Maddə 20. Qeyri-hökumət təşkilatının ləğvi
Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Mülki Məcəlləsində və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər. Qeyri-hökumət təşkilatı ləğv edildikdə həmin qurum tərəfindən əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar və bu məlumatları təsdiq edən sənədlər hüquqi şəxslərin dövlət reyestrinə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
Dostları ilə paylaş: |