§81. Cərimə, intizam təcridxanalarında, karserdə və kamera tipli otaqlarda məhkumların saxlanma şəraitinə nəzarət:
İslah müəssisələrinin rəisləri, onların müavinləri, xidmət sahələrinin və hissələrinin rəisləri müntəzəm olaraq cərimə, intizam təcridxanalarına, karserlərə, ümumi aradan qaldırması və məhkumların əsaslandırılmış şikayətlərinin təmin edilməsi üçün tədbir görürlər və bu barədə xüsusi kitabda qeyd edirlər (Əlavə - 41, 42).
§82. Məhkumların təhlükəsiz yerə keçirilməsi:
Məhkumun həyat və sağlamlığı təhlükə altında olarsa, ona qarşı yeni cinayət törədilməsi təhlükəsi yaranarsa, əməliyyat məlumatına və məhkumun bu barədə müdiriyyətə müraciətinə əsasən dərhal tədbirlər görülməli və o xüsusi ayrılmış yaşayış sahəsinə keçirilməlidir. İslah-Əmək müəssisəsinin rəhbərliyi bu təhlükənin aradan qaldırılması üçün tədbirlər görməlidir. Hadisə ilə əlaqədar xidməti yoxlama aparılaraq nəticəsi barədə rəy hazırlanmalıdır. Lazım gəldikdə isə müəyyən olunmuş qaydada məhkumun sonrakı cəzaçəkmə yeri barədə məsələ həll edilməlidir.
Təhlükəsiz yerə keçirmə müəssisə rəisinin qərarı ilə 30 günlüyə, müstəsna hallarda isə MRNK-nin qərarı ilə 24 saatlığa edilir. Təhlükəsiz yerə keçirmə tədbiri cəza sayılmır və cərimə təcridxanalarında, KTO-da saxlanılanlar üçün qoyulmuş məhdudiyyətlər onlara şamil edilmir.
XV FƏSİL. Məhkumların maddi-məişət təminatı və onlara tibbi xidmət:
§83. Məhkumların maddi-məişət təminatı:
-
Məhkumlar üçün lazımi yaşayış maddi-məişət şəraiti yaradılır. Soyuq vaxtlarda yaşayış otaqlarında hərarət 18 dərəcə selsidən az olmamalıdır. Məhkumlar gündə üç dəfə isti yeməklə, geyimlə, dəyişiklə, ayaqqabı və yatacaq ləvazimatı ilə təmin olunurlar.
-
Yuxarıda göstərilən əşyaların dəyəri məhkumun əmək haqqından, yaxud öz arzusu ilə şəxsi hesabındakı vəsaitdən tutulur və onların şəxsi mülkiyyəti hesab olunur.
Yetkinlik yaşına çatmamışlar, birinci və ikinci qrup əlillərə, hamiləliyi dörd aydan çox olan qadınlara, islah əmək koloniyaları nəzdindəki uşaq evlərində uşaqları olan işləməyən qadınlara, yaşı altmışdan çox olan işləməyən kişilərə, yaşı əlli beşdən çox olan işləməyən qadınlara, habelə xəstəliyinə görə işdən azad edilmiş məhkumlara yemək, geyim və dəyişik pulsuz verilir. Ayaqqabı və geyimin təmiri İƏM-nin emalatxanasında pulsuz edilir.
3) Koloniya məntəqələrində cəza çəkən məhkumlar geyimi və yeməyi nağd pulla alır, məişət təminatı isə ümumi əsaslarla verilir. Özündən asılı olmayan səbəblərə görə işləməyən (karantin, hava şəraiti və s.) məhkumların təminatı koloniyanın hesabına olur. Pulsuz təminat üçün əsas müalicə müəssisələrinin verdiyi, yaxud koloniya rəisinin imza etdiyi arayışlar ola bilər. İmtahan verməkdən ötrü işdən azad olunmuş şəxslərə məhkumun orta aylıq əmək haqqı hesabı ilə ödənc verilir. Xəstəxanalarda və stasionarda müalicədə olan məhkumlara yemək müəyyən edilmiş normada verilir, lakin yeməyə görə ona kompensasiya verilmir.
4) Üç yaşınadək uşağı olan koloniya məntəqələrindəki məhkum qadınlar uşağın üç yaşı tamam olanadək İƏM-nın uşaq evlərindəki norma üzrə ərzaq və əşyalarla təmin olunurlar. yaxud öz arzuları ilə bunun üçün onlara müvafiq pul ödənci verilir.
§84. Koloniyadan kənarda yaşayan üç yaşınadək uşağı olan qadınların təminatının xüsusiyyətləri:
1) Koloniyadan kənarda yaşayan üç yaşınadək uşağı olan qadınlar və uşaqları, hamilə qadınlar, uşaq əmizdirən analar İƏM-nin uşaq evləri üçün nəzərdə tutulmuş norma ilə ərzaq və digər təminat, yaxud öz arzuları ilə müvafiq pul ödənci alırlar.
2). Doğuşdan sonrakı məzuniyyət müddəti qurtardıqdan sonra koloniyadan kənarda yaşayan məhkum qadını müdriyyət İƏM-nin obyektlərində işə düzəldir.
3). İƏM-nin müdriyyəti məhkum qadının uşağını körpələr və uşaq evlərinə düzəltməyə kömək edir. Zəruri hallarda məhkum ananın işdə olduğu müddətdə onun uşağı İƏM-nin uşaq evinə qoyulur.
§85. Məhkumlara tibbi xidmət:
1) Azadlıqdan məhrumetmə yerlərində tibbi xidmət təminatı, sanitar-profilaktik tədbirlərin aparılması, məhkumun müayinə və müalicəsinin, müalicə yerlərinə göndərilməsinin, narkoman və əyyaşların məcburi müalicəsinin təşkili qaydaları və s. Azərbaycan Respublikası Səhiyyə, Ədliyyə Nazirliyinin müvafiq əmr və göstərişləri ilə müəyyənləşdirilir.
2) İslah əmək müəssisələrində tibb xidməti:
a) Məhkumların əmək qabiliyyətini müəyyən etmək və rasional terapiyanı tətbiq etmə məqsədi ilə klinik müayinələr və məhkumlar üzərində müşahidələr aparmaqla;
b) Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş üsul və vasitələrlə ambulator, ümumisomatik, stasionar və xüsusi müalicə etməklə həyata keçirilir.
3) İslah əmək müəssisələrinə daxil olmuş şəxslər tibbi müayinədən keçirlər. Tibbi müayinənin nəticələri, ruhi və somatik xəstəliklər barədə dəlillər daxil olmaqla, məhkumun tibbi kitabçasında qeydlər aparılır.
4) Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə, tərbiyə-əmək koloniyasına yeni daxil olmuş bütün məhkumlar, kompleks sanitar təmizləmədən və tibbi baxışdan sonra, təcrid olunmuş xüsusi karantin otaqlarında 14 gün müddətinə yerləşdirilirlər.
Bu müddət ərzində məhkumlar arasında yoluxucu xəstəliklər aşkar edilməzsə karantindən çıxarılırlar. Karantində olan zaman yoluxucu xəstə və ya xəstəliyə şübhəli şəxs aşkar edildikdə, karantin müddəti müvafiq qaydada uzadılır və həmin vaxt axırıncı xəstənin təcrid olunduğu gündən hesablanılır.
5) İslah əmək müəssisələrinə, həbsxanaya qəbul olunmuş məhkumlar zəruri hallarda tibbi karantinə yerləşdirilirlər.
Bütün hallarda həmin məhkumlar on gün müddətinə digər məhkumlardan təcrid olunmuş otaqlarda saxlanılır və ayrılıqda işlərdə istifadə olunurlar.
§86. İslah Əmək məsələlərində sanitar-gigiyena və epidemiya əleyhinə qaydalarına əməl edilməsi:
1) İslah əmək müəssisələrində müəyyən edilmiş sanitar gigiyena və epidemiya əleyhinə qaydalara ciddi əməl olunması təmin edilir.
İslah əmək müəssisələrinə qəbul edilmiş şəxslər, o cümlədən məhkum kişilərə saçın və qoltuq altının qırxılması daxil olmaqla kompleks sanitar təmizləmə keçirirlər.
Belə təmizləmə ayda bir dəfədən az olmayaraq təşkil olunur, həftədə bir dəfədən az olmayaraq məhkumlara alt paltarı və dəyişək verilməklə, ehtiyac olduqda isə saçını, saqqalını, bığını qısaltmaqla, üzünü, qoltuq altını qırxmaqla hamam təşkil olunur.
2) Xüsusi rejimli islah əmək müəssisələrində kamera tipli binalarda saxlanılan məhkumlara gündəlik bir saatlıq gəzinti, binalardan kənarda işləyən məhkumlara isə işə çıxarılmayan günlərdə həmin müddətə gəzinti verilir.
Vərəm xəstəliyi olan şəxslər gündəlik iki saatlıq gəzinti ilə təmin olunurlar.
Bu şəxslərə qarşı cərimə və intizam təcridxanasına, karserə, kamera tipli otaqlara və ya xüsusi rejimli müəssisələrin təkadamlıq kameralarına salmaq kimi intizam tənbehləri tətbiq edildikdə, onlar ümumi əsaslarla saçlarını qırxdırırlar.
§87. Azadlıqdan məhrumetmə yerlərinin İslah-müalicə müəssisələrində (İMM) məhkumların yerləşdirilməsi və saxlanılması şəraitlərinin bəzi xüsusiyyətləri:
İMM-də xüsusi təhlükəli residivistlər haqqında ölüm hökmü azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, dövlətə qarşı xüsusi təhlükəli cinayət etmiş məhkumlar. istintaq altında olanlar, başqa məhkumlardan təcrid olunmuş şəkildə saxlanılırlar. Bu məhkumlar xüsusi təşkil olunmuş həbsxana tipli palatalarda saxlanılırlar. Yetkinlik yaşına çatmamış və qadın məhkumlar ayrıca saxlanılırlar.
İMM-də uzun müddətli və qısa müddətli görüşlər məhkumlara İMM-nin rəisi tərəfindən müvafiq rejimli koloniyalardakı norma üzrə verilir. İMM-nin rəisi xəstəliyi ilə əlaqədar həyatı təhlükə qarşısında olan məhkumların qohumlarına yoluxmağa (baş çəkməyə) imkan yaradır və bu növbəti görüş kimi nəzərə alınmır.
Koloniyaların cərimə, intizam təcridxanalarında, KTO-da, xüsusi rejimli koloniyanın birnəfərlik kamerasında və həbsxananın ciddi rejimində saxlanılan məhkum özünə xəsarət yetirib İMM-nə gələrsə xəstəxanada keçirdiyi müalicə vaxtı intizam cəzasının vaxtının üstündən çıxılmır.
İMM-də məhkumlar qayda-qanun pozuntusuna görə aşağıdakı istinadlarla qanunçuluqda nəzərdə tutulmuş kamera tipli otaqlara və birnəfərlik kameralara salınmadan başqa bütün məsuliyyətlərə cəlb olunurlar;
cərimə təcridxanasında saxlanılan məhkumlar yeməyi xəstəxana norması ilə alır və gündə iki saata qədər gəzintiyə çıxarılırlar.
İMM-də müntəzəm olaraq qayda-qanunu qəti surətdə pozan məhkumlar özünü və ətrafdakıların həyat və sağlamlığına təhlükəli olmadığı halda gəldiyi müəssisəyə göndərilməyə yazılır.
İMM-də məhkumların yoxlanılması təcrid olunmuş şöbələr, palatalar üzrə gündə iki dəfədən az olmayaraq aparılır.
Vərəm xəstələrə xəstəliyin dərəcəsindən asılı olaraq müvafiq rejimli koloniyada nəzərdə tutulan norma üzrə (həkimin icazəsi ilə) uzun müddətli görüş verilir. Onlar tibb xidmətinin rəyi ilə əməyə cəlb olunurlar.
§88. Azadlıqdan məhrum edilmiş alkoqoliklərin və narkomanların məcburi müalicəsi:
1) Cinayət və islah əmək qanunvericiliyinə uyğun olaraq azadlıqdan məhrumetməyə məhkum olunmuş alkoqoliklər və narkomanlar azadlıqdan cəzasını çəkdikləri vaxt məcburi müalicə olunurlar.
Azadlıqdan məhrumetmə cəzasını çəkən vaxt məhkəmənin, hökmü ilə barəsində məcburi müalicə tətbiq edilməmiş məhkumun xroniki alkoqolik və narkoman olduğu müəyyən edilsə, islah əmək müəssisənin və həbsxananın müdriyyəti məhkum barəsində məcburi müalicə tətbiq edilməsi haqqında ərazi üzrə məhkəməyə təqdimatla müraciət edir.
2) Bu və ya digər şəxsin müalicəsi başa çatdıqda bütün müalicə həkimlərinin iştirakı ilə onun xəstəlik tarixində tibbi komissiyanın rəyi, laboratoriya, rentgen və digər dəlillərlə təsdiq edilmiş və müalicə nəticəsində əldə edilmiş nailiyyəti təfsilatı ilə qeyd etməklə psixi və fiziki vəziyyətində əmələ gəlmiş bütün dəyişiklikləri təsvir edən ətraflı epikriz tərtib edilir.
3) Alkoqolizm və narkomaniyadan məcburi müalicə kursunun qurtarmasından, azadlıqdan məhrumetmə yerlərindən azad edilməsinə qədər bir ildən artıq vaxt keçmədikdə, islah əmək müəssisəsinin müdriyyəti azad edilmiş şəxsin gedəcəyi yaşayış ərazisinin psixonevroloji dispanserinə və yaxud yerli səhiyyə orqanlarına xəstəlik tarixindən çıxarış göndərilir.
4) İslah əmək müəssisələrinin müdriyyəti prokurorluq, məhkəmə; istintaq orqanlarının və səhiyyə müəssisələrinin tələbi ilə xəstəlik tarixindən çıxarış və arayışlar verir. Bütün digər müəssisələrə, alkoqolizmdən və narkomaniyadan məcburi müalicə kursu keçmiş şəxslərə, o cümlədən qohumlarına yalnız həmin şəxsin məcburi müalicədə olması faktı və müddəti barədə məlumat verilir.
5) Alkoqolizm və narkomaniyadan məcburi müalicə kursunu tam keçmiş məhkumlar barədə müəssisənin müdriyyəti qüvvədə olan qanunvericiliyinə əsasən məhkəmə qarşısında onların üzərindən məcburi müalicənin çıxarılması məsələsini qoymağa borcludur.
6) Məhkəmənin qərarı ilə narkomaniyadan məcburi müalicə tətbiq edilmiş məhkumlar, bir qayda olaraq məhkəmə tərəfindən müəyyən edilmiş, rejim növünə müvafiq ayrıca koloniyalarda cəmləşdirilir.
7) Azadlıqdan məhrumetmə yerlərindən azad olunma vaxtınadək məhkumun müalicəsi başa çatdırılması, gedəcəyi yaşayış ərazisinin psixonevroloji dispanserinə və yaxud yerli səhiyyə orqanlarına xəstəlik tarixindən çıxarış, hökmün surəti və ya məhkəmənin qərarı və digər sənədlər göndərilir. Yerli polis orqanlarına bu barədə məlumat verilir.
Əlavə - 1
§7
TƏKLİF VƏ İRADLAR
KİTABI
_______________________________________________________________________________________________________
(islah əmək müəssisəsinin adı)
Başlanıb: ________________
Qurtarıb:________________
Sıra
№-si
|
Tarix
|
Yoxlayan şəxsin vəzifəsi və rütbəsi
|
İradın məğzi
|
Təkliflər
|
Yerinə yetirmə müddəti
|
Görülmüş tədbirlər
|
|
|
|
|
|
|
|
Əlavə - 1
§7
Qeyd:
1. Kitab nömrələnməli, tikilməli, müvafiq imza və möhürlə təsdiqlənməlidir.
2. Kitab İƏM-ni yoxlamaq hüququ olan şəxslərə baxmaq və müvafiq qeydlər aparmaq üçün təqdim olunur.
3. Yoxlayıcı kitaba islah əmək müəssisələrinin fəaliyyəti məsələləri ilə əlaqədar təklif və iradlarının əks etdirir və aşkar edilmiş çatışmamazlıqların aradan qaldırılmasının müddətini göstərir.
4. Müəssisə rəisinin yoxlayıcı tərəfindən təklif və iradlar kitabında göstərilən müddətdə çatışmamazlıqların aradan qaldırılması barədə yuxarı rəisə məlumat verməyə borcludur.
Əlavə - 2
§14
Koloniyalarda yataqxanaların təmin olunduqları avadanlıqların
S İ Y A H I S I
Məhkumların sayına görə bir, yaxud iki mərtəbəli metal çarpayılar.
İki məhkuma bir ədəd hesabı ilə dolabçalar.
Taxta stul (iki nəfərə - ədəd).
İçməli su üçün böyük qab və parç.
RADİO.
Divar saatı.
Konserv açan və xörək bıçaqları (yataqxanaya - 2 ədəd), qayçı (50 nəfərə bir ədəd).
Paltar asan.
10-12 nəfər oturmaq üçün miz.
Qeyd: 1) Hər on nəfər məhkuma su kranı olmaq şərtilə ayrıca otaqda əl-üz yuyan təşkil olunur.
2) Yeməkxana konserv açan bıçaqlar və qayçılar nişanlanır və siyahıya alınaraq yataqxana növbətçisində saxlanılır.
Əlavə - 3
§15
Həbsxana kameralarının, İƏM-də kamera tipli otaqların
təmin olunduğu avadanlıqların
S İ Y A H I S I
Məhkumların sayı qədər bir, yaxud iki mərtəbəli dəmir çarpayılar
(İƏM-nin KTO-da, xüsusi rejimli koloniyaların birnəfərlik kameralarında dəmirlə qıfılla bağlanan, vaqon tipli qatlama çarpayılar) düzəldilir.
Yemək stolu - 1
Həmin stol uzunluğunda skamya - 2
Məhkumların sayı qədər gözlükləri olan rəf, yaxud şkaf (ərzaq saxlamaq üçün) - 1
İçməli su üçün böyük qab və parç - 1
Dolabça (iki nəfərə bir ədəd)
Stolüstü oyunlar - şahmat, dama, domino.
Vedrə, xəkəndaz, süpürgə (yır-yığış vaxtı verilir).
Radio.
Paltarasan.
Əlavə - 4
§18
Vətəndaş_____________________________
Ünvanı: ______________________________
__________________________________________
BİLDİRİŞ
Məlumat verilir ki, sizin __________________________________________________________
(qohumluq əlaqəsi və soyadı)
________________________________cəzasını çəkmək üçün_____________________________________
_____________________________________________________________________ ünvanda yerləşən
(müəssisənin ünvanı)
________________________________________ daxil olub.
(müəssisənin şərti adı)
Qanuna uyğun olaraq məhkum________________________________________________________
il ərzində ______________________bağlama (sovqat, banderol) almağa ________________qısa müddətli ____________________________uzun müddətli görüş və məhdudiyyətsiz məktub, teleqram göndərməsi və alması hüququ vardır.
Onlara məhdudlaşdırılmış çeşiddə ərzaq məhsulları göndərmək olar.
Məhkuma 2 nəfərdən çox olmayaraq yetkin yaşlı şəxslərlə görüş verilir.
Məhkum ____________ görüşün vaxtı barədə Sizə bildirəcək
_________________________________ rəisi
_________________________________________
(imza)
«______»_______________19 _____ il
4-cü əlavənin əks tərəfi
§18
Məhkumlara bağlamalarda (sovqatda) göndərilməsinə icazə
verilən ərzaq məhsullarının
S İ Y A H I S I
Çörək, çörək məhsulları
Duzlanmış balıq (bişirilməsi tələb olunmayan)
Yağ, piy
Pendir
Çay (həbsxanada 100 qrama qədər)
Tütün məmulatları, kibrit, alışqan
Ət və tərəvəz konservləri
Süd, süd məhsulları
Meyvə, tərəvəz
Quru qənnadı məmulatları
Q e y d: Banderollarda, kofe, kakao şokolad və onlardan hazırlanmış məmulatlardan başqa ərzaq məhsullarından yalnız quru qənnadı məmulatlarını göndərməyə icazə verilir.
Həbsxanada cəza çəkən məhkumlara həmçinin banderol və bağlamalarda mexaniki ülgüclərin göndərilməsi qadağan olunur.
Məhkumlara məhkəmənin qərarı və hökmünün surəti, mexaniki və elektrik ülgücləri, şap-şap göndərməyə icazə verilir.
