7-Allah tövbələri qəbul edər:
Qurani-Kərimdə bu mövzuda belə buyurur: «Bəndələrinin tövbəsini O qəbul edir, günahları O bağışlayır və sizin nə etdiyinizi də O bilir».1
İmam Sadiq (ə) belə buyurar: «Allah Həzrət Davuda «Ey Davud! Günahkarları müjdələ, möminləri (sadiqləri) qorxut!» deyə əmr etdi. Həzrət Davud, «Ey Allahım, günahkarları necə müjdələyim, möminləri necə qorxudum?» -deyə soruşdu. Allah belə buyurur: «Günahkarları müjdələ və de ki: Onların tövbələrini qəbul edib günahlarını bağışlayacağam. Möminləri də qorxut və de ki: Əsla etdiklərindən ötəri özlərini bəyənməyəsinlər».2
Dostları ilə paylaş: |