Kontakt infeksiyasının profilaktikası.
Bu növ infeksiyanm mənbələri yaraya toxunan əşyalar (alətlər, sarğı materialları, drenajlar, inyeksion və cərrahi iynələr), cərrahın və onun köməkçilərinin əlləridir. Ona görə də bu infeksiyanın profilaktikası məqsədilə yaraya toxunan, onunla təmasda olan hər bir şey və müdaxilə zamam orqanizmə yeridilən inyeksiyalar tam sterilizasiya olunmalıdır. Kontakt infeksiyanm profilaktikası fiziki və kimyəvi üsulların köməyilə həyata keçirilir:
fiziki üsullara bunlar aiddir: pasterizasiya, yandırmaq, qaynatmaq, axan- buxarla və buxarla təzyiq altında sterilizasiya, quru istilə, ultrasəs və şüalarla sterilizasiya;
kimyəvi üsullara isə qazdan və müxtəlif kimyəvi maddələrdən (formalin buxarları, yod məhlulu, xlorheksidin, qarışqa turşusu, rokkal, etil spirti və s.) istifadə etməklə aparılan mikrobsuzlaşdırma aiddir.
Pasterizasiya. Bu üsulla üzvi məhlullar 100° S-dən aşağı temperatura qədər qızdırmaqla mikrobsuzlaşdınlır (bu zaman yalnız vegetativ formada olan mikroblar tələf olur). Pasterizasiya südün, qaymağm, meyvə-tərəvəz şirələrinin konservləşdirilməsində və bakterioloji laboratoriyalarda (qidalı mühitlərin sterilizasiyası üçün) istifadə edilir.
Dostları ilə paylaş: |