Qida mikrobiologiyasi



Yüklə 1,51 Mb.
səhifə11/50
tarix11.11.2023
ölçüsü1,51 Mb.
#132034
növüTədris planı
1   ...   7   8   9   10   11   12   13   14   ...   50
C fakepathQ DA M KROB OLOG YASI===

3. "Qara vəba"
1346-1353-cü illərdə yayılan bu epidemiya 200 milyona yaxın insanın ölümünə səbəb olub. Tam dəqiq say bilinməsə də, bu epidemiyadan sonra Avropa əhalisi ciddi şəkildə azalıb.
4. "Chickenpox"
Amerikalı hindular arasında yayılan suçiçəyi XV əsrdə avropalı kəşfiyyatçılar tərəfindən burada yaşayan yerli əhaliyə virus yoluxdurmaları ilə başlayıb. “Chickenpox” adlı virus Avropanın üçdə bir hissəsini öldürüb. İmmunitetləri avropalılar kimi güclü olmayan və dərman çatışmazlığı olan Amerikalılar üçün heç bir şans yox idi. Milyonlarla insan, yerli əhalinin 90 faizi o dövrdə bu virus nəticəsində ölüb. Bu vəziyyət avropalıların Amerika qitəsini müstəmləkə halına salmasını çox asanlaşdırıb.
5. "Kokoliztli" epidemiyası
Meksikada ortaya çıxan bu epidemiya 1520-1576-cı illər arasında təxminən 15 milyon insanın ölümünə səbəb olub. Xəstəliyə səbəb olan virusun balıqlarda olan “salmonella” bakteriyasından qaynaqlandığı düşünülür.
6. Yeddi fərqli vəba virusu
Bəşəriyyət tarixində 7 əsas vəba virusu olub, lakin bunlardan ən ölümcülü 1852- 1860-cı illərdə baş verib. Virusun əsas səbəbi içməli suyun çirklənməsi idi, ancaq üçüncü dəfə epidemiya yayılana qədər səbəb başa düşülməyib. Uzun müddət insan nəcisi və tullantıları içmə və yemək üçün istifadə olunan su mənbələrinə tökülüb. Bunun böyük bir fəlakətə çevrildiyi yer Hindistan idi. 2011-ci ildə aparılan bir araşdırmaya görə, bu gün də dünyanın ən çirkli çaylarından biri hesab olunan Qanq çayının suyunun 100 mililitrində 1,1 milyard nəcisli bakteriya var. Bu nisbət yuyuna biləcəyiniz ən pis sudan 500 min dəfə daha çox çirklidir. Hindular bu çayda yuyunmağın müqəddəs olduğuna inanaraq gündəlik işlərində çay suyundan maksimum istifadə edirlər. Bu səbəbdən vəba bu bölgədə geniş yayılmış xəstəlik növüdür. Bu virusa yoluxan hər beş nəfərdən birində təhlükəli dərəcədə ishal olur. Virusa yoluxmuş insan təcili şəkildə müalicə edilməzsə, ölüm halı baş verə bilər. Vəba virusundan ölən insanların dəqiq sayı məlum olmasa da, milyonlarla olduğu hesab edilir.

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin