533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
90
4
QMA işlək vəziyyətə gətirilməsi üçün çəkilmiş xərclər-əmək haqqı
103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
533 "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar"
1 000
5
QMA istismara verilməsi
101 "Qeyri-maddi aktivlərin dəyəri"
103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
11 500
Qeyri-maddi aktivlərin daxili imkanlar hesabına yaradılması Tədqiqat yeni elmi və ya texniki nailiyyətlərin və ideyaların əldə olunması üçün planlı və məqsədli elmi-teхniki araşdırmaların həyata keçirilməsidir.
Təcrübə-kоnstruktоr işləri yeni və ya daha təkmil materialların, qurğu və cihazların, məhsulların, proseslərin, sistem və ya xidmətlərin, onların kommersiya yolu ilə istehsalı və ya istifadəsindən əvvəl, planlaşdırılması və ya layihələşdirilməsi nəzərdə tutulan tədqiqat nəticələrinin və digər biliklərin tətbiq olunmasıdır. Təcrübə-konstruktor işləri zamanı yaranmış qeyri-maddi aktivlər müəssisə tərəfindən yalnız onun aşağıdakı şərtlərin təmin edilməsini nümayiş etdirmək iqtidarında olduğu halda tanına bilər:
istifadə və ya satış üçün yararlı olması məqsədilə, qeyri-maddi aktivin tamamlanmasının texniki cəhətdən mümkünlüyü;
istifadə və ya satış məqsədilə, qeyri-maddi aktivin yaradılmasının başa çatdırılması ilə bağlı niyyətin olması;
müəssisənin qeyri-maddi aktivdən istifadə etməsi və ya satması bacarığı; (ç) qeyri-maddi aktivin gələcək iqtisadi səmərə gətirəcəyi perspektivini göstərən amillərin mövcudluğu;
istifadə və ya satış məqsədilə, qeyri-maddi aktivin yaradılmasının başa çatdırılması üçün adekvat texniki, maliyyə və digər resursların mövcud olması;
qeyri-maddi aktivin yaradılması zamanı ona aid edilə bilən məsrəflərin ədalətli əsasda qiymətləndirilməsi bacarığı.
Təcrübə-konstruktor işləri zamanı yaranmış qeyri-maddi aktivlər (və yaxud daxili layihənin təcrübə-konstruktor işləri mərhələsi çərçivəsində yaranmış qeyri-maddi aktivlər) üzrə məsrəflər qeyri-maddi aktivlərin kapitallaşdırılması kimi uçotda əks etdirilir.
Tədqiqat mərhələsi üzrə (və ya daxili layihənin tədqiqat mərhələsindən) qeyri-maddi aktiv yaranmır. Bu zaman tədqiqat mərhələsi üzrə məsrəflər (və yaxud daxili layihənin tədqiqat mərhələsi zamanı yaranmış məsrəflər) yarandığı andan etibarən hesabat dövrünün xərcləri kimi uçotda əks etdirilir.
Misal Kosmetika məhsullarının istehsalı ilə məşğul olan müəssisə yeni növ üz kremi formulunu hazırlamaq üçün 01.08.2016-cı il tarixində tətqiqat işlərinə başlamışdır. 31.12.2016-cı il tarixinə kimi hazırlanan yeni növ üz kremi formulu hazırlanmışdır və ilkin sınaqlardan keçmişdir. Nəticə olaraq müəssisə istehsal etmək istədiyi formulu almışdır. Bu dövr ərzində tətqiqat işlərinə 35 000 manat xərclənmişdir. 31.03.2017-ci il tarixinə kimi yeni üz kremi formulu son sınaqlardan keçmiş, ona cüzi dəyişikliklər edilmişdir. 30.06.2017 tarixinə kimi yeni kremin istehsalı üçün hazırlıq işlərinə başlanılmışdır, müvafiq patent və lisenziyalar alınmışdır. 01.01.2017-30.06.2017 dövr ərzində müəssisə tərəfindən yeni üz kremi formulu üçün 25 000 manat xərclənmişdir.
Beləliklə, 31.12.2016 tarixinə kimi çəkilən 35 000 manat xərc tətqiqat işlərinə çəkilən xərclərdir, və hesabat dövrünün xərcləri kimi uçotda əks olunacaqdır. 01.01.2017-30.06.2017 tarixində çəkilən 25 000 manat xərclər isə təcrübə işlərinə çəkilən xərclərdir, və qeyri-maddi aktivin (krem formulasının) kapitallaşdırılması kimi uçotda əks olunacaqdır.
Hesablar üzrə müxabirləşmələr aşağıdakı cədvəldə verilibdir: