Qeyri-adi qayıdış. Əliheydər Babayev

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 2.11 Mb.
səhifə3/18
tarix28.11.2018
ölçüsü2.11 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

TAHİRƏNİN HƏYATI




Tahirənin üçüncü qızı dünyaya gələndə Həmdula yenə qız uşağının olmasından hirslənsə də Tahirə sevinmişdi. Bu qızı

nədənsə o biri uşaqlarından daha çox istəyir, əzizləyirdi.

Uşağın adını Kamilə qoymuşdular.

Üç uşaq anası olmağına baxmayaraq, onun qara günləri davam edirdi. Qayınanası Zəhra arvad onun gününü göy əskiyə bükmüşdü. Hər iki gündən bir ona olmazın sözlər deməkdən belə çəkinmirdi:

-Nədi, fikrin yenə Qalibin oğlunun üstündədir? Ona nə var ki, oxudu, müəllim oldu. Yusifin qızı ilə xoşbəxt yaşayır. Məlaikə kimi qız övladları da var, oğlu da. Yusifin qızı da özünü elə aparır ki, guya bu kəndin övladı deyil, padşah qızıdır. Sən bala- larını da yaddan çıxartmısan. Gözlərini zilləmisən pəncərəyə. Utanmırsan heç? Ərin Həmdulla bilsə başını daldan kəsər.

Tahirə isə “Eeh,sən nə danışdığını bilirsənmi”,–deyib hirslə qa- pını çırpıb gedirdi. Nəhayət, qayınanası onu boğaza yığandan sonra bir gecə əri Həmdullaya ürəyini açdı:

-Bilirsənmi, sənə çoxdan bir söz demək istəyirəm. Amma ürək etmirəm.

Həmdulla ona tərəf çevrildi.

-Nə olub ki? Çəkinmə, de.

-Həmdulla, bizim vəziyyətimiz burda yaxşı deyil. Kənddə elə bir iş də yoxdur. Gedək, Rusiyaya, qardaşlarım da, sənin qo- humların da oradadırlar. Gedək, orada işləyərik, yaşayarıq. Uşaqlarımıza bir gün ağlayarıq.

Həmdulla onun gözlərinin içinə baxdı.

-Sənə nə olub,Tahirə?

-Heç nə, Həmid, heç nə, iş yoxdur burda. Kasıblıq da sıxır məni.

-Axı mən işləyirəm. Evə də nə lazımsa bacardığım qədər alı- ram. Sən niyə elə düşünürsən axı? Bu hardan sənin ağlına gəl- di?

-Yox, Həmid, çoxdan bunu fikirləşirdim. Anan Zəhra da mə- nə gün verir, işıq vermir, Həmid. Həmdulla fikrə getmişdi. Ha- çandan - haçana fikirdən ayrılıb üzünü Tahirəyə tutdu.

-Yaxşı, bir şey düşünərik.

Tahirə səhərə kimi yatmadı. Əslində o Vəlidən qaçmaq istəyir- di.Hər gün Vəli səhər-səhər işə, məktəbə gedərkən onların ev- lərinin qabağından keçir,axşamçağı evə qayıdırdı. Hər ke-çəndə özünü nə qədər sıxsa da, Tahirəgilin həyətinə boylan- maqdan özünü saxlaya bilmirdi. Tahirə də qeyri-iradi ona baxırdı. Artıq bunu Tahirənin qayınanası Zəhra da, böyük qızı Aidə də hiss etmişdi. Bəzən Aidə uşaq ağlı ilə qışqıra-qışqıra:

-“Ana, ay ana, bax, o kişi yenə keçdi”,- deyəndə Tahirə sanki ölüb, ölüb dirilirdi. Vəlini nə qədər sevsə də, içində daima onu incidəcək, bütün varlığını sarmış bir qorxu hissi baş qaldırmış- dı.Yox, belə davam edə bilməzdi. O, buradan uzaqlaşmalı idi. Səhərisi gün tezdən o, mal-qaranı ötürmək bəhanəsi ilə yola çıxdı. Vəlinin işə getmək vaxtı idi. Tahirə tez-tez o yan bu yana baxırdı. Birdən sanki kimsə ona “geriyə bax”,- dedi. Arxaya çevriləndə Vəlini gördü. Addımlarını yavaşıtdı. Vəli ona çatanda salam verdi.

-Vəli, sənə sözüm var.

-Nə olub, Tahirə?

-Burada yolda yox, kənd yeridir, görən olar. Bulağın yanında iri qayanın arxasına keç, məni gözlə.

-Tahirə...

-Sus, dinmə. Məni orada gözlə.

Vəli yaxşı deyib addımlarını artırdı. O qayanın çatıb arxasına keçib Tahirəni gözlədi. Tahirə dörd tərəfinə göz gəzdirib heç kəsin olmadığını görüb qayanın arxasına keçdi. Özündən asılı olmayaraq Vəlinin boynuna sarıldı. Hönkürtü ilə ağlamağa başladı.

-Mən bədbəxtəm, Vəli. Məni xoşbəxt edə bilməzdinsə, niyə sevdin,Vəli? Niyə məni bədbəxt etdin,Vəli? Vəli susurdu.

-Mən dözmürəm, Vəli. Hər gün qayınanam Zəhra səni mə- nim başıma vurur. Qızım da artıq sezib. Sabah Həmdulla da bi- ləcək. Mən sənsiz qala bilmirəm, Vəli. Nə səni görə bilirəm, nə səndən ayrıla bilirəm. Mənə yol göstər, Vəli.

-Nə yol, göstərim, Tahirə? Elə bilirsən mənə rahatdır? Əzab çəkirəm. İki dəfə evdə çaşıb Nazlıya Tahirə demişəm. Nazlı isə düzəlmir.Mənim özümə yol göstərən lazımdır,Tahirə. Nə edək? Taleyimiz tərs gəldi. Valideynlərimizin qurbanı olduq biz.

-Mən Həmdullaya yalvardım,Vəli. Rusiyaya köçmək istəyi- rəm.

-Nə? Niyə? Kimdən qaçırsan, Tahirə?

-“Səndən Vəli, özümdən, hamıdan”,-deyib hönkürdü. Vəli- nin gözlərindən yaş istər-istəməz üzü aşağı axırdı.

-Dəli olma.

-Yox, Vəli, daha dəlilikdən keçib.

Vəli saatına baxdı. Aman Allah, o birinci saat dərsinə gecik- mişdi. Amma Tahirədən ayrıla bilmirdi. Tahirə bunu hiss etdi.

-Vəli, qurban olum, get dərsinə. Bəlkə də bu son görüşü- müzdür. Məni unutma. Həmişə bil ki, səni canından artıq sevən bir nəfər var. Bizi bir-birimizə bağlayan və heç zaman ayırma- yacaq bir bağ var.Vəli onu qucaqlayıb başını çiyninə qoydu.

–Sən mənim mələyimsən, Tahirə. Mənim bəxtsiz sevgim, nakam sevgim.

Vəli onu həsədlə öpüb qayanın dalından çıxıb məktəbə yol- landı. Məktəbə daxil olanda direktor İmaməli müəllim onu qaş- qabaqla qarşıladı:

-Vəli müəllim, hardasınız? Sizin birinci saatınız doqquzuncu sinifdə boş keçib. Sizi heç zaman məsuliyyətsiz adam kimi gör- məmişəm. Axı sizə nə olub?

İmaməli müəllim Tahirənin böyük bacısının əri idi.

-Heç, İmaməli müəllim. Yolda sürüşüb palçığa yıxıldım. Qa-yıdıb üst-başımı dəyişməli oldum.

Heç vaxt yalan danışmayan Vəlinin üzü allanmışdı.

-Yaxşı, bu dəfə sizin üçün keçirəm. Amma yenə belə hal olsa şəxsi işinizə yazılmaqla töhmət verəcəyəm. Gözəl istedadlı adamsınız, savadlı müəllimsiniz. Gözəl ailəniz var, niyə fikri- nizi cəmləmirsiniz, Vəli müəllim? Axı bu sizə yaraşmaz?

Aman Allah, İmaməli müəllim nə danışırdı? Yoxsa nəsə gör-müşdümü? Nəsə sezmişdi?

-Siz, siz nə danışırsınız, İmaməli müəllim?

-Heç, bitirək bu söhbəti. Başını aşağı sal, işinlə məşğul ol, Vəli müəllim.

Vəli ondan ayrıldı. Zəng çalınan kimi jurnalı götürüb sək- kizinci sinfə getdi. Uşaqlar ayağa qalxıb müəllimini salamla- dılar. Qabaq partada oturan sarışın qızın adını soruşdu.

-Müəllim,Tahirə.

Vəlini sanki cərəyan vurdu.

-Nə?


-Tahirə, müəllim.

-Adın nədir, bala?

-Dedim də, müəllim, Tahirə.

Vəlinin havası sanki çatmırdı. “Pəncərəni açın”- deyib stula oturdu. Dərsi uşaqlardan soruşa-soruşa beynində Tahirənin de- diyi sözlər hərlənirdi.

“Bəlkə də, bu son görüşümüzdür,Vəli”.

“Bəlkə də, bu son görüşümüzdür,Vəli.”

“Bəlkə də, bu son görüşümüzdür,Vəli.”

Vəli həmin günün necə başa çatmasını belə duymadı. Tənəf- füslərdə belə heç kimə qoşulmur, təkliyə, məktəbin həyətində- ki armud ağacının altına çəkilib siqaretini sümürürdü.

Artıq axşamçağı idi. Dərsi bitmiş Vəli müəllim yoldaşları və uşaqlarla sağollaşıb evə yollandı. O, Tahirəgilin həyətinin qa-bağındakı küçədən keçəndə addımlarını yavaşıtdı. Qeyri-ixti- yari o tərəfə boylandı. Həyətdə heç kim yox idi. Vəli ayaq- larını sürüyürdü. Bu zaman onun keçmiş sinif yoldaşı, Tahirə- nin indiki qonşusu İncinin səsi onu xəyalından ayırdı.

-Vəli, salam. Necəsən?

-Sağ ol, İnci. Sən necəsən?

-Sağ ol, yaxşıyam, deyəsən, əl çəkə bilmirsən a,Vəli?

-Nədən, İnci?

-Ay səni, heç dəyişilmədin də. Qonşu qızı deyirəm də.

-İnci, ayıbdır. Biz artıq ayrı-ayrı adamlarıq. İkimiz də ailə-uşaq yiyəsiyik. Sən gərək bu cür sözü heç dilinə gətirməyəy- din axı.

-Aaa, Vəli, incidin ki? Biz ki, on il bir sinifdə oxumuş, bir partada oturmuşuq. Niyə inciyirsən? Balam, niyə aldadırsan özünü, sevirsən də. Bax, hər gün o yana keçəndə də, bu yana keçəndə də həyətlərinə boylanırsan.

Vəli duruxdu. Tahirə düz deyirdi. Artıq hamı bunu hiss edirdi. “Bu il necə olursa olsun iş yerimi dəyişməliyəm”, – deyə düşündü.

İnci ilə sağollaşanda bir daha Tahirəgilə boylandı.Tahirənin qı- zı Aidə həyətdə durub ona baxırdı. Vəli addımlarını yeyinlətdi və sürətlə uzaqlaşdı. Evə çatanda Nazlının qaş-qabağı yer sü- pürürdü.Qızı Günel qabağına qaçdı.Vəli qollarını açıb onu bağ- rına basıb öpdü.

-Ata, ay ata, bax ana məni bu gün döydü.

-Niyə, mənim ağıllı qızım?

-Bilmirəm, mən heç nə etmədim, döydü məni.

-Mənim göyərçin qızım, anan nəyəsə hirslənib. Ona qulaq as. Tapşıraram, daha döyməz səni. Bu vaxt Nazlının acıqlı səsi gəldi:

-Hə də, indi uşaqların qulağını doldur, qaldır üstümə. Hə, ni- yə durmusan? De də, de, ananız axmaqdır, savadsızdır, de də.

-Nazlı, adamsan, insansan, bəsdir. İşdən gəlmişəm, yorğu- nam. Heç olmasa bir xoş sifətin olsun.

-Xoş sifət? Baş üstə, belə mənim gözüm üstə, Vəli müəllim. Məni xoşbəxt günlərə çıxartmısan da. Əlbəttə, xoşsifət olma- lıyam.

Vəli söz güləşdirməyin əbəs olduğunu anlayıb içəri keçib paltarlarını dəyişdi. Əl-üzünü yudu. Mətbəxə keçib çayı isit- məyə başladı. Nazlı yeməyi qızdırıb qabağına qoydu. Iştahı tamamilə küsmüşdü. Qızları Güneli, Aydanı, Ulduzu götürüb həyətdəki ağacların altını gəzməyə başladı. Qızlarını növbə ilə qucaqlayıb öpür, onlara otları, çiçəkləri göstərir, qaçır, qızları onu tutmağa çalışırdılar. Vəli övladları ilə xoşbəxt idi. O, bütün gecə Tahirəni yuxusunda gördü. Onun son sözləri qulaqların- dan getmirdi.

-“Bu, bəlkə də, bizim son görüşümüzdür, Vəli...”

Səhər gün açılanda Vəli qoltuq çantasını götrüb məktəbə yola düşəndə Nazlını çağırdı.

-Uşaqlarla mehriban dolan, Nazlı, onlar qız uşağıdırlar.Ana nəvazişinə daha çox ehtiyacları var.

Nazlı ona baxıb rişxəndlə: “baş üstə, Vəli müəllim”, deyəndə Vəli dərindən ah çəkib yola düşdü. Tahirəgilin həyətlərindən keçəndə öz-özünə danışdı:

-Yox, baxmayacağam, ayıbdır, daha baxmayacağam. Özümə söz verirəm, baxmayacağam.

Birdən qulağına Həmdullanın öskürək səsi dəyəndə ixtiyarsız o tərəfə boylandı. Həmdulla maykada əl-üzünü yuyurdu. Tahirə isə əlində dəsmal onun yanında durmuşdu. Dünya başına fır- landı. “Kaş bunu görməyəydim”, - deyib ah çəkdi.

Əri ilə uzun danışıqdan sonra Tahirəgil köçmək mərasiminə başlamışdılar. Yır-yığış etdiyi zaman bacısı Zəminə onlara gə- ləndə Tahirənin gözləri dolmuşdu. Zəhra arvad deyinir, gəlinin qudurduğunu, bir yerdə dayana bilməməsini, oğlunun başını xarab edib Rusiyaya getmək istədiyini yana-yana danışır, hik- kəsindən həyətdə o yan, bu yana fırlanır, süpürgəni götürüb hə- yəti süpürür, yenə evə qalxıb düşürdü. Tahirə arıqlamışdı. Zəminə ilə pal-paltarını yığır, astadan söhbət edirdilər. Zəminə bacısının qılığına girməyə çalışırdı:

-Tahirə, bacıcan, doğrudan niyə gedirsən axı? Uşaqlar da yavaş-yavaş böyüyürlər, orada sizə çətin olar axı.

-Nə deyim, bilirəm, rahat olmaz. Amma mən də işə girib iş- ləyərəm. Burada ürəyim sıxılır, həm də burada çətindir. Qa-zanc yoxdur axı, Zəminə.

-Bilirəm e, amma mənə elə gəlir ki, əsas səbəb bu deyil.

-Bəs nədir?

-Tahirə, deməsən də, mən dəqiq bilirəm ki, Vəli müəllim bu gün də səni sevir. O, bu kəndin məktəbində işləməyə ancaq sənə görə gəlmişdi. Hər gün buradan keçmək, səni görmək üçün. Düz demirəmmi?

-Düz deyirsən, mən də buna görə qaçmaq, uzaqlaşmaq istəyirəm. Həmişəlik, uzaqlaşmaq istəyirəm.

Tahirə kövrəlmişdi, gözləri nəmlənmiş, dodaqları əsirdi.

Zəminə bunu hiss edib bacısını qucaqladı:

-Axı sən də onu sevirsən, Tahirə. Bunu dilinə gətirməsən be- lə, mən sənin ürəyini görürəm. Onun adı çəkiləndə üzün açı- lır, dodaqların, gözlərin gülür, elə deyilmi? Tahirə dinməyib başı ilə “hə”- cavabını verəndə Zəminə yenə onu qınadı:

-Tahirə, əziz bacım, sən hamıdan qaçsan, uzaqlaşsan da, axı özündən, öz ürəyindən qaça bilməzsən. Sən onu sevirsən.. Onu burada hər gün qapından keçəndə görəndə təskinlik tapırsan. Orada, uzaqda sən dözə bilərsən?

-Bunun sonu yoxdur, bacım. Biz ikimiz də ailəliyik, bura isə kənd yeridir. Evlərimizdə qız uşaqları böyüyür, buna son qoy- maq, həmişəlik getmək lazımdır.

Birdən Zəminəni gülmək tutanda Tahirə ona təəccüblə baxdı:

-Sən nəyə gülürsən e?

-Vallah, Vəli müəllimi mən tanıyıram. Mən qorxuram ki, qorxmuram e, lap belə inanıram ki, o, səni gəlib Rusiyada da tapacaq.

Tahirə sanki diksindi:

-Nə, düz deyirsən? Yəni gələr o? Məni tapa bilər?

-Ay qız, hə. Toyunda elədikləri yadından çıxıb? Heç kəsi say- mırdı, məclisin ortasında durub az qala səni ordaca qucaq- layıb öpəcəkdi.

Tahirə gözlərindən sel kimi yaş axıdır, bacısını dinləyirdi:

-Yadımdadır, elə ona görə qorxuram. Qorxuram, haradasa məni görüb hamının yanında qolumdan tuta, “bax, mən bunu sevirəm”,- deyə. Qorxuram, Zəminə, məni anlayırsan, qorxu- ram.

-Hə, orasını düz deyirsən. O, qəribə adamdır. Elə bil bu kənd-də böyüməyib. Öz aləmindədir. Beyninə nə düşdüsə onu edir. Nə qorxusu var, nə də kimdənsə çəkinir.

-Bax, məni də qorxudan budur. Amma səndən xahiş edirəm, mənim ünvanımı, yerimi heç kimə deməyin. Vəli səndən soru- şa bilər, demə, xahiş edirəm.

-Yaxşı, demərəm.

Bacılar danışanda Aidə qaça-qaça içəri girib anasını qucaqladı:

-Ana, o kişi var idi e, hər gün buradan keçəndə evimizə ba- xır dı ha, o indi yenə keçdi. Bizə baxırdı, nənəyə salam da ver- di.

Tahirəni sanki cərəyan vurdu:

-Ay qız, nə kişi, sən dəlisən? Yoldur da. Camaatın qabağını, ya da gözlərini tuta bilmərik ki? Aaaa, çıx get görüm buradan.

Zəminə ona baxıb gülümsəyirdi. Ürəyində düşünürdü:

-Hmm, demək, Vəli Tahirənin köçəcəyini ya bilirmiş, ya da ürəyinə damıb. Gözləyim, görüm Tahirə buna necə reaksiya verəcək? Zəminə özünü məşğul olurmuş kimi göstərsə də, fikri Tahirədə idi. Tahirə sanki özünü itirmiş, o yan, bu yana baxır, bir yerdə qərar tuta bilmirdi. Nəhayət, dözməyib üzünü bacı- sına tutdu:

-Zəminə, gedək, anama da dəyim, sağollaşım onunla.

Zəminə gülümsündü. O, blirdi ki, Tahirə Vəlini görmək, yolla- ra baxmaq üçün bəhanə axtarır. Etiraz etməyib bacısı ilə ata evlərinə gəlmək üçün yola çıxdılar. Bir az gedəndən sonra yol kənarında bitən köhnə azat ağacının kölgəsində Vəlinin daya- nıb siqaret çəkdiyini görəndə bir-birinə baxdılar. Tahirənin üzü allanmış, gözləri sevincdən parlayırdı. Özünü görməməzliyə vurub Zəminə ilə danışmağa başladı. Ağaca çatıb ötəndə qeyri-ixtiyari Vəliyə tərəf çevrildi. Vəli gülümsəyib salam verdi:

-Necəsən?

-Yaxşıyam, sən necəsən?

-Babat, mən iş yerimi dəyişirəm, Tahirə. Bu ildən öz məktə- bimizdə işləyəcəyəm.

Tahirənin gözləri yaşardı:

-Uğurlar olsun, özünə fikir ver.

Vəli onun yaşarmış, mavi gözlərinə baxıb duruxdu. Tahirənin gözlərindən ayrılıq, həsrət, hicran qoxusu oxunurdu. Zəminə ətrafa boylanıdı. Küçədə ya ətrafda kimsə görünmürdü. Tahirə- yə pıçıldadı:

-Mən tez-tez gedirəm. Sözün varsa de, gəl.

Tahirə dinmədi. Zəminə addımlarını yeyinlədib aralananda Ta- hirə Vəliyə baxdı:

-Halal et, Vəli, salamat qal.

-Sən nə danışırsan, bu nə deməkdir?

-Biz sabah gedirik. Həmişəlik, ömürlük gedirik, Vəli, sala- mat qal.

-Aydın danış, hara gedirsiniz? Niyə?

-Danışa bilmərəm, küçədir, görənlər olacaq. Getməliyəm, əl- vida, Vəlim.

-Hara gedəcəksiniz?

-Deyə bilməyəcəyəm.

-Yaxşı yollar, amma unutma, harda olsan səni taparam, ya- nına gələcəyəm, bunu bil.

Tahirə qəmli-qəmli gülümsəyib ondan ayrıldı.O, yeridikcə san- ki ayağından daş asılmışdı. Gedə-gedə əlini gözlərinə apar- dığından onun ağlamağı hiss olunurdu.Vəli dəli olmaq həddinə çatırdı. Qeyri-ixtiyari “axı niyə?”- deyib bağırmaq, qışqırmaq istəyirdi.

Tahirə ondan aralanandan sonra siqaretini yandırıb, dərindən ah çəkərək evlərinə sarı yol aldı. Azca getməmiş Tahirəgilin qonşusu Ağakişinin gəldiyini görüb salam verdi. Ağakişi göz- lərini qıyaraq ona diqqətlə baxırdı. Sanki nəyisə görübmüş, hiss edibmiş kimi ona baxmağa başlayanda Vəli dözmədi:

-Ağakişi dayı, nə olub, nə yaman diqqətlə baxırsınız? Nəsə baş verib?

-Yox, ay müəllim, heç nə. Elə belə baxdım, hardan gəlirsən ki?

Vəli artıq əsəbləşdiyini hiss edib sərt baxışlarını onun üzünə dikib dilləndi:

-Gəzintidən gəlirəm, mənə başqa sualınız var?

Ağakişi özünü bir anlığa itirib tez dilləndi:

-Yox, ay müəllim, niyə əsəbləşirsiniz, sözdür soruşdum da.

Vəli evinə çatıb paltarlarını dəyişəndən sonra beli əlinə alıb ağacların dibini belləməyə yollandı. Qızları da atasının dalınca qaçıb ona kömək etməyə tələsirdilər. Nazlı otlaqda bağlanmış iki buzovun qarşısında vedrədə su qoyaraq onların su içməsini gözləyirdi. Vəli işlədikcə Tahirənin sözləri onun beynində əks-səda verirdi. Qaya arxasındakı görüşləri zamanı Tahirənin: “Bəlkə də, bu son görüşümüzdür, Vəli”-deməyi yadına düşdü. O, artıq əmin idi ki, Tahirə məhz ondan, özündən, bu sevginin yükündən qaçır. Bir tərəfdən ona acısa da, digər tərəfdən ona haqq qazandırdı:

-Neyləsinlər, kasıb adamlardır. Qohumlarının çoxu Rusiya- dadırlar. Getsinlər, bir gün yaşasınlar. Amma çətin olacaq.

Tahirəni görmədən yaşamaq Vəli üçün cəhənnəm əzabı olacaq- dı. Lakin bütün bunlara baxmayaraq, o dözəcəkdi. Bu oyuna son qoymağın vaxtı çoxdan çatmışdı. Vəli işlədikcə düşünür, düşündükcə alnından tər axa-axa işləyirdi.

Artıq gün açılanda Tahirə, əri Həmdulla uşaqları ata-anası, qohum əqrəbalarla görüşüb–öpüşüb yola düşdülər.

Həmdulla Permdəki bacanağı Qurban və qayını Mahirlə danışmış, onlardan da özünə iş tapmaqda köməklik göstər-mələrini xahiş etmişdi. Onlar Bakıdan Permə təyyarə ilə uç-muş, orada isə onları Qurban, Tahirənin bacısı Xatirə və Ma-hir gözləyirdi. Mahir onları evinə aparıb yerləşdirdi. Sabahısı gün isə meşə təsərrüfatında Həmdula üçün iş tapıb, yaxınlıq- dakı beş mərtəbəli binada 2 otaqlı mənzil kirayələdilər. Tahirə rus dilini bilmədiyi üçün, ilk dəfə qəribliyə düşdüyü üçün çox böyük əzab çəkirdi. Həmdulla işə gedəndə o uşaqlarını başına yığıb onlarla danışır, ya da televizorda kinolara baxırdı. Rus dilini anlamasa da filmdəki hərəkətləri izləyirdi. Hər dəfə Vəli yadına düşəndə hönkürür, qisməti, taleyi qarğıyırdı.

Aradan bir neçə ay keçdi. Vəli isə yay tətilini gözləyirdi. İş yerini mütləq dəyişəcəkdi. Bu onun qəti qərarı idi. Yay tətil günləri başlanada Vəli Təhsil Şöbəsinə gedib mövcud vəziyyə- ti, kənd məktəbində ixtisaslı müəllim olmadığını, yolunun uzaq olduğunu bildirərək iş yerini dəyişdirmələrini xahiş etdi. Nəha- yət, xahişini nəzərə alaraq onun iş yerini dəyişdirdilər. Tahirə isə yox idi. Arada xatirə kimi “Gənclik” fotostudiyasında birgə çəkdirdikləri və gizlin saxladığı şəklə baxıb ah çəkirdi.

Vəlinin övladları böyüyürdü. Təkcə böyük qızı Günel yaxşı oxuyurdu. Qalan uşaqların elmə, dərsə həvəsi yox idi. Hər də- fə Vəli onları danlayanda, ya da dərs oxumağa məcbur edəndə Nazlı araya girirdi:

-Paah, oxuyub alim olacaqlar? Budu e, necə sən olmusan. Maşallah, pulunu da balta kəsmir. Qız uşağının nə oxumağı? Maşallah gül kimi qızlarım var. Heç məktəbi qurtarmamış el-çiləri qapımda olacaqlar. Vəli, hər dəfə bunu eşidəndə əsəbdən bədəni titrəyirdi:

-Nazli, bəsdir. Bu uşaqları atanın evindən gətirməmisən. Bunlar mənim də övladlarımdır, oxumalıdırlar, savad almalı- dırlar. Sabah kim bilir hara düşəcəklər. Qoy əllərində bir sənəti heç olmasa olsun.

Nazlı isə bu cür sözləri dərk etməkdən çox uzaq idi.

KƏND HƏYATININ QAYĞILARI
Vəlinin yaşadığı kənd özünə məxsus cəhətləri ilə seçilirdi. Bu- rada əhalinin əsas məşğuliyyəti tərəvəzçilik, çayçılıq və mal- darlıq kimi sahələr idi. Bu kənd birbirindən çox da aralı olmayan təxminən altı kiçik kəndin birləşməsindən əmələ gəl- mişdi. Kəndin keçmiş tarixini heç kim dəqiq bilmirdi. Ən yaşlı nəsillər belə bu kənd haqqında az məlumata malik idilər. Vəli kəndin tarixi keçmişi ilə daima maraqlanır, qocalarla görüşüb söhbət edir, lakin yetərli cavablar ala bilmirdi. O artıq əmin idi ki, bu kəndin tarixi çox-çox uzaqlara gedir. Burada olan köhnə qəbiristanlıqlardakı üsütünü mamır basmış qəbirlərin kimə aid olduqları belə heç kimə aydın deyildi. Kənddən harda-sa yuxarı tərəfdə meşələrin içində yerləşən qəbiristanlıq daha maraqlı idi. Burada beş yüzə qədər qəbir olsa da onların kimlərə məxsus olduğu bilinmirdi. Qəbirlərin üstündə heç bir yazı nümunəsi yox idi. Ancaq ölçüsünə görə digərlərindən seçilən iki qəbirin iri sal daşdan hazırlanmış baş daşlarında qılınc və Günəşə bənzər şəkillər var idi. Burada hətta bəzi qəbirlər köndələn qazılmışdı. Vəli inanırdı ki, buradakı qəbirlər İslam dininə qə- dərki dövrün qəbirləridir. Qəbiristanın yanından araba yoluun qalıqları məlum edirdi. Həmin yola daş düzülmüş, daş döşəmə əmələ gətirmişdi. Bundan əlavə kəndin aşağı hissəsindəki Pir Məmhəmməd qəbiristanlığı da bu qəbiləyə aid edilə bilərdi. Burada da olan köhnə qəbirlərin kimlərə aid olduğunu kənd ağsaqqalları belə bilmirdilər. Bunun kimi kəndin rayona mər- kəzinə gedən yolun üstündə Pir Bilal və Qəbiristanlıq döngəsi adlı ərazilərdə də olan məzarların kimlərə aid olduqlarını heç kim bilmirdi. Vəli uzun müddət bunlar barədə düşünür, öz doğ- ma kəndinin tarixini öyrənməyə can atırdı. Hətta yaşlı insanlar- dan kəndin yuxarısındakı qəbiristandakı qəbirlərdən müəyyən adamların qızıl çıxartdıqlarını da eşitmiş, əvvəl buna inanmaq istəməsə də, sonralar inanmışdı. Axı o oxumuşdu, bilirdi ki, bir vaxtlar insanları öz var-dövlətləri ilə basdırmaq ənənələri ol- muşdur. Amma o, kəndinin tarixini öyrənib araşdıracağını qət

etmişdi.


Vəli tam əmin idi ki, bu kənd ən qədim sivilizasiya mərkəzi olmuş, lakin burada hansısa səbəblərə görə kütləvi köçmə pros- sesi baş vermişdir. Hazırda bu kənddə yaşayanlar isə sonradan ayrı-ayrı ərazilərdən gələnlər olduqlarından kəndin tarixini bil- mirdilər.

Atasının ölümündən sonra anasını evdə tək saxlamayaraq onu dilə tutub evinə gətirmişdi. Dönə-dönə Nazlıya anası ilə mülayim olmağı, balalarına isə anasına qulluq etməyi tapşır- mışdı.

Vəli kənddə təsərrüfat işlərindən az baş çıxarırdı. Evin sonbeşiyi olduğundan ona iş gördürməmişdilər. Axı kənddə ya- şayan ağaca çıxmağı bacarmalı, odun doğramalı, ot çalmalı - bir sözlə, hər işi bacarmalı idi. Lakin bütün bunlar Vəliyə çətin gəlsə də bunları etməyə məcbur idi və edirdi. Nazli isə atası evində sanki bişmişdi. Ot çala bilir, təsərrüfat işlərindən yorul- murdu. Toyuq, hinduşka, qaz, ördək saxlayır, özü onlara qulluq etməkdən mənəvi zövq alırdı. Nazlı ümumiyətlə, olduqca zirək, ailəcanlı, təsərrüfatçı qadın idi. Bircə dilinin acılığı olmasaydı dünyada tayı-bərabəri olmazdı. Kəndin mərkəzində qoz ağacı-nın və akasiya ağacının altında çayxana var idi. İşsiz, bikar adamlar buraya yığışır, çay içə-içə domino daşlarını şappıl- dadır, bununla vaxtlarını keçirirdilər. Nədənsə Vəlinin bu çay- xanaya getməyə, burada insanlarla oturub domino oynamağa və ya çay içməyə həvəsi və hövsələsi olmazdı. Vəlinin öz iç dünyası vardı. Qeybəti, şit söhbətləri sevməz, yeri düşəndə xə- fif zarafatla keçinərdi. Söhbət edəndə atalar sözlərindən, bəzən şeir nümunələrindən istifadə etməyi sevdiyindən xarakterinə uyğun insan tapa bilmirdi. Ona elə gəlirdi ki, heç kim onu an- lamır, hərə öz qəlbində tutduğu kimi danışır, fikir yürüdür. Bə- zən talesizliyindən, bəxtindən gileylənir, düşüncələrini misra-misra vərəqlərə yazardı.

Kəndin yaşlı nəsli bir-biri ilə nisbətən mehriban dolanırdılar. Əsasən qış gecələrində bir-birinin evlərinə gedər, televizorda hansısa filmə bir yerdə baxar, domino oynayar, ya da nağıl da- nışardılar. Uşaqlar isə ya qonşu otaqda oturub əylənər, ya da böyüklərin yanında susardılar. Kəndin ən maraqlı hadisələrin- dən biri də Məhərrəmliklə bağlı idi. Adətən kəndin aşağı və əsas hissəsinin əhalisi sünnülər olduğundan burada məhərrəm- lik bir o qədər də keçirilməzdi.

Amma Tahirəgilin kəndi isə qatı şiə dindarlar olduğundan burada Məhərrəmlikdə xüsusi təziyələr qurulardı. Kənddə məscid olmadığından Təkyə adlanan məclis evlərdə qurulardı. Vəlinin qayınatası Yusif kişi molla kimi hər zaman o təkyədə olar,divarın küncünə söykənmiş qara beş barmaq ələmin yanın- da oturar, gələnlər üçün dua edər, verilən nəzir pulları yığardı.

Axşamçağılar kəndin cavanları iki dəstəyə bölünər, qarşı-qarşıya dayanaraq uca səslə “Hüseyn vay, Həsən vay” deyə-deyə qışqırar, ucuna beşbarmaq dəmir əl şəklini uzun bir saf payanın ucuna bərkidib, payaya şal, pərdə, başqa qara rəngli əski parçalar dolayaraq bir nəfərə verərdilər. Həmin adam ələmdar adalanardı. Ələmdar qabaqda gedərək “Həsən vay, Hüseyn vay” deyərək qışqırar, arxadan gələn kütlə isə “şaxsey-vaxsey” deyib sinə vura-vura pirlərə gedərdilər. Bu təkyə məclisləri gənclər üçün bir növ zarafat yerinə dönmüşdü. Bir-birinə baxaraq pıqqıldaşıb gülüşər, yaşlılar tərəfindən içəridən qovulardılar. Nazlının, Ysif kişinin çoxlu təkidi ilə gecələrin birində Vəli də onlarla birgə təkyə məclisinə getməyə məcbur oldu. O, bütün bunlara xürafat kimi baxdığından bu səhnələr ona gülünc gəlirdi. Nəhayət, bir gün axşamçağı Vəli əmisi mol- la Ağabala, qohumu Əjdər ilə ona olunan təkidlərdən sonra tək- yə məclisinə gedəndə görüklərinə, kəndin kütləvi savadsızlığı, kəndi bürümüş xürafatı, insanların inancını, 1400 il əvvəl ölən imamlara qurduğu təziyələri, axıtdıqları göz yaşlarına görə özünü xeyli qınadı.

Təkyə kənddə tənha yaşayan, qoca, dindar bir qadının alçaq damı olan bir otaqlı evində qurulmuşdu. Ağabala kişi əvvəlcə qapıya çatan kimi rezin qaloşlarını çıxarıb dizi üstə oturaraq dizin-dizin kücdə qoyulan ələmə yaxınlaşaraq onu öpdü. Əjdər də onun hərəkətlərini təkrar edəndə Vəlini gülmək tutsa da özünü boğdu. Özünün düz yeriyərək ələmin qarşısında nə vaxt durduğunu hiss etmədi.

Evdə sərilmiş palaz üstə adamlar cərgə ilə divar boyunca oturmuşdular. Yusif kişi ələmin yanında bardaş qurmuşdu. Vəlinin gözləri ona sataşanda astadan “salam”- deyib kənara çəkilərək əmisinin yanında oturdu. Hiss edirdi ki, hamının diq- qəti ondadır. Azca qızarsa da heç nə büruzə verməyərək gedi- şatı gözləməyə başladı. Yuisif kişi gələnlər üçün dua edərək mərsiyə oxumağa başladı. O mərsiyə oxuduqca əyləşənlər diz- lrinə və sinələrinə çırpırdılar. Aşağı küncdə oturmuş qoca, arıq İsaq kişi oturan yerdə yuxulayırdı. Hamı sinəsinə çırpan yerdə onun yuxulu–yuxulu başına çırpdığını görən Vəli uğunmaqdan özünü zorla saxlayaraq çölə cumdu. Çöldə isə cavan uşaqlar siqaret çəkib gülüşürdülər.Vəli onlara baxıb başını bulayanda balaca bir oğlan uşağının ona dedikləri qulağında bomba kimi partladı:

-Hə, Vəli müəllim, siz də gəldiniz bura? Gördünüz ələmin gücünü, sizi necə bura, öz ayağına gətirtdi? Amma siz inanmır- dınız.

Vəli qıp-qırmızı qızarsa da uşağa:

-“Gördüm, bala, çox şey gördüm”- deyərək oradan uzaqlaşıb bir başa evinə gəldi. O, bütün gecəni hirsindən və fikirdən yata bilmədi. Demək dini xürafat insanların beynində elə yuva sal- mışdı ki, bunu təmizləməyə insan ömrü bəs etməzdi.

Tahirənin Rusiyaya getməsindən aylar ötsə də, Vəli onu unutmur, onun ünvanını öyrənməyə can atırdı. Lakin nə qədər cəhd etsə də buna nail ola bilməmişdi. Hər gecə Tahirəni yuxu- da görsə də, əli heç nəyə çatmırdı. Vəli arıqlayıb çöpə dön- müşdü. Tahirəsiz həyat, evindəki deyintilər onu sıxırdı. Əslində o, çox məsuliyyətli insan idi. Bunun özünün xəyanət olduğunu aydınca dərk edirdi. Umduğu, gözlədiyi məhəbbəti Nazlıdan almaq istəyirdi. Onunla nə qədər sevdalı, şirin, xoş danışsa be- lə, bacardığından əlavə ona hər şey alsa belə Nazlı dəyişil- mirdi. Bütün bunlara baxmayaraq, Vəli sanki ikiləşmiş insan rolunu oynayırdı. İçi dərd, qəmlə dolu olan bu insan evində uşaqları, anası, hətta Nazlı ilə çox xoş danışır, deyib-gülür, zarafatlar edirdi.

Nazlı onun Tahirəni sevdiyini, bəlkə də, yaxşı bilirdi. Axı onun atası Yusif kişi, Xeybər ilə qonşu idilər. Həm də kənddə bunu bilməyən yox idi. Lakin heç zaman Nazlı bunu Vəlinin üzünə vurmur, bu barədə heç vaxt söz açmırdı.

Nəhayət, bir gün arvadı ilə açılışmağı qərara aldı. Günorta vaxtı həyətlərində üzüm talvarının altında oturub çay içir, fikri uzaqları səyahət edirdi. Anası uşaqları ilə bağı gəzir, Nazlı isə təndirdə çörək bişirirdi. Çörəyin ətirli iyi həyətə yayılmışdı. Vəlinin ürəyindən elə təndir başında çörək kəsmək keçdi. Nazlıya yaxınlaşdı. Nazlı təndirə əyilib çörək yapdığı üçün üzü allanmış, alnında tər puçurlanmışdı. O, artıq pencakəş adlanan üç isti çörəyi soyumaq üçün təndirdən çıxarıb yanına düzmüş- dü. Çörəyin rəngi qızılı-sarıya çalır, ətri insanı bihuş edirdi. Vəli özünü saxlaya bilmədi. Əlləri yana-yana çörəyi götürüb parçaladı və dişinə çəkəndə Nazlı ona tərs-tərs baxdı:

-Nə xəbərdir, aclıqdır? İndi çıxararam da hamısnı. Otur, gəti- rərəm, yeyərsən də.

-Yox ay Nazlı, çörəyin ləzzəti təndir üstədir, sən canın, dəymə, qoy doyunca yeyim.

-Vallah, elə bil uşaqsan e sən. Bəsdir, yüngüllük etmə, keç otur, gətirirəm indi.

Vəli parçaladığı çörəyi götürüb təndirxanadan çıxdı. Təndirin yanında azca durduğundan tərlədiyini hiss edib gülümsündü:

-Vallah, bu qadınların işi əzabdır e. Mən hələ uzaq dayan-mışam, alnımdan tər axır. İndi bu yazıq Nazlı təndirə əyilir, başını təndirə sallayır. Öz mülahizəsinə gülməyə başlayanda Nazlı dilləndi:

-Nədir, öz -özünə gülürsən?

-Heç, ay Nazlı. Sən canın, çörəkləri evdə qoy, gəl bura.

-Axı niyə e?

-Sözüm var sənə, gəl.

-Sən bikar adamsan, mənim işim var.

-Nazlı, dedim axı, sözüm var, gəl yanıma.

Nazlı evə keçib isti çörəkləri tabaqdan çıxarıb soyumaq üçün süfrə üstə sərəndən sonra həyətə düşüb əl-üzünü yuyub Vəlinin yanına gəldi:

-Hə, nədir, gəldim.

-Heç nə, ay Nazlı. Ürəyim səninlə bir az söhbət etmək istədi, olmaz?

-Vəli, mən şit, boş,avara söhbətləri sevmirəm. Nəsə sözün var, de. Mənim işim var. Toyuq-cücəyə dən verməli, buzovla- rın yerini dəyişməli, onlara su verməliyəm.

-Ay Nazlı, axı həyatın mənası yalnız işləmək deyil, ailədə ər-arvad bir dəfə ürəkdən, sevinə-sevinə danışıb gülə bilməzlər? Onlara mehribançılıq haramdır?

-Əşşi, nə danışıb gülmək e? Nə danışırsan danış da.

Vəli siqaretini yandırıb susdu. O, artıq əmin idi ki, Nazlı ilə özü tam başqa dünyanın adamları idilər. Onlar arasında heç bir xoş münasibət, sevgi, məhəbbət hissləri yoxdur və bu cür da- vam edərsə heç zaman da olmayacaq. Bu hissləri yaratmaq isə artıq mümkünsüz görünür.

Artıq Sovet İttifaqı dağılmaq, müttəfiq respublikaların azad, müstəqil olmaq ərəfəsi yetişmişdi. Mağazalarda ərzaq qıtlığı yaranmış, un, yağ, qənd, demək olar ki, əhaliyə talonlarla veri- lirdi. Siqaret qıtlığı isə ən dözülməz idi. Bağlarda yetişən mey- vələrin qiyməti heçə enmişdi. Kəndin bəzi cavanları həyətlə- rindəki məhsulları limonu, portağal, narıngini Rusiya bazar- larına aparır, satıb evlərinə qayıdır, müəyyən ərzaqlar ala bilir- dilər. Kəndlərdə düyü (çəltik) əkinləri başlanmışdı. İnsanlar hə- yətyanı sahələri ləklərə bölür, onları şumlayır, sucuq, bataqlıq halına gətirir, ayrıca səməni kimi cücərdilmiş çəltiyi buraya əkirdilər. Çəltik əkilən yerə bicar deyirdilər. Bicarda ancaq ayaqyalın işləmək lazım idi. Əks halda palçıq ayaqqabı və ya rezin çəkmələrə yapışıb onu dağıdardı. Bir azdan çəltik suyun içində boy atıb böyüyərək yaşıl bir zəmi əmələ gətirərdi. Bicar- da daima dörd barmaq qalınlığında su olmalı idi. Buna görə də, qurbağalar bicarlarda dolu olardı. Gecələr qurbağa səsindən yatmaq olmurdu. Bundan başqa su ilanları çəltik kollarının ara- sında şütüyür, hətta burada işləyən qadınların ayaqlarına, əllə- rinə ilişirdi. Bicarlarda bataqlıq çox olduğundan ağcaqanadlar yatmağa aman vermirdi. Bəzən axşamlar ağcaqanadları qov- maq üçün həyətlərdə quru mal təzəkləri yandırardılar. Təxmi- nən üç-dörd aydan sonra çəltik sünbül bağlayar, başını aşağı əyərdi. Bu zaman onun suyunu tədricən azaldar, sünbüllərin saralımasına imkan yaradılardı. Sünbüllər saraldıqca su kəsilər, sonda isə bicar qurudulardı. Qurudulduqdan on beş-iyirmi gün sonra sünbüllər bərkiyər, insanlar onu biçib dəyirmanlara apa- rardılar. Çəltik olduqca xeyirli bitki idi. Ondan mal-qara üçün küləş, saman, kəpək və düyü alınardı. Kənddə Sədri, Ənbərbu sortlu çəltiklər daha çox əkilərdi.

Bir qisim insan isə meşələrə daraşmış, ən yaxşı ağacları kəsib tikinti materalı kimi, qol budaqlarını isə odun kimi sat-maqla dolanırdı. Meşəbəyilər, doğrudan da, bəy kimi dola-nırdılar. Bu şəkildə davam etsəydi bir neçə ildən sonra artıq meşələr seyrəkləşə, hətta tamamilə tükənə, bulaqlar və xırda çaylar quruya bilərdi. Vəli bütün bunları anlasa da, bütün cə- miyyətə qarşı mübarizə aparmaqda aciz idi. Vəlinin də vəziy- yəti yaxşı deyildi. Doğrudur, o, məktəbdə müəllim işləməklə xırda-para əmək haqqı alırdı. Lakin bu əmək haqqı ailənin ki- çik bir ehtiyacını ödəməyə belə yetmirdi. Dostları ona da meşə- dən ağac kəsmək, onu mişarlatdırıb hazır tikinti materialı kimi sataraq müəyyən məbləğdə qazanmaq yollarını desələr də o, bunu qəbul edə bilmirdi. Təbiətin vurğunu olan Vəli onun bu cür namərdcəsinə qırıldığını gördükcə ürəyindən qara qanlar axırdı.Bir neçə dəfə rayon meşə təssərrüfatına bu barədə bildir- sə də, onu demoqoq kimi tanımış, və meşə qıranlara da onu bu cür təqdim etmişdilər. Hətta bəzən onunla eyni sinifdə oxumuş, bu gün meşənin cəlladına çevrilənlərlə aralarında mübahisəyə oxşar söhbətlər də olurdu:

-Ay Vəli müəllim, Vallah ayıbdır e. Xalqın, milllətin çörə-yinə niyə bais olursan? Atan, rəhmətlik Qalib əmi elə yaxşı in- san idi ki. Bu mərdiməzarlıq, demoqoqluq sənə hardan keçdi axı. Vallah, ayıbdır. Öz əlindən heç nə gəlmir, başqalarına ma- ne olma da.

-Ay qaradş, mən demoqoq deyiləm. Axı həyat təkcə bizimlə bitmir. Meşə bizim sərvətimzidir. Gələcək nəsillərə nə saxlayı- rıq? Hərəmiz bir ağac kəssək meşə nə günə qalacaq? Vallah, bura səhraya dönər e.

-Əşşi, cəhənnəmə dönər. Səni vəkil saxlayıblar? Millət acından qırılır e, bəs neyləsin? Sənin hökumətin gəlsin qaz çəksin evlərə, bizə iş yeri açsın, biz də qırmayaq da. Nə edək, soyuqdan donaq, acından ölək? Qəribə adamsan e. Hər dəfə bu söhbətlərdən sonra Vəli ürəyində bir küt ağrı hiss edib, üzünü çevirib ayırılardı. O artıq özünün hamıdan təcrid olunduğunu hiss edirdi. Bəzən həmin meşə cəlladlarının qadınları belə Nazlıya Vəlidən şikayət edirlər:

-Ay bacı, adam mərdiməzar olmaz. Vəli müəllimdir, höku- mətdən maaş alır, indi biz qırılaq acından? Bu necə adamdır e?

Hər dəfə Nazlı bu sözləri eşitdikdən sonra özündən çıxır, hamını acılayır, yanından qovur, Vəliyə isə sanki yad insan kimi, nifrətlə baxırdı.

Yay gecələrinin birində Əliməmməd adlı birinin gecə ilə meşədə oğurluq ağac kəsərkən ağacın budağının onun başına çırpılmasından öldüyü xəbəri eşidiləndə hamı meşəyə, deyilən ünvana qaçdı. Vəli də əlində gecə fonarı meşəyə gedənlər ara- sında idi. Deyilən yerə çatanda ağacın dibində başı parçalanıb, beyni dağılan Əliməmmədin meyidini görüb özünü çox pis hiss etdi. Kəsilən ağac cavan, qollu budaqlı, hündür, qabığı parıl- dayan fısdıq ağacı idi. Vəli bir anlığa duruxdu. Kəsilən fısdıq ağacı da gənc, cavan idi. Onun da yaşamaq həvəsi, arzusu var idi. Bu cavan yaşında dibinə mişar dirəyərək onu həyatdan məhrum etmək ən böyük qətl hadisəsi deyildimi? Ölmək, hə- mişəlik məhv olmaq istəməyən, ölümə təslim olmaq istəməyən ağac belə son nəfəsində öz cəlladından qisasını almışdı. Budağı ilə onun beynini yarmış, hər ikisi eyni anda həyata vida demiş- di. Vəli dərin xəyalda idi. Birdən onunla bir sinifdə oxumuş Camalın qolundan tutduğunu gördü:

-Hə, Vəli müəllim, bax, sevin indi. Görürsən çörək qazan- maq nədir? Buna görə mərdiməzarlıq edirdin? Səndən gözlə- məzdim. Səninlə fəxr etmək istəyirdik, bizim ən savadlı müəl- limimiz, şairimizsən deyirdik. Amma sən demə, bizim şairi- mizin içi qurdlu imiş.

Vəli şapalağı Camalın qulağının di-binə nə vaxt, necə çəkdiyini özü hiss etmədi. Bədəni əsirdi. Kəndin cavanları dərhal Camalı ondan uzaqlaşdırıb Vəlinin qoluna girərək kəndə doğru gəlmə- yə başladılar.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə