QeybəT (ÖLÜ ƏTİ yeməK) Bakı-2010


Qeybətdən ötrü tövbə etmək



Yüklə 193,3 Kb.
səhifə91/94
tarix10.01.2022
ölçüsü193,3 Kb.
#108497
1   ...   86   87   88   89   90   91   92   93   94
Qeybətdən ötrü tövbə etmək
Qeybət, Allahın əmrinə qarşı gəlməkdən artıq qul haqqını da pozduğu üçün fərqli bir xüsusiyyətə malikdir. Başqa sözlə, qeybətdən ötəri tövbə etmək istəyən bir kimsə Allahdan bağışlanma diləməklə birlikdə qeybətini etdiyi şəxsdən də halallıq almalıdır.
Qeybət qul haqqını pozduğuna dair dəlillər:

1-Qeybət, qeybəti edilən kimsəyə qarşı işləyən bir zülmdür.

2-Hədislərdə «Möminin mömin üzərindəki haqqı onun qeybətini etməməkdir» buyurulur.1

3-Müsəlmanın qeybətini etmək; cana, mala və namusa təcavüz haramdır.2

Buna görə qeybətdən tövbə etmək üçün tək yol, qeybəti edilən kimsədən halallıq almaqdır. Necə ki Peyğəmbər (s) bir hədisində belə buyurur: «Kim bir Müsəlmanın qeybətini etsə, qeybəti edilən onu bağışlamadıqca, Allah da onun qırx gün namaz və orucunu qəbul etməz».3

Yenə, İmam Zeynəlabidin (ə), Peyğmbərimizin (s) belə buyurduğunu rəvayət edir: «Müsəlmanın, (Müsəlman) qardaşı üzərində otuz haqqı vardır; bu haqlar, onları yerinə yetirmək və ya bağışlamaqla üzərindən qalxar. O haqqlardan biri də (Müsəlman qardaşının) qeybətini etməməkdir».4

Qeybət edən bir kimsə, etdiyi bu günahlə başqasının haqqını qəsb rtmiş və ya üzərinə almış olar. Başqa sözlə, qəsb edilən bu haqqın kompensasiya edilməsi, ya da sahibinə qaytarılması lazımdır. Qul haqqının aradan qaldırıldığından əmin ola bilmək üçün də qeybəti edilən kimsənin bağışlanması lazımdır. Qeybət edilən kimsəyə yetişmək qeyri-mümkün olsa belə bu haqq yenə insanın üzərində qalar. Bu mövzu fiqhdə oğurluq, qəsb və sair haqqlara bənzər. Qəsb edilən mal, sahibinə çatsın və ya çatdırılması, qul haqqı yenə baqidir və halallıq alınmadıqca da ortadan qalmaz.


Yüklə 193,3 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin