Tövbəbin fəziləti
İstər Qurani-Kərimdə, istərsə də hədislərdə tövbənin bir çox fəzilətindən bəhs edilmişdir. Burada, xülasə olaraq bir neçə fəzilətə toxunacağıq:
1-Allahın adlarından biri də Təvvabdır:
Tövbə, Allahın yanında qiymətli bir əməldir. Necə ki, Rəbbimiz, bu mövzuda belə buyurur: «(Nəhayət) Adəm rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir».1
«Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!»2
Bu ayələrə diqqət yertirildiyində, Allah tövbə edənlərə nə cür əhəmiyyət verdiyi, sevdiyi, secdiyi və onlardan tərifə danışdığı görülməkdədir. Yəni, Allah, tövbə edən bir qulunu gördüyündə sevinir. Onun sevincini dərk etmək və vəsfləndirmək qeyri-mümkündür. Amma yenə də bu mövzunu daha yaxşı anlaya bilmmiz üçün bəzi bənzətmələr edilmişdir. Necə ki, İmam Sadiq (ə) bir hədisində belə buyurmaqdadır: «İtirdiyiniz bir şeyi tapdığınızda necə sevinirsinizsə, Allah da mömin bir qulu tövbə etdiyində (elə) sevinər».3
Dostları ilə paylaş: |