Maddə 11. Qeyri-hökumət təşkilatlarının köməkçiləri
Qeyri-hökumət təşkilatlarının köməkçilərinə nizamnamələrinə müvafiq olaraq qeyri-hökumət təşkilatının fəaliyyətində iştirak etməklə, öz münasibətlərini qeyri-hökumət təşkilatı ilə təşkilati cəhətdən rəsmiləşdirmədən ona müxtəlif kömək və ya xidmətlər göstərməklə qeyri-hökumət təşkilatını dəstəkləyən fiziki və hüquqi (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) şəxslər aiddir. Köməkçilərin mövcudluğu və onların hüquqi statusu qeyri-hökumət təşkilatının təsis sənədləri və «Könüllü fəaliyyət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
III fəsil. Qeyri-hökumət təşkilatlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi
Dostları ilə paylaş: |