar etdiyi qüsurlar iki şəkildə düşünülə bilər:
a) Cismani qüsurlar
b) Ruhi (əxlaqi) qüsurlar
İnsanın yaradılış qüsuru dilə gətirilərək qeybət edilərsə, həqiqətdə bu, Yaradanla lağ etmək sayılar. Çünki, yaradılandakı qüsurla lağ etmək, Yaradanla lağ etmək və ya onu tənid etmək deməkdir.
Sonradan əldə edilən qüsurlara gəlincə; bilinməlidir ki, başqalarının qüsurunu açan kimsənin öz qüsurları da xalqa açılar. Çünki, daha əvvəl qeyd etdiyimiz kimi, Allah, belə insanların gizli qüsurlarını nümayiş edəcəyinə və hətta onu öz evində belə rüsvay edəcəyinə dair əhd etmişdir.
Əgər «Mənim başqalarına deyiləcək qüsur və ya səhvim yox!» deyilirsə; o zaman bu hədis təkrar nəzərdən keçirilməlidir: «Günahından ötəri kim bu mömini qınayarsa, (qeybətini etsə), eyni günahı özü də etmədikcə, əsla ölməz»1
O halda hər sağlam fikir, qeybətdən əsla xeyir görməyəcəyini yaxşıca bilməlidir. Çünki qeybət edən kimsə ya uca Yaradanla lağ etmişdir, ya da qınadığı şeyin öz başına da gələcəyini göz önünə almışdır.
Dostları ilə paylaş: |