Maddə 12. Qeyri-hökumət təşkilatlarının yaradılması
12.1. Qeyri-hökumət təşkilatı onun təsis edilməsi nəticəsində, habelə mövcud olan qeyri-hökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər.
12.1-1. Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır.
12.2. Qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması təsisçilərin (təsisçinin) qərarı ilə həyata keçirilir. Bu halda təsis yağıncağı çağırılır və təşkilatın nizamnaməsi qəbul olunur.
12.3. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatı həmin təşkilatlarla bağlanmış saziş əsasında həyata keçirilir. Sazişdə onun qüvvədə olma müddəti göstərilməlidir.
Dostları ilə paylaş: |