Qida mikrobiologiyasi


Tarixdəki ən ölümcül viruslar nə zaman ortaya çıxıb və necə sona çatıb?



Yüklə 1,51 Mb.
səhifə10/50
tarix11.11.2023
ölçüsü1,51 Mb.
#132034
növüTədris planı
1   ...   6   7   8   9   10   11   12   13   ...   50
C fakepathQ DA M KROB OLOG YASI===

Tarixdəki ən ölümcül viruslar nə zaman ortaya çıxıb və necə sona çatıb?






Dünyamızı aralarında mikroskopik ölçüdə bakteriyalar, mikroblar və viruslar olan müxtəlif canlılarla paylaşırıq.
Hazırda bədənimizdə, ağzımızın içində belə müxtəlif bakteriyalar və mikroblar var. İmmunitetimiz və tibbin imkanları sayəsində onlardan qoruna bilirik. Əlbəttə, insanın həyatda qalma əzmi də kiçildilə bilməz. Bəzən böyük itkilər baş versə də, insanlıq bu günə qədər ən böyük virusların öhtəsindən gəlməyi bacarıb.
Gəlin tarixdə bəşəriyyət üçün böyük təhlükə yaradan ən ölümcül viruslara nəzər yetirək:
1. "Antoninus" epidemiyası
Bu, eramızın 165- 180-cı illərində Roma imperiyasında peyda olub. Şərq səfərindən qayıdan əsgərlərin səbəb olduğu Antoninus vəbası gündə 2 min insanın ölümü ilə nəticələnən ilk məşhur vəba epidemiyasıdır. Tədqiqatçılar xəstəliyin çiçək, yaxud qızılca olduğundan şübhələnsələr də, əsl səbəbi qeyri-müəyyən olaraq qalır. Bu epidemiya Roma İmperatorları Lusius Verus və Markus Aurelius Antoninusun ölümünə səbəb olub, imperiya ümumi əhalisinin 30 faizini itirib.
2. "Yustinian vəbası"
541-ci ildə Konstantinopolda İmperator Yustinian taxtda olarkən Avropada başlayan epidemiya əvvəlcə, Misirə, sonra Fələstin, Suriya və Anadoluya çatıb. Yustinian Konstantinopola bütün girişləri bağlasa da, epidemiya şəhərə hərbi hissələr tərəfindən gətirilən materiallar arasındaki siçovullar vasitəsi ilə daxil olub. Siçanların tükləri arasında gizlənən bir millimetrdən az 'Xenopsylla' adlı böcək mədəsində 'Pasteurella pestie' adlı ölümcül vəba bakteriyasını daşıyırdı. Bu böcəklər yaxınlıqdakı digər siçanların tükləri arasında yerləşərək qısa zaman ərzində çoxalıb. İnsan bədəninin istənilən nöqtəsinə yayılan vəba mikrobu onların bir neçə gün ərzində ölməsinə səbəb olub. Vəba yayılan ilk vaxtlarda yüzlərlə adam ölürdüsə, qısa zamanda ölü sayı 1000-ə çatıb. Epidemiyaya görə Bizans xeyli canlı itki verib və imperiyanın zəifləməsinə səbəb olub.

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin