Qht-lərin maliyyə resurslari



Yüklə 28,17 Kb.
səhifə1/6
tarix07.10.2022
ölçüsü28,17 Kb.
#118153
  1   2   3   4   5   6
movzu 3 qht


QHT-lərin maliyyə resurslari
Müxtəlif ölkələrdə QHT-lərin maliyyə mənbələrinə çixis imkanlari bu prosesdə dövlətin, biznesin,
cəmiyyətin istirakindan çox asilidir. Bu istiqamətdə aparilmis tədqiqatlar göstərir ki, mənfəət əldə
etməyən təskilatlarda maliyyələsdirmə ənənəvi olaraq asagidaki 5 mənbədən həyata keçirilir:
dövlət büdcəsi;
xeyriyyə fondlari və beynəlxalq donor təskilatlari;
özəl sektor;
fiziki səxslər;
QHT-lərin gəlir gətirmə fəaliyyətləri;
Bu mənbələr üzərində ayri-ayriliqda dayanmamisdan əvvəl qeyd etməliyik ki, Qərbi Avropa
ölkələrində QHT-lərin orta statistik büdcəsinin 47 faizi üzvlük haqlari və özünün fəaliyyətindən yaranan
gəlirlərdən, 43 faizi dövlət maliyyələsdirməsindən, 10 faizi fondlarin qranti da daxil olmaqla, xeyriyyə
qoyuluslarindan, özəl sektordan və fərdi ianələrdən formalasir. Qərbi Avropa ölkələrində QHT-lərin
maliyyələsmə mənbələri ilə tanisliqdan sonra gəldiyimiz ilkin nəticə ondan ibarətdir ki, oradaki
maliyyələsmədə üstün xüsusi çəkiyə malik olan mənbələr - üzvlük haqlari və özünün fəaliyyətindən
götürülən gəlirlər Azərbaycan üçün xarakterik deyildir. Azərbaycan QHT-ləri üçün xarakterik olan dövlət
maliyyələsdirməsinin ümumi maliyyə mənbələrində xüsusi çəkisi isə Qərbi Avropa ölkələri ilə
müqayisədə xeyli asagidir. Lakin milliQHT-lərin maliyyəsi Qərbi Avropadan fərqli olaraq, Azərbaycanda daha çox donor təskilatlarinin qrantlarindan və xeyriyyə fondlarinin əvəzsiz yardimlarindan əmələ gəlir. Azərbaycanla daha yaxin olan və asan müqayisəyə gələn MDB təcrübəsindən çixis etsək, görərik ki, Rusiya QHT-lərinin maliyyə mənbələrinin 18 faizi üzvlük haqlarindan, 12 faizi fərdi ianələrdən, 12,6 faizi sponsorlarin ayirmalarindan, 2,8 faizi milli fondlarin vəsaitlərindən, 22,7 faizi
xarici fondlarin vəsaitlərindən, 8,9 faizi dövlət mənbələrindən, 5,1 faizi siyasi partiyalarin vəsaitlərindən,
0,6 faizi öz xidmətlərindən götürülən gəlirlərdən, 9,3 faizi sair gəlirlərdən formalasir. (1)
Göründüyü kimi, aparilmis sosioloji tədqiqatlar göstərir ki, Rusiyada QHT-lərin maliyyələsmə
mənbələri diversifikasiya olunsa, ölkə QHT-lərinə bu resurs üzrə baslica qoyuluslar xarici donorlarin
qrantlarindan, üzvlük haqlarindan və sponsor təskilatlarin ayirmalarindan gəlir. Belə ki, QHT-lərə
bu mənbələr üzrə daxilolmalar onun büdcəsinin yarisindan çoxunu təskil edir.
Azərbaycana gəlincə, aparilmis ilkin qiymətləndirmələr təsdiq edir ki, ölkəmizdə QHTlərin
maliyyələsdirmə mənbələri dünya praktikasi ilə müqayisədə daha çox MDB, konkret olaraq Rusiya
təcrübəsinə oxsardir. Belə ki, ölkəmizdə beynəlxalq donorlarin qrantlari və xeyriyyə fondlarindan
ayirmalardan daxilolmalar QHT-lərin gəlirlərinin formalasmasinda üstün xüsusi çəkisi ilə fərqlənir. Bu
mənbədən daxilolmalar hesabina Azərbaycan QHT-lərinin büdcələrinin 80 faizindən çoxu formalasir.
Ölkəmizdə QHT-lərin gəlirlərinin formalasmasinda ikinci əhəmiyyətli qoyulus 2008-ci ildən baslayaraq,
dövlət büdcəsindən ayrilmis subsidiya hesabina QHT-lərə Dövlət dəstəyi Surasi vasitəsilə həyata keçirilir.
Digər mənbələrə gəlincə, yalniz beynəlxalq praktikada deyil, hətta Rusiya təcrübəsində də əhəmiyyətli
mənbələrdən biri olan fərdi üzvlərin və sahibkarliq strukturlarinin maliyyə qoyuluslari Azərbaycanda
xüsusi əhəmiyyət kəsb etmir.(1)
Beynəlxalq praktikada QHT-lərin dövlət tərəfindən maliyyələsdirilməsinin ən müxtəlif formalari
mövcuddur. Onlar ya birbasa (birbasa büdcə xərcləmələri) və ya dolayi (QHT-lərə maliyyə dəstəyi verən,
onlara ianələr ayiran hüquqi və fiziki səxslərə vergi və sair güzəstlərin verilməsi, eləcə də ayri-ayri
mərkəzi icra hakimiyyətləri orqanlari vas itəsilə maliyyələsdirmə) ola bilər.



Yüklə 28,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin