Buxarla sterilizasiya.
Bu xüsusi avtoklavlarda iki üsulla aparılır: axan və təzyiq altda olan buxarla. Axan buxarla işləyən avtoklavlarda hərarət 100° S olduğundan bir sıra mikroblar, onların sporları, viruslar öz həyat qabiliyyətlərini saxlaya bilirlər və məhz bu səbəbdən də bu üsul cərrahlıqda demək olar ki, işlədilmir. Hər bir buxarla işləyən avtoklav üç hissədən ibarət olur; buxar hasil edən qazan, sterilizasiya kamerası və tibbi heyəti yanıqdan qoruyan xarici örtük .Əvvəlcə qıfla sterilizatorun çəninə su tökülür və onun səviyyəsi çənə birləşdirilmiş şüşə boru ilə ölçülür.
Dostları ilə paylaş: |