Qeyri-adi qayıdış. Əliheydər Babayev

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 2.11 Mb.
səhifə5/18
tarix28.11.2018
ölçüsü2.11 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

Tahirənin köçməsindən artıq xeyli vaxt ötsə də onun yoxluğu hər dəqiqə Vəli ilə idi. Sanki ən əziz bir adamını itirmişdi. Vəlinin əvvəlki şuxluğundan, pozitivliyindən sanki əlamət qalmamışdı. Onun xarakterində dalğınlıq, susqunluq yaranmış- dı. Bəzən gözlərini məchul bir nöqtəyə dikər, saatlarla xəyal- dan ayrılmazdı. Onun xasiyyətinin dəyişməsi Nazlının da, ana- sının da diqqətindən yayınmırdı.

Qızbəs xala oğlundakı dəyişiklikləri hiss etsə də, bunun sə- bəbini ancaq Nazlının deyintilərində görürdü. O, bilmirdi ki, Vəlinin ruhu Tahirə ilə həmişə qoşadır. O bilmirdi ki, Vəli və Tahirə ətlə dırnaq kimi idilər. Onları bir-birindən ayırmaq ömürlük bir şikəstlik yaradacaq, bu şikəstliyin ağrısı bir ömür bitməyəcək. O, bilmirdi ki, hər qurulan ailə sevgi demək deyil, hər “sevirəm” demək də məhəbbət deyil. Qızbəs xala bunları dərk etməkdən çox-çox uzaq idi.

Bazar günü idi. Məltəm kiçik oğlu Heybəti Vəligilə göndə- rib onu evinə çağırtdırdı. Məltəmin həyat yoldaşı cavan yaşında rəhmətə getdiyindən iki uşağı ilə yaşayırdı. Evləri Və-ligilin evindən təxminən üç yüz metr aralı yerləşirdi. Balaca Heybət dayısıgilə gəlib ona anasının çağırdığını deyəndə Vəli qalxıb Heybətlə bacısıgilə tərəf qalxdı. Məltəm həyətdə idi. Qardaşını görüb ona qollarını açdı. Görüşüb-öpüşəndən sonra ona su krantının xarab olduğunu, onu düzəltməkdə kömək etməsini deyəndə Vəli qollarını çırmaladı. Krantı düzəldib suyu buraxdı. Üzünü Məltəmə tutdu:

-Hə, bacı, bu da krant. Sabahdan sənətimi dəyişəcəyəm. Ən yaxşısı elə krant düzəltməkdir.

Vəli əl-üzünü yuyub bacısının verdiyi məhrəba ilə qurulanan- dan sonra bacısının kölgədə göy otların üstünə sərdiyi adyalın üsdtündə bardaş qurub oturdu. Məltəm ona və özünə çay sü- züb gətirdi. Bacı-qardaş xeyli ordan-burdan danışdılar. Məltəm qardaşının iztirablarını duyur, anlayırdı. O, Vəlinin Tahirəni, Tahirənin Vəlini dəlicəsinə sevdiyini, hər ikisinin məcburi, könülsüz, sevgisiz evləndiyini bilirdi. Amma bunu Vəlidən so- ruşmağa çəkinirdi. Qorxurdu ki, qardaşının köz bağlamaqda olan yarasını qanada. Amma inana bilmirdi ki, Vəli Tahirəni unudub, ya da unuda bilər. Nəhayət, sözü fırladıb Tahirə üstünə gətirdi.

-Hə, Vəli, özündən danış e, necəsən, Nazlı ilə necə yola gedirsən? Nazlı düzəlib bir az, ya elə həmən həməndir?

Vəli acı-acı gülümsündü:

-Düzəlib? Nə düzəlməsi, Məltəm? Bu qədər zirəkliyini, iş- ləkliyini, gözəlliyini dili ilə bada verir bu zalım qızı. Bircə ba- lalarıma görə dözürəm. Nə edim?

-Bilirəm, qardaş, anamgil o vaxtı gərək belə etməyəydilər. Sizi ayırmayaydılar. Nə isə, olan olub keçən keçib. Ay Vəli, in- di necə, Tahirədən heç xəbərin var?

Vəli Tahirənin adını bacısından bu qədər məhrəmanə eşidəndə özündən ixtiyarsız kövrəldi. Dönüb bacısına baxdı:

-Yox,Məltəm, xəbərim yoxdur. Ancaq bir az əvvəl bacısı Mahirə onun şəklini məktəbə gətirmişdi. Dəftərinin arasında gördüm. Çox arıqlayıb..

-Vəli, bacı qurban, sən indi də sevirsən onu?

-Sevirəm, Məltəm. Amma nə olsun ki? İndi artıq hər şey bi- tib, gecdir, həm də çox gec. Hər ikimiz ailəliyik, övladlarımız var. Bu sadəcə heç zaman solmayan, unudulmayacaq nakam bir məhəbbət tarixçəsidir, başqa heç nə.

-Can, sənin qeyrətinə qurban olaram, Vəli, düz deyirsən, gecdir. Amma çalış unut onu, qoy bu hicran səni ağrıtmasın.

-Sağ ol, bacım, amma bu ağrı hər zaman mənimlədir, o unu-dula bilməz. Nə deyim, Məltəm, bu da bizim taleyimizdir. Məltəm qardaşının boynunu qucaqlayıb öpdü. Bir az söhbət edəndən sonra Vəli bacısı ilə sağollaşıb evinə tərəf yol aldı. Bacısı ilə olan söhbətindən sonra bir daha Tahirəni heç zaman unuda bilməyəcəyini anladı.Əslində o, ən böyük sevgini, xoş münasibəti Nazlıdan gözləyirdi. Özü ona qarşı nə qədər xoş olsa belə heç zaman qarşılıq görməyən Vəli bu rahatlığı, bu sevgini Tahirəli xatirəyə dönmüş günlərdə axtarır, onun xəyalı ilə yaşayırdı. Hisslərini misra-misra vərəqlərə, yaddaşına yazır, bununla da az da olsa təskinlik tapırdı:

Ay qəlbimi üzən mələk,

Könlüm intizardadır, gəl.

Sənsizliyin sıxır məni,

Ürəyim çox dardadır, gəl.

Gir qəlbimə, tut yerini,

Bunca dəli etmə məni,

Ver könlümə hənirini.

Qəlbim ahu-zardadı, gəl.

Baxma bu gendən mənə,

Gəl eşqini ver qəlbimə.

Qoy başını gəl sinəmə,

Fikrim boran, qardadır, gəl.

Gəl,ruhuma bəxş eylə can,

Bizim olsun cümlə -cahan,

Ta soruşma, sevən oğlan,

Sənin eşqin hardadır, gəl.

Vəli deyər, itib yarım,

Gedib əldən ixtiyarım,

Hardasan ay ilk baharım,

Gözüm səntək yardadır, gəl.

Şeiri yazıb bitirəndən sonra həyət qapısında iki cavan qızın dayandığını görüb onlara yaxınlaşdı:

-Buyurun, qızım, nə lazım id?

-Salam, müəllim, biz toya vədə alanlarıq. Gün o gün olsun, balalarınız, subaylarınız üçün olsun, sabah saat 12-dən gecə saat 12-yə dək sizin vədəniz Şirzadgildə var. Qızının toyudur, sizi də ailəliklə dəvət edib.

-Ay mübarək olsun, qızım.

Kəndin adətinə görə qapıya vədə almağa gələn qız ya qadınlara pay (konfet, ya meyvə, nəsə hansısa bir hədiyyə) verərdilər. Nazlı evdə olmadığı üçün Vəli onlara nə verəcəyini bilmədən əlini cibinə saldı. On manatlıq əskinası qızlara uzadıb gülüm- sədi:

-Buyur, qızım, bunu da xırdalayıb öz aranızda bölərsiniz.

Bu da məndən sizə pay.

Qizlar tərəddüd etdilər:

-Yox, ay müəllim, ayıbdır, zəhmət çəkməyin.

-Heç bir ayıbı yoxdur, götürün.

Nisbətən ucaboylu Lətifə adlanan qız pulu götürüb sevinə-sevinə yola düşdülər.

Vəli fikrə daldı. Əslində toy xəbəri onu sevindirmişdi. Kəndin toylarının özünə məxsusluğu vardı. Toylar bir gün, iki gecə davam edərdilər. Birinci gecəyə extolot deyərdilər. Buraya kənd camaatı yığışar, aşıq məclisə çıxar nağıl, dastan deyərək gəzər, adamlar isə əllərində bir manatlığı tutaraq ona uzadardılar. Aşığın dalınca balabançı gəzər, balabanı asta-asta çala, aşıq isə meydanı gəzib adamların əlinin üstünə təşəkkür bildirirmiş kimi üç dəfə astaca vurub pulu yığardı. İkinci gecə bəy tərifi gecəsi olardı. Bəyi sağdış, solduşu ilə meydana gətirər, məclisin ortasında saxlayıb ətrafında oynayar, sonra yerlərinə keçərdilər. Xanəndə bəyi tərifləyib oturanları, qohum əqrəbanı xələt verməyə çaöırardı. Qız toyları daha maraqlı keçərdi. Gündüz gəlini məclisə gətirərdilər. Onu yerində otuz-durub onun üçün gətirilən hər şeyi bir-bir camaata nümayiş etdirər, hamı bir ağızdan “mübarəkdir” deyərdilər. Ən pisi bu idi ki, gəlin üçün gətirilən hətta alt paltarını da nümayiş et-dirirdilər. “Bu gəlinin filan paltarı”-baldızı gətirib, müba- rəkdir. Hamı da “mübarəkdir” deyə qışqırardı. Vəli bu adətin əleyhinə idi.

Gəlinin bəy evinə aparılması da çox maraqlı idi. Kəndin yolları palçıqlı olduğundan burada gəlini yük avtomobillərinin kabinəsində aparardılar. Kuzova isə adamlar minər, “elli, elli, elliginə, bəy oğlanın sağlığına, ura”,- deyib qışıqırardılar. Gəlini qayınatasıgilə çatanda maşından düşürtməzdilər. Gə-linin qardaşı maşının qapısını tutub yol verməzdi. Ancaq bəy tərəfindən xələtini alandan sonra qapıdan çəkilərdi. Bəy isə əlində qırmızı boyadılmış yumurta ilə azca aralıda gizlənərdi. Gəlini bəygilə aparanda o yumurtanı gəlinə atmalı idi. Əgər gəlini yumurta ilə vura bilsəydi, demək evdə hökmranlığı ələ alacaqdı. Gəlinin qabağında qurban kəsilər, qapının astanasına ağzı üstə çevrilmiş boşqab qoyardılar. Gəlin bir ayaq zərbəsi ilə boşqabı qırmalı evə keçməli idi. Gecə bəy tərifindən sonra sağdış bəyi təlimatlandırıb gəlin otağına göndərərdi. Yengələr çöldə gözləyər, hətta qulaqlarını qapıya dayayrdılar. Vəli bu adətə qarşı da dəfələrlə etiraz etmiş, bunun əxlaqa zidd olduğunu desə də, onu dinləyən yox idi.

Bəy otağa daxil olan zaman gəlin ayağa qalxar, onlar bir-birinə əl verib görüşəndə bir-birinin ayağını birinci tapdala- mağa çalışardılar. Bununla da kimin gələckdə söz yiyəsi olaca- ğını bilərdilər.

Vəli bunları düşündükcə gülümsəyir, başını bulayırdı. Bəzən düşündükcə həmin gəlinin yerində Tahirəni, bəyin yerində özü- nü hiss edir ürəyi riqqətlə döyünürdü.


VƏLI AXTARIŞDA




Avqust ayının cırhacır isti günlərindən biri idi. Bu kənndə yenə toy var idi. Bu Xeybərin Tahirədən kiçik qızı Zəminənin toyu idi. Qadın toylarına adətən qadınlar gedirdilər. Lakin sonralar nədənsə adəti dəyişib, yeməyə kişilər günorta vaxtlarında ge- dib, pul yazdırar, qadınlarsa gecələr toya gedər, çadırda otu- rar, oynayıb şənlənərdilər.

Vəlinin ürəyi döyünürdü. O, əmin idi ki, Tahirə bacısının to- yuna gələcək. Lakin onu ata evində, toyda hamının orada ol- duğu məkanda heç olmasa beş dəqiqəlik görmək mümkün idimi? Vəli bunun üçün yollar axtarır, amma heç bir qərara gələ bilmirdi. Nazlı da bəlkə də onun fikrini hiss etmişdi.Vəli həyət- də tək oturanda, ya yazı masasının arxasına keçib fikrə dalanda Nazlı gözaltı onu süzür, hiss edilməyəcək dərəcədə başını bulayardı. Nəhayət Vəli üzünü qırxıb paltarlarını ütü- ləyib geyinəndə Nazlı ona baxdı:

-Nə yaman bəy kimi bəzənirsən, daha sənin bəzənən vaxtın deyil e, uşaqlarına əyin-baş al, onlar bəzənsinlər.

Vəlinin qanı qaraldı:

-Ay kişinin qızı, sən zəhər tuluğusan? Bəs uşaqlara, sənə əyin-başı kim alır? Bəsdir də, atmaca atdığın. Bu qədər də olmaz axı. Bezdirmə də adamı.

-Hə? Bezdirirəm? Yol açıqdır. Bezirsən pencəyini götür, get səni sevənlərin yanına. Mən kiməm ki? Savadsız fəhlə, evin nökəri. Zövqlə geyinə bilmirəm, dodağıma pamada, üzümə pudra, gözümə qara çəkə bilmirəm. Sənə o cür adamlar lazım- dır, get də, niyə dayanmısan? Get onların yanına.

Vəlinin əsəbləri tarıma çəkilmişdi:

-Nazlı, deyəsən əsəblərimlə oynamaqdan həzz alırsan. Beyni- mi çöndərmə, indi gözünün altına elə qara çəkərəm, bir daha ağarmaz, bəsdir dedim. Bu gün toydur, mən getməyəcəyəm. Evdə pul var, götürüb gedərsən, adımı yazdırarsan.

-Sən getməyəcəksən? Niyə? Özün get. Mən toya-zada gedən deyiləm.

-Niyə getməzsən? Qonşu qadınlar da, bacım Məltəm də gedəcək. Sən də onlarla get.

-Vəli, uzatma, dedim getmirəm. Təzə paltarım da yoxdur, getmirəm.

-Nazlı, təzə paltar aldığım iyirmi gün olmaz, necə yoxdur?

- Onun rəngi xoşuma gəlmədi, bacıma verdim. Mən get-mirəm, özün get.

-Yox, sən gedəcəksən. İndi gedib sənə paltar da alaram. Ya da pul götür, get özünə paltar al, sonra da toya get.

-Ay kişi, milyonersən? Evdə iki kisə una çatacaq qədər heç pul yoxdur, nə paltar? Mənə toy çox lazımdır? Odur e, sənin yoldaşların hamısı gedəcək, sən də qoşul onlara get də.

Vəli əsəbi halda paltarlarını geyib, başını darayıb həyətə düşdü. O kəndin mərkəzindəki çayxanaya doğru gedə-gedə Nazlının atmacalarını, zəhərdən acı sözlərini beynində təkrar- layır və öz həyatına nifrət edirdi. Onun qarşısını alan isə yalnız və yalnız balaları idi.

Nə qədər canıyananlıq etsə də, nə qədər içi ağlamağına baxma- yaraq evində rola girib deyib-gülsə də Nazlı düzəlmirdi. Ata evindən qalan xarakter daha da aqressivləşirdi. Təkəbbürlük, özündən razılıq onların nəsillikcə qanında idi. Atası Yusif kişi kimi heç kimi bəyənməz, hamı ilə küsülü idi. Hamı-nın onu saymasını, ona baş əyməsini, onun sözünü eşitməsini istəyirdi. Onun sözünün qabağına söz gətirəni görən gözü olmazdı. Bu xarakter onun bütün uşaqlarına keçmişdi. Qızları ərə getdiyi ailələrdə mütləq narazılıq yaradar, ərlərini az sayar, evin haki- mi olmağı istəyərdilər. Qayınana, baldızlarla yola getməzdilər. Vəli onların xarakterini bilirdi. Lakin övladlarına xatir Nazlının inadkarlığına, tərsliyinə hələ ki, dözürdü.

Vəli bu fikirlərlə kəndin mərkəzindəki çayxanaya nə vaxt çatdığını hiss belə etmədi. Çayxananın ətrafında, akasiya ağa-cının kölgəsində xeyli adam var idi. Ağacın güllərindən şirə çəkən arıların xoş səsli vızzıltısı gözəl bir ahəng yaratmışdı. Vəli adamlara yaxınlaşıb salam verdi. Müəllim yoldaşlarından Hilal müəllimlə Mirzə müəllim ona əl verib görüşdülər.

Toya gedib-getməyəcəyini soruşdular. Vəli cavab verməmiş Hilal müəllim gözlərini qıyıb bic-bic gülümsədi:

-Ay Mirzə, elə sual verirsən ki, bişmiş toyuğun gülməyi gəlir. Vəli müəlim o toya getməz yəni? Necə olsa da...

Vəli Hilala tərs-tərs baxdı:

-De, dayanma, nə? Hə, necə olsa da, nə?

-Yaxşı da, Vəli, zarafat etdim.

-Buna zarafat demirlər ki, buna bilirsən nə deyirlər?

-Nə?

-Buna qələt deyirlər. Bir daha bu cür qələt eləmə.



Hilal pərt olsa ad yanındakılar qəhqəhə çəkib güləndə o da, gü- lənlərə qarışdı.

-Sən lap uşaq xasiyyət olmusan e, Vəli, hər sözdən inci-yirsən.

-Hilal, mən sözümü dedim axı. Qutaraq bu mövzuda söh-bəti, hə, toya gedənləriniz varsa yola düşək. Günorta olur ar-tıq.

Yoldaşlar deyib, gülə- gülə Xeybərgilə tərəf toya yol aldılar. Xeybərgilə çatmağa az qalmış kölgəyə çəkilib alınlarından tər- lərini silib, nəfəslərini dərdilər. Siqaret çəkənlər siqaretini tüs- tülədib söhbətə başladılar. Xeybərgilin həyətində iri mağar qu- rulmuş, adamlar həyətdə qaynaşırdılar. Yeməklər daşınır, bir tərəfdən qadınlar bulaq suyu altında boşaqabları yuyur, pod- noslara düzürdülər. Vəlinin gözləri gizlin olaraq Tahirəni gəzir- di. Amma yanındakıların hiss etməsini, nəsə düşünməsini istə- mirdi. Tahirə isə gözə dəymirdi. Azca istirahət edəndən sonra dəstə ilə həyətə daxil oldular. Onları Mahir qarşılayıb salam- laşdı. Vəli ilə səmimi, isti görüşərək onları yemək mağarına dəvət etdi. Vəligil yemək çadırına girəndə gitarada oynaq rəqs havası çalınırdı. O, gözaltı mağara baxdı. Tahirə görünmürdü.

Yerlərini tutub oturandan sonra yemək paylayanlar gəldilər. Adətən kənd toylarında iki cür yemək verilirdi. Əvvəlcə souz, sonra isə plov verilirdi. Plovla yanaşı “yexni” adlandırılan aş- qara qoyulardı. Stollarda su, ayran, salat, araq hökmən olurdu.

Vəligilə də əvvəlcə souz gətiriləndə Həmdulla qonaqlara qulluğun necə edildiyinə baxmaq üçün çadıra girib salamlaşdı. Hamıya əl verib görüşəndə Vəli ilə üz-üzə gəldi. Nədənsə könülsüz əl verdi. Vəli buna bənd olmayaraq onunla görüşüb hal-əhval etdi, nə vaxt gəldiklərini soruşdu. Yeməklərini yeyib çölə çıxanda bayırda havanın istiliyindən nəfəs tutulurdu. Onlar qıraqdakı ağacın kölgəsinə sığınıb azca söhbət etdikdən sonra həyətdə kölgədə pul yazdırmaq üçün qoyulmuş masaya yaxın- laşdılar. Stolun arxasında iki nəfər oturmuşdu. Vəli də onlarla salamlaşıb pulunu yazdıranda birdən qulağına ən doğma, ən sehirli, ən ülvi bir səs gəldi:

-Harada? Aidə hara getdi axı?

Bəli, bu, onun, Tahirənin səsi idi. Qızını axtarırdı. Bəlkə də o, Vəlini görmüşdü. Bəlkə də özünün burada olduğunu ona bildir- mək üçün yalandan qızını axtarırdı. Bəlkə də, bu sadəcə bir təsadüf idi. Vəlinin bədəni uçunur, tər alnından gözlərinə axırdı. Pulunu yazdırıb kənara çəkildi. Kölgəyə çəkilib göz ucu səs gələn tərəfə baxdı. Tahirə əyninə ona kip yapışan çəhrayı don geymiş, saçlarını çiyinlərinə tökmüş, çadıra tərəf gedirdi. Vəli qeyri-ixtiyari öskürəndə o, dala baxdı. Vəlini görcək ani duruxdu, gözlərindəki parıltını, üzündəki sevinci hiss etməmək mümkünsüz idi. Sanki burada insanların əhatəsində olmasaydı iksi də dəli kimi bir-birinin qabağına qaçar, bir-birinə sarılar- dılar. Bu ilahi sevginin sərhədi yox idi.

Vəli də bir yerdə qərar tuta bilmirdi. Hansısa bir qüvvə onu Tahirəyə doğru çəkirdi. Yoldaşlarından nə vaxt aralandığını, Tahirənin yanına getdiyini hiss etməyən Vəli birdən özünü onun qarşısında gördü. Əl verib görüşdü:

-Xoş gəlmisən, mübarək olsun. İnşallah qızların üçün olsun. Tahirənin gözlərində yaş parlayırdı, pıçıltı ilə -“sağ ol, əzizim”, -deyib aralandı. Vəli yoldaşlarının yanına qayıdanda pilləkənin yanında Həmdullanın ona tərs-tərs baxdığını görsə də əhəmiy- yət vermədi.

Mağarda oynaq hava çalınır, cavan qızlar, gəlinlər rəqs edirdilər. Vəligil oradan keçəndə Tahirənin gül üstündə kəpə- nəyin uçduğu kimi süzərək oynadığını görüb asta addımlarla oradan uzaqlaşdılar.

ÇƏTİN SINAQ
1988 -1989-cu illər idi. Azərbaycanın musiqi beşiyi, cənnət məkanı sayılan Qarabağın səmaları üzərində qara buludlar dolaşırdı. Ermənilər Topxana meşəsində ağacları qıra- raq aeroport tikdirmək istəyir, Azərbaycan xalqı isə buna etiraz edə rək ayağa qalxmışdı. Hər yerdən ermənilərin Azərbaycana qarşı təxribatını pisləyir, Kommunist Partiyasının ləğvini, SSRİ tərkibindən çıxmaq, Azadlıq, müstəqillik şüarlarını eşidilirdi. Rəsmi Moskva respublikaların ayrılmasına razı ola bilmirdi. Rusiyada yaşayan Azərbaycanlılara qarşı da müəyyən təpkilər artıq başlanmışdı.

Qarabağ zonasında ermənilər artıq azğınlığa başlamışdılar. Ağdamda iki gəncin ermənilər tərəfindən öldürülməsi müna- qişə ocağına sanki od vurmuşdu. 1988-ci ilin fevralından başla- nan meydan hərəkatı kor-təbii xarakter daşısa da sanki hansısa qüvvə tərəfindən idarə olunurdu. Hərəkatın başında Məhəm- məd Hatəmi dayanmışdı. Əslində bu hərəkat “Çənlibel” adla- nan kafedən başlanmışdı. Sonralar bu hərəkata Nemət Pənahlı, Etibar Məmmdov, İsa Qənbər, Əbülfəz (Əliyev) Elçibəy, Pənah Hüseynov dursa da, ziyalılar Bəxtiyar Vahabzadə, Xəlil Rza qoşulmuş, onlar tez-tez tribunlarda görünür xalqı mübariz- liyə çağırırdılar.Az sonra Ermənistandan Azərbaycanlı ailələr ata-baba yurdundan qovulub Bakıya gələndə xalqın mübarizlik, əzmkarlıq ruhu şahə qalxmışdı. Bu hadisədən az sonra fevral ayında Sumqayıtda qatı bir cinayət törədildi. Sumqayıt hadisə- ləri adlanan bu hadisədə ermənilər Azərbaycanlı adı ilə erməni yaşayan evlərə girərək, onları öldürür, zorlayır, pəncərədən yerə ataraq bütün dünyaya Azərbaycan vəhşiliyini sübut etmə- yə çalışırdılar.

Azərbaycanda yerindən qalxan siyasətə qoşulub, iş-güclərini, təsərrüfatı atıb siyasi söhbtələr edir, Moskvaya qarşı sanksi-yalar tələb edirdilər.

Azərbaycanda güclənən hərəkatın miqyası genişlənərək meydan hərəkatına çevrilmişdi. Bakıda Azadlıq meydanına minlərlə insan yığılmış, “azadlıq”, “müstəqillik” şüarları ilə o vaxtkı hakimiyyəti istefaya çağırırdılar. Meydan iştirakçıları işlərini atmış, elə meydandaca gecələyirdilər.

Ali Sovetin sessiya iclasları televiziya ilə bir başa göstərilir, şairlər, yazıçılar yüksək pafosla çıxışlar edərək insanları ruh- landırırdılar.

Vəli hər dəfə bu verilişlərə baxarkən ürəyində Azərbay-canın gələcək müstəqilliyini, bu zaman insanların rifah halının yüksələcəyini, alacağı əmək haqqının yüksək olacağını, prob- lemlərin yoxa çıxacağını düşündükcə ürəyi dağa dönürdü.

1990-cı ilin yanvarın 19-u idi. Kənddə xeyli qar yağmış, insan- lar, bel ilə yol, cığırlar açaraq tövləyə, həyətə çıxa bilir-dilər. Kəndin cavanları, orta yaşlı kişiləri isə mağazaya, məktəbə doğru qarı təmizləyətrək yol açırdılar. Vəligilin kəndində işıq dirəkləri çox köhnə olduğundan çürümüş, işıqlar tez-tez kəsi- lirdi. Rayon mərkəzi ilə əlaqə yox idi. İşıqlar yanmadığından yeganə informasiyanı radiodan alırdılar. Odun peçində çarta-çurtla yanan odunun istisi evi qızdırmış, Vəli mütəkkəyə dir- səklənərək qızlarını yanında oturtmuş, radioda xəbərləri izləyirdi.

Artıq qaranlıq düşmüşdü. Radioda Bakı, Azərbaycan kanal- ları susdulıar. O zaman yalın “Bakı” və “Araz” adlı iki kanal fəaliyyət göstərirdi. Vəli nə illah etdisə də həmin kanallarda bütün verilişlər kəsilmiş, radio susurdu. Dərhal kanalları dəyiş- di. Moskvadan hansısa kanalda Azərbaycanda üsyan baş veril- diyini, dövlət çevrilişinə cəhd olunduğunu, şanlı “Qızıl Ordu”- nun isə bu üsyanı yatırtdığını elan edirdilər. Vəli heç nə anla- mırdı. Kənddə işıqlar yanmadığı üçün telefonlar da işləmirdi. Qar isə durmadan yağır, kəndi hər şeydən təcrid edirdi. Həmin gecə Vəli yata bilmədi. Qəlbi Vətən hissi ilə döyünüən bu ziyalı insan rahat ola bilmirdi. Səhər gün açılanda həyətə çıxdı. Qar dayanmış, Günəş çıxmışdı. Günəşin şüaları ağappaq qara dəydikcə gözləri qamaşdırıdı. Vəli həyətə düşüb beli əlinə ala- raq hinə, tövləyə, bulağa yol açmağa başlasa da qəlbi narahat idi. İşini bitirib çay içərək Nazlıya kəndin mərkəzinə çıxmaq istədiyini deyib yola çıxdı. Əyninə geydiyi uzunboğaz rezin çəkmənin ağzını qar dolmasın deyə sapla bağladı.

Kəndin mərkəzinə doğru gecdən mərkəzi yola kimi qara sinə gərərək yol açdı. Nəfəsi təngiyirdi. Nəhayət yola çatanda kənd- lilərindən Novruz və İlhamın da mərkəzə doğru getdiyini görüb onlarla salamlaşdı, hal-əhval tutdu. Novruz kəndin simsiz tele- fonu adlanırdı. Harada, hansı xəbər olardısa Novruz birinin üs- tünə beşini qoyub danışardı.Yenə də Novruz adəti üzə Vəlini görən kimi soruşdu:

-Vəli müəllim, xəbərin var da, nə olub?

- Yoox, Novruz, nə olub ki?

-Axşam “Azadlıq” radiosuna qulaq asırdım. Bakını dağı-dıblar. Vaay, min nəfər adam öldürüblər.

-Nə? Niyə? Kim dedi?

-Hə, “Azadlıq” deyirdi. Orda kişi var e, belə yaxşı səsi də var, dayan adını yadıma salım. Hə, Mirzə Xəzər, o deyirdi.

-Axı, niyə?

-Bilmirəm, bizimkilər Sovet dövlətinə qarşı çıxıblar. Hərə bir tüfəng götürüb tankların üstünə cumublar. Onlar da vurub dağıdıblar.

-A kişi, yaxşı da. Tüfəng Bakıda harda gəzirdi? Nə tüfəng?

-Ay Vəli müəllim, radio dedi də. Bilirsən nə qədər adam öl- dürüblər.

-Sən nə danışırsan? Sovet Ordusu öz vətndaşlarının üstünə ne-cə hücum edə bilər? Dəlisən?

-Hayıf səndən,Vəli, Vallah, heç nə bilmirsən.

Bu cür söhbət edə-edə yolun nə vaxt bitdiyindən xəbəri olma- yan qonşular kəndin mərkəzindəki çayxananın yanına toplaş- dılar. Burada da hərə bildiyini danışır, mülahizələrini verirdi. Vəli yumruğunu düyünləmişdi. Əlbəttə müstəqillik, azadlıq gö- zəl şey idi. O, bunu anlayırdı. Lakin, kor-koranə xalqı qırğına vermək cinayət idi. Ölən gənclərin günahı nə idi?

O vaxtkı respublikanın rəhbəri Vəzirov başını itirmiş, Mos- kvaya qaçmışdı. Ölkədə xaos hökm sürürdü. AXC-Müsavat dəstləri hakimiyyətə gəlmiş, Qarabağda döyüşlər şiddətlənmiş, hər gün bir kəndin, bir rayonun işğalı xəbəri eşidilirdi. Vəli könüllü orduya getmək, ermənilərdən qisas almaq fikrinə düşsə də bu anarxiyadan, hərci-mərcilikdən tam narazı idi.

1992 ci ilin Dövlət çevrilişi Azərbaycanın iqtisadiyyatına, əhalinin güzəranına öz zərbəsini vurmuşdu. Hakimiyyət dəyiş- kənliyi, ölkədə anarxiya, hərci-mərclik, özbaşınalıq baş alıb gedirdi. Vətənin bir parçası Qarabağ düşmən tapdağında idi. Düşmən qıraqda qalmışdı. Millət bir-birinə düşmənə çevril- mişdi. Milli-etnik parçalanmalar, dini didişmələr milləti pərən-pərən salmışdı.Azərbaycanı millətçilik şüarları bürümüşdü. “Türkçülük” və “islamçılıq” şüarları ölkəni bürümüşdü. Ölkə- nin cənubunda Əlikram Hümmətov millətçilik toxumlarını sə- pən Türkçülərə qarşı çıxaraq separatçılıq yolunu tutmuş, Talış-Muğan Republikasını adlı yeni bir “dövlət” yaratmışdı. Ölkə- nin şimalında Ləzgilər “Sadval” təşkilatını yaratmaqla “Ləzgis- tan” qurmağa hazırlaşırdılar.

Ölkə vətəndaş müharibəsi qarşısında idi. Ərzaq problemi, işsizlik ölkəni bürümüşdü. Hamı kimi Vəlinin də aldığı əmək haqqı heç cür evinə belə çatmırdı. Kəndlilər artıq mal-qara- larını, qızıl, ziynət əşalarını satır, ərzağa verirdilər. Vəli də ha- mı kimi başını itirmişdi. O, da Rusiyaya getmək, sevimli sənə- tindən ayrılmaq qərarına gəlmişdi. Gecə fikrini Nazlıya açdı:

-Nazlı, vəziyyət ağırdır. Yay tətilim başlanıb, boş, bikar du- rub nə edəcəyəm ki? Rusiyaya getmək istəyirəm. Qardaşların da ordadır. Özümə iş tapıb heç olmasa üç ayı işləyim.

-Hmm. Bəlkə Tahirə yadına düşüb? Dalıyca gedirsən?

-Nazlı, nə Tahirə? Uşaqlar böyüyür, əyin-baş istəyirlər. Sən burda həyət-bacaya bax, təsərrüfatla məşğul ol, toyuq-cücə saxla, mən gedim işləyim. Tətilin sonuna yaxın qayıdaram.

-Özün bilərsən,Vəli. Nə vaxt mən deyənə qulaq asmısan ki? Amma bu dəfə qulaq as. Hara gedirsən, get, amma qardaşları- mın yanına getmə.

-Niyə?

-Dedim də, sənə. Ora getmə.



-Yaxşı.

Vəli hazırlaşdı.Qərarı qəti idi. Vəlidən 2 yaş böyük olan qonşu- su Nəriman uzun müddət idi ki, Rusiyada yaşayırdı. Hər il kəndə gələrkən özünü elə bir imkanlı şəxs kimi göstərirdi ki, sanki bu hansısa bir idarənin müdiri, ya da məmur idi. Pula pul deməz, yeyib-içməyindən uzaq durmazdı. Vəlinin qayınları da Nərimanla Rusiyada eyni şəhərdə olurdular. Amma onlar gə- ləndə Nəriman kimi əliaçıq, səxavətli olmazdılar. Nəriman baş- qa dünya idi. Yenə də yay gələn kimi Nəriman kəndə gəlmişdi. Kənddə qonşu oğlanın toyu idi. Geniş, hamar yaşıl çəmənlikdə mağar qurulmuşdu. Qara zurnanın səsi kəndə səs salmışdı. Vəli də toya getdi. Yemək üçün ayrılan çadıra onu dəvət etdilər. Burada bir neçə həmkəndlisi, müəllim yoldaşları oturmuş, baş- ları yeyib-içməyə qarşımışdı. Vəli salam verdi.

-Oooo, Vəli müəllim, salam, salam. Həmişə toyda.

-Çox sağ olun, subaylarınızdan görsəniz.

-Vəlinin gözü başı yemək-içməyə, zarafata qarışan Nəri-mana sataşdı.

-Nəriman, salam. Xoş gəlmisən, həmişə kəndində, elində, obanda, həmişə toylarda.

-Salam, Vəli müəllim, çox sağ ol, qardaş. Sənin də balaların üçün olsun. Nə təhərsən?

Süfrəyə yemək-yemək dalınca gəlirdi. Araq şüşələri boşalır, şənlərə sağlıqlar deyilir, zarafat, gülüş səsi ətrafı bürüyürdü. Sanki bu iqtisadi vəziyyətin ağırlığının toya dəxli yox idi. Yemək mərasimi bitəndən sonra dostlar mağardan çıxıb pul yazdırmaq üçün növbə ilə pul yazılan stola yaxınlaşdılar. Vəli Nərimanın qoluna girdi.

-Nəriman, pulumuzu yazdıraq, gedək bir az söhbət edək. Həm də təmiz hava uda –uda eynimiz bir az açılışsın. Olarmı?

-Niyə də olmasın, Vəli? Gör neçə illərdir səni görmürəm. Onlar toy siyahısına pul yazdırıb həyətin aşağısındakı gilas ağaclarının altına doğru addımladılar.

-Hə, Nəriman, danış görüm. Gəldiyin yerlər necədir? Or-dakılar necədirlər? Özün neynirsən?

-Heç nə, ay Vəli. Hamı maşallah olsun yaxşıdırlar. Qayınla- rın da yaxşıdır. Çoxdan görmürəm onları. Mən də ki, gördüyün kimi.

-Nə işlə məşğulsan, Nəriman?

-Nazir müavini işləyirəm, -deyə Nəriman qəhqəhə çəkdi. Zalım, neyniyəcəm, ”Kamatsu” tipli traktorda işləyirəm.

-Maaşın necə babatdırmı?

-Xirtdəyəcən bəsimdir, min bərəkət. Bilirsən, orada, Rusiya- da hər şey ucuzdur. Yemək-içmək bol, rus qızları ondan da bol.

Vəli qımışdı.

-Yaxşı, sən özündən danış. Burada necədir vəziyyət?

Məktəbdə müəllim işləyirsən, bir şey maaş ala bilirsənmi?

-Nə deyim, ay Nəriman. Yox, burada çox çətindir. Millət baş- layıb bir-birinin qanını içməyə. Hamı siyasətçi olub. Çayxa- nada da, bazarda da, işdə də. İnan bezmişəm. Bütün Azərbay- canda bu dəqiqə durğunluq dövrü başlanıb. İstehsal yoxdur, işsizlik baş alıb gedir. Əlikram da yeni dövlət qurub.Talış-Muğan Respublikası. O yandan Surət Hüseynov, bir yandan Rəhim Qazıyev, bir yandan İsgəndər Həmidov meydanda at çapırlar. Təsəvvür edirsənmi əlifba kitabının ilk səhifəsində də “biz Türkük” yazılmaqla bərabər Dövlət dili də Türk dili elan edilib.

-Aaaa, o əlifba ancaq Türklər üçündür?

-Yoox. Bütün Azərbaycan üçün.

-Aaa, axı biz Türk deyilik. Biz də Türkük ki?

-Yox e, Biz hamımız Azərbaycanlı sayılırıq . Azərbaycanlı adı altında Azəri Türkləri, Talışlar, Tatlar, Udinlər, Saxurlar, nə bilim kimlər birləşir. Amma bunu ayırırlar. Millətçilik sa-lırlar.

-Hə də. Parçalamaq nəyə lazım ki? Bizə də azsaylı etnos deyirlər də.

-Hə, də. Əlikram da buna qarşı çıxdı. Amma çox böyük səhv etdi.

-Niyə?

-Bilirsənmi onsuz da parçalanmaqda olan bir dövləti parçalayıb daxilində bir neçə dövlət yaratmaq heç zaman dünya səviyyəsində baş ucalığı gətirməz. Parçalanmaqdansa birləş- mək, yumruq kimi sıx olmaq lazım idi.



-Vəli, Vallah, səndən yaxşı siyasətçi çıxar. Zalım balası, bunları yaz da, de də.

-Eh, Nəriman yazmağa kim nə verir? Heç kim. Kəndlərdə vəziyyət çox pisdir. Mal-qaranın qiyməti ölüb,

inan çörək tapılmır. İnsanlar vaxtı ilə əkdikləri pambıq, çay, limon, portağal bağlarını çevirib buğda əkirlər. Dəyirmanda üyüdüb un edirlər. Qapqara buğda unu alınır. Onunla dolanır- lar.

-Bilirəm,Vəli. Anam danışıb mənə bunları.

-Hələ bu harasıdır ki, gəlinlər qızıl əşyalarını belə dəyər-dəyməzə satıb una, çörəyə verdilər.

-Dəhşət. Sadəcə dəhşət.

-Hə, Nəriman, dəhşətdir. İnan aldığım maaş qapımdan içəri girməyə belə macal tapmır. Uşaqlar böyüyürlər.

-Bəs neyləmək istəyirsən,Vəli?

-Rusiyaya getmək istəyirəm. Heç olmasa yay tətili dövrün- də. İşləyim, heç olmasa balalarıma çörək pulu qazanım. Hər ikisi siqaretlərini yandırıb acgözlüklə ciyərlərinə çəkdilər.

-Yaxşı, tutaq ki, getdin. Hara gedəcəksən? Nə iş görəcək-sən? Axı sən kitab-dəftər adamısan,Vəli. Rusiya həyatı sərtdir. Soyuğu var, əzabı var.

-Bilirəm, Nəriman. Amma ailəm, uşaqlarım üçün dözməli- yəm. Getməliyəm.

-Bəs hara getmək fikrin var?

-Bilmirəm. Bax orasını bilmirəm. Səni elə buna görə çağır- mışam. Xahiş edirəm, dostun kimi mənə kömək et, səninlə gə- lim.

Nəriman diqqətlə Vəlinin üzünə baxdı. Bir zamanlar Vəlinin sifətindən yağan qürur sanki ərimişdi.

-Vəli, mən açıq danışmağı sevirəm. Bax, yerliyik, dostuq, öz yerində. Mən sənə bir kömək edə bilərəm. Bax, sənin yol xərci- ni öz üzərimə götürərəm. Heç borca vermirəm, dost kimi pay edirəm. Səni özümlə apararam. Amma Rusiyada sənə arxa, dayaq olacağıma, işlə təmin edəcəyimə söz vermirəm. Mənim elə imkanım yoxdur. Evimdə də saxlaya bilmərəm. Uzağı bir-iki gün qonaq kimi saxlayaram. Həm də qayınların ordadırlar. Onların xasiyyəti çox da yaxşı deyil. Eşidib biləndən sonra pis başa düşərlər. Mənimlə gedərsən, amma qayınlarına dəyərsən. Onlar sənə iş barədə kömək edərlər bəlkə də.

Vəli fikrə daldı. Nazlının sözləri beynində dolaşdı. “Bax,Vəli, hara gedirsən, get, amma qardaşlarımın yanına getməyəcəksən. Bax sənə deyirəm a. Onların yanına yox.”

-Vəli, incidin?

-Yoox, nə inciməsi? Heç qardaşın qardaşa etmədiyi yaxşılığı mənə edirsən. İncimək yox, nə vaxt qayıdırsan, Nəriman?

-Təxminən 3 gün sonra.

-Yaxşı, qardaş. Görüşərəm səninlə, qərarımı deyərəm.

-Hə? Nə olar. Onda sabah axşamına kök bir hinduşka kəs. Gəlib sizdə həyətinizdə, o gilas ağacının dibində oturub yaxşı-ca yeyib-içək, danışaq.

Vəli fikrə getdi. Nərimanı evə çağırsa Nazlının deyingənliyi, qaşqabağı qonağa qarşı ən böyük hörmətsizlik olar. Bundan başqa Nəriman yenə orda desə ki, səni qayınlarının yanına aparacağam, evdə mütləq dava düşəcək.

-Nə oldu, Vəli? Deyəsən qonaq da qəbul etmək istəmirsən? Sən belə deyildin axı. Niyə bu qədər xarab olmusan? Yoxsa arvaddan qorxursan, ay Vəli?

-Yoox, qorxmaq söhbəti deyil, Nəriman, düşünürəm.

Nəriman sanki nəyisə duydu:

-Yaxşı, zarafat edirəm. Sabah axşamı bizə gəl. Soyuducuda hazır ətim var. Gələn günü qoyun kəsmişdim. Bir şaqqası du- rur. Gəl, iki şüşə də xalis zoğal arağım var. Yeyib-içər danışa- rıq, yaxşı?

-Yaxşı, Nəriman. Sağ ol, qardaş. Sabah axşamçağı saat 6-da sizdəyəm.

-Oldu, danışdıq.

Onlar toy mağarına tərəf qayıtdılar. İçəridə gözəl bir rəqs ha- vası çalınır, gənclər oynayırdılıar. Vəligil bir az da toya tama- şa edəndən sonra geri qayıtdılar.

Vəli evə qayıdanda artıq qaranlıq düşürdü. O, həyətdəki iri gilas ağacının altında qoyulmuş stola yaxınlaşıb qızlarını yanına çağırdı. Onlarla deyib –gülməyə, oynamağa başladı.

-Baxın, qızlar. İndicə ata sizin üçün qəşəng bir samovar çayı dəmləyər.

-Uraaa - deyib uşaqlar qışqırdılar. Aydan anasını çağırdı.

-Ana, ay ana, gəl bura. Ata bizə samovar çayını dəmləyir.

-Bəxtəvər başıma balam, dəmləyər də. Maşallah Vəli bəyin keyfi kökdür. O nə bilir e, evdə nə var, nə yoxdur. Onunku qarındır, doldurdu, bitdi.

Vəlinin bütün yediyi sanki burnundan gəldi.

-Nazlı, bəsdir. Səni and verirəm nə sənin üçün əzizdirsə ona.Uşaqların tərbiyəsini pozma, ayıbdır. Adam hər ağzına gə- ləni uşaq yanında danışmaz.

-Nə?Ağzıma gələni? Hə də,Vəli bəy.Mən dəliyəm, mən gicəm. Ağzıma gələni danışıram. Səhərdən axşamadək qul kimi işlə- yirəm, dincliyim yoxdur. Bu da dediyin söz. Hə də, sən ağıllı- san, şairsən, müəllimsən, nəsən. Mən kiməm ki?

Vəli artıq əsəblərini saxlaya bilmədi. Hirslənib əlini stola necə çırpdısa stolun üstündəki qəndqabı yerə düşüb qırıldı. Günel və Aydan bir birinə sarılıb qışqırtıyla ağlamağa başladı. Nazlı qızları sakitləşdirdi:.

-Ağlama qızım, ağlama. Toyda yeyib-içib, onun nə vecinə e? Ağlama, atan piyandır, ağlama.

Vəlinin qulaqları uğuldayırdı. Özünü saxlaya bilməyib tərs şa- palağı Nazlının ağzına nə vaxt çəkdiyini bilmədi. Nazlının qışqırtısı, uşaqların ağlaşmasına qarışdı. Samovar çayı stolu ağ- laşma məclisinə döndü. Səsə artıq qocalmış Qızbəs xala çıxdı.

-Ay bala, sizə nə olub, niyə aləmi üstümüzə güldürsünüz?

Vəlinin dodaqları əsirdi:

-Ana, al payını, ana. Oğlunu xoşbəxt etdin. Al payını, sevin, ana, sevin.

-Ay anan ayaqların altında ölsün, ay oğul. Mən nə etdim axı?

-Heç nə, məni xoşbəxt etdin, nə edəcəksən ki? Vəli siqaretini yandırıb həyətdən çıxdı. Yol qırağında bitən nəhəng gövdəli vələs ağacının altında oturdu.

-Ax, Tahirə, hardasan? Niyə taleyimiz belə oldu, Tahirə? Axı niyə? Bir vaxtlar bircə an mənsiz durmazdın, Tahirə.

Hər dəqiqə “Hardasan” deyə soruşardın. Artıq altı aydır səndən soraq yoxdur. Heç kimdən də səni sora bilmirəm. Hardasan, Tahirə, hardasan?

Cibindən qələmini və kağızı çıxartdı. Ay işığı altında qəlbinin pıçıltılarını kağıza köçürtdü:





Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə