HİV-in qan vasitəsilə ötürülməsi
İnfeksiyaya yoluxmuş insanın qanı çoxlu sayda virusdan ibarət olur və bilavasitə digər insanın qanına daxil olarkən sonsuz dərəcədə yoluxucu olur. Ən yüksək risk yoluxmuş donor qanının köçürülməsi zamanı baş verir. Virus həm də qan məhsulları, yəni işlənməmiş qanın ayrı-ayrı elementləri vasitəsilə ötürülə bilər (məsələn, xəstələrə hemofiliya ilə yeridilən qanın VII faktoru).
HİV-in qan vasitəsilə ötürülməsi müəyyən qan «dozasında» olan virusun miqdarından asılıdır. Buna görə də infeksiyalı iynədən, şprisdən və ya digər alətlərdən yoluxma riski qanın köçürülməsi zamanı yaranan riskdən daha yüksədir. Bununla belə venadaxili narkotiklərdən istifadə edən narkomanlar içərisində bu üsul xüsusi yer tutur, çünki onlar çox tez-tez – gündə bir neçə dəfə təhlükəyə məruz qalırlar. Nəticədə narkomanlar tərəfindən ümumi iynədən və şprislərdən istifadə bir çox ölkələrdə (həmçinin respublikamızda) HİV infeksiyasının yayılmasının əsas səbəblərində biri olmuşdur.
Zədələnməmiş dəri virus üçün yaxşı baryer ola bilər. Lakin qanın dəridə uzun müddət qalması zamanı virusun görünməz mikrotravma və çatlardan daxil olması riski mövcuddur. Virusun həm də selikli qişalar vasitəsilə (qanın gözə və ya ağız boşluğuna daxil olması zamanı) daxil olması riski də mövcuddur.
Qana bulaşmış ülgüc və ya manikür əşyaları vasitəsilə yoluxma da mümkündür. Lakin hal-hazırda bu yoluxmanın rəsmi təsdiqlənməsi olmamışdır.
Anadan körpəyə ötürülmə (vertikal yol).
İnfeksiyaya yoluxmuş ananın virusu körpəsinə ötürməsinin üç dövrü var:
• perinatal (uşaqlıqda və ya doğuşa qədər);
• doğuş prosesi zamanı;
• doğuşdansonrakı (doğumdan sonrakı).
Dölün infeksiyaya yoluxması ananın yoluxması zamanı baş verir – perinatal dövrdə virusun ötürülməsi anadan keçir. HİV «ananı yoluxdurmadan yoluxmuş atanın sperması ilə birgə daxil ola və embriona düşə bilməz».
Dostları ilə paylaş: |