Qeydiyyat № _________________ P R O T O K O L
şahidin qanuni nümayəndəsinin hüquq və vəzifələrinin izah edilməsi haqqında
______________________ 20 ____ il ______________________ şəhəri
_____________________________________________________________________________
protokol tərtib edən şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı, istintaq hərəkətinin aparıldığı yer
_____________________________________________________________________________
Azərbaycan Respublikası CPM-nin 51, 85 və 120-ci maddələrinə əsasən tərtib edirəm həmin protokolu ondan ötrü ki, _____________ nömrəli cinayət işi üzrə ______________________ 20 ____ il tarixli qərarla şahid ___________________________ qanuni nümayəndəsi qismində
soyadı, adı, atasının adı
tanınmış ________________________________________ Azərbaycan Respublikası CPM-nin
soyadı, adı, atasının adı
104-cü maddəsində nəzərdə tutulmuş:
təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını bilmək, istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;
cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə təmsil etdiyi şəxsə məsləhətlər vermək, irad tutmaq və suallarla müraciət etmək;
vəsatət vermək;
cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı etiraz etmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokoluna qeyd edilməsini tələb etmək;
təmsil etdiyi şəxslə birgə iştirak etdiyi cinayət işi üzrə məhkəməyədək icraatda istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokolda yazılanların düzgünlüyünə və tamlığına dair qeydlər vermək, istintaq və ya digər prosessual hərəkətlərdə və ya məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək, məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlər vermək;
təmsil etdiyi şəxs üçün nümayəndə qismində vəkil dəvət etmək;
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək hüquqları, habelə Azərbaycan Respublikası CPM-nin 101.9-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada:
cinayət prosesini həyata keçirən orqana qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etmək;
cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlmək;
cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;
təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmə iclası zalını tərk etməmək;
məhkəmə iclasında qaydaya riayət etmək;
şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək vəzifələri izah edildi.
Protokolla tanış oldum, hüquq və vəzifələrim mənə izah edildi.
Şahidin qanuni nümayəndəsi _____________________
imza adı, soyadı
Protokolu tərtib etdi:
_________________________________
şəxsin vəzifəsi, rütbəsi
_________________________________ _____________________
imza adı, soyadı
Dostları ilə paylaş: |