Əlavə - 5
§19
Q Ə R A R
Həbsxanada məhkuma rejiminin növünün
təyin (dəyişilməsi) edilməsi barədə
Məhkum__________________________________________________________________________________
(soyadı, adı, atasının adı)
______________________________________________________________________________________________________
(təvəllüdü)
______________________________________________________________________________________________________________
(səbəbi göstərilir)
Azərbaycan Respublikası İslah-Əmək məcəlləsinin ______________ maddəsini rəhbər tutaraq,
QƏRARA GƏLDİM:
Məhkum_________________________________________________________________________________
(soyadı, adı, atasının adı)
____________________ ay müddətinə ciddi rejimə salınsın
yazı ilə
____________________ ay müddətinə ümumi rejimdən ciddi rejimə dəyişdirilsin.
yazı ilə
Ciddi rejimdən ümumi rejimə dəyişdirilsin.
Həbsxana rəisi ________________________
rütbəsi, imzası
_____________________________ soyadı
«______»_______________19 _____ il
Qərar mənə elan olunub_____________________________________________________________
tarixi və məhkumun imzası
Məhkum “____” ________________ 19_____ il tarixindən ciddi rejimə keçirilib.
Həbsxana rəisinin növbə üzrə köməkçisi
____________________________________
(rütbəsi, imzası, soyadı)
Məhkum “____” ________________ 19_____ il tarixindən ümumi rejimə keçirilib.
Həbsxana rəisinin növbə üzrə köməkçisi
____________________________________
(rütbəsi, imzası, soyadı).
Əlavə- 6
§21
Məhkumlar üçün satışa icazə verilmiş ərzaq
məhsulları və ən zəruri əşyaların
SİYAHISI
I - Ərzaq məhsulları
-
Çörək, çörək məmulatları.
-
Duzlanmış balıq (bişirilməsi tələb olunmayan).
-
Konservlər (balıq, ət-bitkili, piyli paxlalı, tərəvəz, meyvə)
-
Piylər (bitki, kərə yağları, marqarin, qarışıq piylər, donuz piyi).
-
Pendir.
-
Quru qənnadı məmulatları (şokolad, kofe, kakao tərkibli məmulatlardan başqa)
-
Çay (həbsxanalarda 100 qrama qədər).
-
Meyvə, tərəvəz, göyərti.
-
Tütün məmulatları.
-
Süd, süd məmulatları.
II - Koloniyalarda satışa icazə verilmiş ən zəruri əşyalar:
-
Tuman, köynək, cib dəsmalı, corab məmulatları, əlcək, otaq şap-şapları, idman ayaqqabıları, saplar, şərflər.
-
Baş örtüyü, büstqalter, tənzif, tampon, saç sancağı, vazilen, pambıq, idman finkası, belbağı, şampun, krem, dodaq pomadası, pudra.
-
Diş tozu, əl-üz və təsərrüfat sabunları.
-
Plastik kütlədən qayrılmış qab-qacaq, sabun, eynək, diş fırçaları üçün qutular.
-
Parçlar, qaşıqlar.
-
Elektrik və mexaniki üzqırxan cihazlar.
-
Daraq, güzgü, diş, paltar və ayaqqabı şotkaları, ayaqqabı kremi.
-
Şahmat, dama, domino.
-
Dəftərlər, poçt zərfləri, açıqcalar, markalar, adi və avtomat qələmlər, mürəkkəb, qara, göy, bənövşəyi rəngli diyircəkli qələm içlikləri.
-
Kibrit, papiros kağızı.
III - həbsxanada satışa icazə verilmiş ən zəruri əşyalar
-
Şap-şaplar
-
Corab məmulatları
-
Cib dəsmalı
-
Əl-üz və təsərrüfat sabunları
-
Plastik kütlədən qayrılmış qab-qacaq, sabun, eynək, diş fırçaları üçün qutular.
-
Yazı kağızı, poçt zərfləri, açıqcalar, markalar, adi qələmlər, qara, göy, bənövşəyi rəngli diyircəkli qələm içlikləri.
-
Diş fırçası, diş, tozu.
-
Kibrit, papiros kağızı.
-
Elektrik üzqırxan cihazı.
Q e y d: 1. Göstərilən növ məhsulların yerlərdə ayrılmış ticarət fondları həddində satışı təşkil olunur.
2. Azadlıqdan məhrumetmə yerlərinin müalicə müəssisələrində, ümumi, möhkəm və ciddi rejimli İƏM-nin kamera tipli otaqlarında, xüsusi rejimli İƏM-nin birnəfərlik kameralarında, habelə qanunla barəsində narkomanlıqdan məcburi müalicə tətbiq edilmiş çayın satışı qadağan olunur.
Əlavə - 7
§21, 31
Məhkumların saxlamasına icazə verilən
ərzaq məhsullarının
S İ Y A h I S I
-
Çörək, çörək məmulatları.
-
Duzlanmış balıq (bişirilməsi tələb olunmayan).
-
Yağ, piy
-
Pendir.
-
Quru qənnadı məmulatları
-
Çay (həbsxanalarda 100 qrama qədər).
-
Meyvə, tərəvəz, meyvə qurusu.
-
Tütün məmulatları, kibrit, alışqan.
-
Ət və tərəvəz konservləri.
-
Süd, süd məmulatları.
Q e y d: 1. Məhkumlara kofe, kakao və onlardan hazırlanmış məmulatların saxlanması qadağan olunur.
2. Ümumi, möhkəmləndirilmiş, ciddi rejimli İƏM-nin kamera tipli otaqlarda, xüsusi rejimli İƏM-nin birnəfərlik kameralarında saxlanılan, habelə qanunla barələrində narkomanlıqdan məcburi müalicə tətbiq edilmiş şəxslərə, bütün növlərdən olan çayın saxlanması qadağan olunur.
Məhkumlara, məhkəmənin qərarı və hökmlərinin surəti, qiymətli əşyaların, şeylərin, pulun təhvil verilməsi barədə qəbzlərini özlərində saxlamağa icazə verilir.
Əlavə - 8
§21, 31
MƏHKUMLARA ÖZLƏRİNDƏ SAXLAMALARINA İCAZƏ
VERİLƏN ƏŞYALARIN VƏ ŞEYLƏRİN
SİYAHISI
Məhkumlar üçün müəyyən edilmiş nümunələr üzrə:
-
Paltar, papaq, ayaqqabı və yataq ləvazimatı - təyin edilmiş normada.
-
İki dəstdən çox olmamaq şərti ilə isti və adi alt paltarı.
-
Corab, əlcək - iki cütdən artıq olmamaqla, şərf, cib dəsmalı, bel qayışı, saplar, sap məmulatları.
-
Otaq şap-şapları və idman ayaqqabıları, hərəsindən bir cüt.
-
Güzgü, mexaniki və elektrik üzqırxan cihazları
-
Parç, qaşıq
-
Tualet ləvazimatları (sabun, diş fırçası, diş tozu, daraq).
-
Qoltuq ağacı, taxta əl ağacı, protez (həkimin icazəsi ilə)
-
Dərsliklər və dərs ləvazimatları (oxuyanlar üçün)
-
Ədəbiyyat (o cümlədən dini) (hər məhkuma 10 kitaba qədər)
-
Yazı kağızı, dəftərlər, adi və avtomat qələmlər, mürəkkəb, qara, göy, bənövşəyi rəngli diyircəkli qələm içlikləri, zərflər, açıqcalar, markalar.
-
Domino, şahmat, dama (hərəsindən bir ədəd)
-
Məktublar, fotoşəkillər (fotoalbom)
-
Ayaqqabı və paltar şotkası, ayaqqabı kremi.
-
Tütün məmulatı, kibrit.
Q e y d: Məhkum qadınlar, baş örtüyü, büstqalter, tənzif, saç sancağı, vazilen, pambıq, idman finkası, bel bağı, şampun, pomada, pudra, tampon, krem özlərində saxlaya bilərlər. Həbsxanada saxlanılan məhkumlara elektrik üzqırxan cihazlarından başqa bütün növlərdən ibarət ülgüclərin özlərində saxlanması qadağan olunur.
Məhkumlara məxsus əşya və şeylərin çəkisi bütün hallarda 50 kq-dan artıq olmamalıdır (o cümlədən anbarda saxlanılanlarla birlikdə).
Əlavə - 9
Dostları ilə paylaş: |