Qazla aparılan sterilizasiya.
Bir sıra qaz halında olan maddələr sterilizasiya olunacaq materialların səthinə fiziki və kimyəvi adsorbsiya olunmaqla onları mikrobsuzlaşdırırlar. Bu üsulla, adətən, endoskoplar, polimer materiallar sterilizasiya olunur. Bu məqsədlə bromid metil və karbon iki oksid qatışığı ilə etilen oksidindən istifadə edilir. Sterilizasiya olunacaq əşya perqament kağıza bükülərək polietilen, yaxud kağız zərflərə qoyulur və sonra xüsusi qaz sterilizatorun yerləşdirilir. Sterilizasiya, materialdan asılı olaraq 3-24 saat müddətində aparılır. Mikrobsuzlaşdırılmış əşyalar, yalnız onlara hopmuş qaz çıxdıqdan sonra işlədilə bilər. Bu məqsədlə həmən əşyalar yaxşı ventilyasiya olunan otaqda saxlanılır. Bu müddət metal və şüşə əşyalar üçün - 1 sutka, rezin və polimer əşyalar üçün 14 sutka və pediatriyada işlədilən materiallar üçün isə 21 sutkadır.
Dostları ilə paylaş: |