Qeydiyyat № protoko L şübhəli şəxsin hüquqi varisinə hüquq və vəzifələrinin izah edilməsi haqqında

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 18.61 Kb.
tarix28.11.2018
ölçüsü18.61 Kb.

Qeydiyyat № _________________

P R O T O K O L
şübhəli şəxsin hüquqi varisinə hüquq və vəzifələrinin izah edilməsi haqqında


______________________ 20 ____ il ______________________ şəhəri


_____________________________________________________________________________

protokol tərtib edən şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, atasının adı,

_____________________________________________________________________________ istintaq hərəkətinin aparıldığı yer

Azərbaycan Respublikası CPM-nin 51, 85, 106-1 və 120-ci maddələrinə əsasən tərtib edirəm həmin protokolu ondan ötrü ki, _________ nömrəli cinayət işi üzrə ______________________ 20 ____ il tarixli qərarla şübhəli şəxsin hüquqi varisi qismində tanınmış ___________________

_____________________________________________________________________________

soyadı, adı, atasının adı

____________________________________________________________________ iştirakı ilə

iştirak edən şəxslərin soyadı, adı, atasının adı

şübhəli şəxsin Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan:

nədə şübhələnildiyini bilmək (şübhənin məzmunu- ona istinad edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi tövsüfü);

tutulduğu andan tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq;

tutulma haqqında və ya qətimkan tədbiri seçilməsi haqqında qərarın surətini almaq;

tutulma haqqında protokol tərtib olunduqdan dərhal sonra onunla tanış olmaq və protokolda əks olunmalı qeydlərini vermək;

tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq;

tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək;

əgər tutulmuş şəxs əcnəbi yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata bu barədə dərhal məlumat vermək;

müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək;

söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təkliklə görüşmək və konfidensial ünsiyyət saxlamaq;

müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək;

ifadə (izahat) vermək, özünə və ya yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək;

ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;

tərcüməçinin köməyindən pulsuz istifadə etmək;

etirazlar etmək və vəsatətlər vermək;

istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək;

öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək;

cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək;

iştirak etdiyi istintaq və digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək, istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə bu qərarların surətlərini almaq;

təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin qərarlarından və hərəkətlərindən şikayət etmək, habelə özünün və ya müdafiyəçinin verdiyi şikayətdən imtina etmək;

zərər çəkmiş şəxslə barışmaq;

cinayət işi üzrə icraat zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

şübhə təsdiq olmadığı halda bəraət almaq;

Azərbaycan Respublikası CPM, eləcə də «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu» ilə nəzərdə tutulmuş digər hüquqları,

cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq;

həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq;

müayinəyə məruz qalmaq;

ekspertiza aparılmasına məruz qalmaq;

təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq, Azərbaycan Respublikası CPM, eləcə də «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu» ilə nəzərdə tutulmuş digər vəzifələri izah edildi.

«İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasına uyğun olaraq cinayət törətməkdə ittiham olunan hər kəs aşağıdakı hüquqlara malikdir:

öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;

onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq.

Eyni zamanda izah olundu ki, o, şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq, həkim müayinəsinə, əl-barmaq izlərinin götürülməsinə, şəklinin çəkilməsinə, qan, bədən ifrazatı nümunələrinin götürülməsinə məruz qalmaq, müayinəyə məruz qalmaq, ekspertiza aparılmasına məruz qalmaq vəzifələrini daşıya, həmçinin ölmüş şəxsin şübhələnildiyi əməlin törədilməsində onun təqsirini etiraf və şübhəli şəxsin verdiyi şikayətdən imtina edə bilməz.


Protokolla tanış oldum, hüquq və vəzifələrim mənə izah edildi.
Şübhəli şəxsin hüquqi varisi: _____________________

imza adı, soyadı

Protokolu tərtib etdi:

_________________________________

şəxsin vəzifəsi, rütbəsi

_________________________________ _____________________



imza adı, soyadı



Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə