İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 11-ci maddəsində deyilir ki, hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
Avropa Şurası Nazirlər Komitəsinin “Avropada qeyri-hökumət təşkilatlarının hüquqi stasusuna dair tövsiyyələri” ndə göstərilir ki, QHT-lər qeyri formal (qeydə alınmamış) və ya hüquqi şəxs statusuna malik qurumlar və ya təşkilatlar ola bilər.
Təklif edilən əlavələr və dəyişiklilər ümumilikdə birləşmək və sərbəst fəaliyyət azadlığını əsaslı şəkildə məhdudlaşdırdığından yuxarıda göstərilən beynəlxalq hüquqi aktlarla da ziddiyət təşkil edir.