Şprislərin sterilizasiyası. Son illər fabrikdə sterilizasiya olunmuş və xüsusi qablaşdırılmış birdəfəlik şprislərdən istifadə edilir. Lakin bəzi ballarda köhnə qayda ilə çoxsaylı istifadə üçün nəzərdə tutulmuş şprislərdən istifadə etmək lazım gəlir. Şprislər işlədildikdən sonra axar su altında yuyulur, porşeni silindirdən çıxarılır və alətlərin yuyulmasında istifadə edilən sintetik yuyucu məhlulda bir daha yuyulur, ilıq su ilə yaxalanır. Şprisin porşeni və silindri ayrı-ayrılıqda tənzifə bükülür, iynələrə isə mandren taxıhr. Distillə olunmuş suda, yaxud 2%-li sodalı suda 30-40 dəq fasiləsiz qaynadılmaqla onlar sterilizasiya olunur.
İstər alətlərin, istərsə də şprislərin qaynatmaqla sterilizasiyası bir çox mikrobları və onların sporlarını məhv etmədiyinə görə, digər tərəfdən bir sıra viruslar, mikroorqa- nizmlər daha yüksək hərarətə davam gətirdiklərinə görə hazırda sterilizasiya daha yüksək temperaturlarda (150-200° S) aparılır. Bu məqsədlə təzyiq altında olan buxardan, yaxud quru istidən istifadə edilir.
Avtoklavda alətlərin sterilizasiyası 1,5 atm. təzyiqdə, 127 dərəcə temperaturda 45 dəq. müddətində aparılır. Quru istidə mikrobsuzlaşdırma isə quru isti şkaflarında 200° S hərarətdə 15 dəq müddətində aparılır.
Dostları ilə paylaş: |