Yalanın rəva görülən halları:
a) Zəruri hal və çarəsizlik zamanı:
34-İmam Sadiq (ə) buyurmuşdur: “Əgər insan çarəsiz qalıb təqiyyə halında yalandan and içərsə, heç bir eybi yoxdur.” Sonra belə buyurdu: “Hər bir haram zəruri hallarda halal olur.”132
b) İnsanlar arasında sülh və barışıq yaratmaq məqsədilə:
35-Həzrət Peyğəmbər (s) imam Əli (ə)-a vəsiyyət edərkən belə buyurdu: “Ey Əli! Allahın sülh və barışıq yaradan yalandan xoşu gəlir. Fitnə-fəsad salan doğru sözdən isə narazıdır.”133 (Necə deyərlər, xeyirli yalan zərərli doğrudan yaxşıdır.)
36-Müaviyə ibni Əmmar imam Sadiq (ə)-dan belə nəql etmişdir: “Hər kim sülh və barışıq yaratmaq üçün yalan danışarsa, yalançı deyildir.”134
37-İsa ibni Həssan imam Sadiq (ə)-dan belə nəql etmişdir: “Bir gün gələr ki, insan hər bir yalan danışığa görə cavab verməli olar, yalnız üç nəfərdən başqa. Onlardan biri də iki nəfər arasında sülh və barışıq yaratmaq istəyən şəxsdir. Həmin şəxs onları barışdırmaq məqsədilə birinin yanında bir söz, digərinin yanında isə tam başqa bir söz deyir.”135
v) Döyüşdə hiylə işlədən və həyat yoldaşına vədə verən zaman:
38-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a etdiyi vəsiyyətlərinin birində belə buyurur: “Ey Əli! Üç yerdə yalan danışmaq olar: Döyüşdə hiylə işlədərkən, kişi öz həyat yoldaşına vədə verərkən və camaat arasında mehribanlıq yaradarkən.”136
39-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ən böyük yalan üç növdür: Mənim demədiyim sözü mənə nisbət vermək, görmədiyi yuxunu yalandan demək və bir şəxsi atasından başqasına nisbət vermək.”137
40-İmam Sadiq (ə) buyurmuşdur: “Cəhənnəmə daxil olmağın səbəblərindən biri müsəlmanların haqqını mənimsəmək və mal-dövlətini həbs etmək (saxlayıb verməmək) üçün yalandan and içməkdir.”138
1
Dostları ilə paylaş: |